1. TƏMİZ, PAK (müxtəlif mənalarda) Fərman gözəl, qoçaq, iş bacaran və şəhərin cavanlan arasında sayılan, yoldaşlıqda möhkəm, dost yolunda var-yoxundan keçən və atası kimi təmiz, pak qəlb bir oğlan idi (Ə.Haqverdiyev); ARI (köhn.) [Nazlı:] ..adamın Allahı var, pis deyil, gül kimi təmiz uşaqdır, aydan an, sudan duru (Anar); ASİMANİ (göy kimi təmiz) Qətibə: Çünki şair mənim qeyd etdiyim asimani və nümunəvi kişilərdəndir (M.S.Ordubadi); LƏKƏSİZ İndi mənim seçim bənzər bir ləkəsiz aynaya; Öz eybini görər gənclik yaxşı baxsa oraya (S.Rüstəm); MÜQƏDDƏS (məc.) Coşdu könlümdə müqəddəs əmalim (S.Rüstəm); NƏCİB (məc.) Bəsləyirəm mən səni nəcib əməllərimlə (S.Rüstəm); PAKİZƏ Aldanma, fəqirin olamaz əqli, zəkası; Çün yoxdur onun sən kimi pakizə libası (M.Ə.Sabir); SAF Uca yaşıl dağların soyuq və saf bulaqlarından içən bu adam ürəyindəki kədərin tütəyin canlı dili ilə aləmə yaymaq istəyirdi (S.Rəhimov).
2. təmiz bax səliqəli
3. təmiz bax ülvi 2
4. təmiz bax xalis 1