Təzə həyat (qəzet)
"Tazə həyat" qəzeti — gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet.
== Tarixi ==
İlk sayı 1907-ci il aprelin 1-də, sonuncusu 1908-ci il oktyabrın 7-də çıxmışdır (cəmi 439 nömrə). Bakıda "Kaspi" mətbəəsində çap edilirdi. Redaktoru dramaturq və publisist Haşım bəy Vəzirov, naşiri Hacı Zeynalabdin Tağıyev idi.
== Mövzusu ==
"Tazə həyat" milli burjuaziyanın mənafeyini müdafiə etmiş, fəhlələrin istismarını pərdələməyə çalışmış, qadın azadlığına qarşı çıxmışdır. "Tazə həyat"-ın ideya istiqaməti, xüsusilə, Sultan Əbdülhəmidə mədhiyələr deməsi, varlılara yarınması Cəlil Məmmədquluzadə tərəfindən kəskin surətdə tənqid olunmuşdur. Bununla da, Cəlil Məmmədquluzadə, mollanəsrəddinçilər və ümumiyyətlə, "Molla Nəsrəddin" jurnalı əleyhinə arasıkəsilməz kampaniya başlanmışdır.