tərzi-təfəkkür 2021
təs
OBASTAN VİKİ
Həyat tərzi
Həyat tərzi (lat. modus vivendi) — konkret tarixi sosial-iqtisadi münasibətlər üçün, davranışının, ünsiyyətinin, düşüncə tərzinin xüsusiyyətlərini xarakterizə edən bir insanın fərdi və kollektiv həyatının metodu və formaları. Həyat tərzi, bir insanın dünyadakı fəaliyyətinin, maraqlarının və inanclarının ifadə etdiyi bir forma. Həyat tərzinin əsas parametrləri işdir (gənc nəsil üçün araşdırma), insanların həyatı, ictimai-siyasi və mədəni fəaliyyəti, eləcə də müxtəlif davranış vərdişləri və təzahürləri. Bir insanın həyat tərzi sağlamlığını təyin edən əsas amildir. Həyat yolu — müəyyən edilmiş həyat tərzi: istehsal vasitələrinə mülkiyyətin xarakteri siyasi, iqtisadi, sosial münasibətlər aparıcı ideologiya və s. Həyat tərzi — əsasən gündəlik həyata yönəlmiş bir fərdin və ya qrupun davranış nümunələrinin məcmusu. Həyat tərzi insanlar tərəfindən bioloji, sosial və emosional ehtiyaclarına uyğun olaraq inkişaf etdirilir. Həyat tərzi varlığın xarici formaları ilə qiymətləndirilir, bunlara daxildir: iş və boş vaxtın təşkili iş dünyasından kənar peşələr məişət cihazı davranış qaydaları dəyər üstünlükləri, zövqlər və s. == İstinadlar == == Ədəbiyyat == Возьмитель, А. А. Образ жизни : Концепция, сущность, динамика : Автореф.
Tərzi Avşar
Tərzi Avşar Azərbaycani – şair. == Həyatı == Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
Tərzi Əfşar

Vampir həyat tərzi
Vampir həyat tərzi və ya vampir subkulturu – vampirlər haqqında müasir mədəniyyətdə yayılmış tezislər əsasında qurulan alternativ həyat tərzlərindən biridir. Vampir həyat tərzi daha çox qotik həyat tərzinin elementləri əsasında qurulsa da, bu cür həyat sürən insanlarda eyni zamanda sadizm subkulturasının elementləri də sezilməkdədir. Aktiv vampirizmə qanla qidalanmaya əsaslanan sanqinari vampirizm və xüsusi auraya malik olduqlarını düşünən insanların daxil olduğu psixi vampirizm daxildir.
Üç tərzi siyasət
"Üç tərzi siyasət" (türk. Üç Tarz-ı Siyâset) — türk millətçiliyinin ideoloqlarından olmuş Yusif Akçura tərəfindən yazılmış məqalə. == Tarixi == "Üç tərzi siyasət" Yusif Akçura 1904-cü ildə Qahirədə "Türk" adlı qəzetdə qələmə aldığı məqalədir. Daha sonra kitab olaraq nəşr edilmişdir. == Məğzi == Yusif Akçura Osmanlı dövlətinin təməl dövlət siyasəti olaraq Osmanlıçılıq, Panislamizm, Türkçülük olmaqla 3 siyasəti müqayisə edərək incələmişdir. Yusif Akçura "Üç tərzi siyasət" əsərinin girişində yazır ki, Osmanlıda Qərbdən təsirlənərək güc qazanmaq, tərəqqi etmək üçün üç yol təklif edilib: Osmanlıya tabe olan millətləri birləşdirərək vahid Osmanlı milləti yaratmaq Xilafət haqqının Osmanlı hökmdarlarında olmasından yararlanaraq, bütün müsəlmanları bu hökumətin tabeliyində siyasi olaraq birləşdirmək, yəni panislamizm siyasəti. İrqə söykənən siyasi bir türk milləti təşkil etmək === Osmanlı milləti yaratmaq === Yusif Akçura yazır ki, birinci təklifdəki məqsəd o idi ki, Osmanlıdakı müsəlman və qeyri-müsəlman əhaliyə eyni siyasi haqlar tanınır, eyni vəzifələr tələbə olunur. İnsanlara fikir və din azadlığı verilir, yekunda amerikan milləti kimi Osmanlı milləti yaradılır. Bu çətin əməliyyatın nəticəsində Osmanlı dövləti köhnə sərhədlərini mühafizə edəcəkdi. Yusif Akçura Osmanlı milləti anlayışının Sultan II Mahmudun dönəmində yarandığını yazır.
Heyvanlarda gecə həyat tərzi
Heyvanlarda gecə həyat tərzi — bu addım canlılarda onunla əlamətdardır ki, günün gecə saatları aktiv olur və gündüz saatlarında isə yatırlar. Bu tip heyvanlarda eşitmə qabiliyyəti olduca yüksək olur və görmə mövcud vəziyyətə uyğunblaşmışdır. Bunlara canavarlar, kirpilər, yarasalar və digərlərini misal çəkmək olar. == Səbəblər == Bu canlıların gecə həyat tərzi keçirləri aşağıdakı səbənblərdən doğmuşdur: Dida resurslarında rəqabət. Eyni ərazidə, eyni qida ilə qidalanan canlılardan biri gündüz digəri isə gecə həyt tərzi keçirərsə bu artıq rəqabətlilik yaratmaz. Mısal: Qırğılar (gündüz) və Bayquşlar (gecə). Görünməzlik. Yırtıcılara nəzər saldıqda onlar şikarları tərəfindən aşkar edilmirlər. Məsələn: Şirlər həm gecə həmdə gündüz həyat tərzi keçirə bildiyindən, onların şikarları olan zebr və antiloplar gecə yaxşı görmədiyindən asan ova çevrilirlər. Gəmiricilər gündüz asan Yırtıcı quşlar tərəfindən asan şikara çevrildiyindən gecə həyat tərzi keçirirlər.
Tərzi-hərəkət budaq cümləsi
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Budaq cümlə baş cümlənin feili xəbərinə aid olur. Sualları: necə? nə cür? Adətən, baş cümlədə elə, belə əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər, əsasən, feili xəbərə aid olur. Bu zaman hərəkətin tərzi mənasında başa düşülür. Məs: Elə (necə?) çağırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş vəzifəsində budaq cümlənin yeri sabit deyil. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud tabelilik bağlayıcısı olur.
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında filmi rejissorlar Yalçın Əfəndiyev və Zaur Məhərrəmov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir. == Məzmun == Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir.

Digər lüğətlərdə