Güman ki, üz və bət kəlmələrindən törəyib, (üzbət kimi olub) “sir-sifət” mənasını verir; danışıqda ucbat sözünün sinonimləri kimi uc və üz kəlmələri də işlədilir. M.Cümə yazır: Eşq ucundan sızlaram... Türkoloqların bəziləri üçün qoşmasının kökünü uc hesab edir və onun səbəb bildirdiyini göstərirlər. Bu, həqiqətdirsə, onda ucbat, üz və üçün sözləri qohumdur. Sonuncu variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)