uni

adj. təkrəngli, birrəngli; das Kleid ist ~ paltar təkrənglidir
unhygienisch
Uni
OBASTAN VİKİ
Cuba Universiteti
Cuba Universiteti (ing. University of Juba) — Cənubi Sudanın aparıcı ali məktəbi, həmçinin Cuba Milli Universiteti kimi tanınır. Cuba şəhərində yerləşir, dərslər ingilis dilində keçilir. Cuba universiteti Sudanın cənub bölgələrində əhalinin ali təhsil almaları üçün yaradılıb. Sudanda ikinci vətəndaş müharibəsi zamanı universitet fəaliyyətini Xartumda davam etdirirdi. 2006-cı ildə Sudan hökuməti universitetinin adını Cuba Milli Universiteti adlanmasına razılıq verdi.
Cəlal-Abad Dövlət Universiteti
Cəlal-Abad Dövlət Universiteti (rus. Жалалабатский Государственный Университет – ЖаГУ, qırğ. Жалал-Абад мамлекеттик Университет) — 2 aprel 1993-cü ildə Qırğızıstanın Cəlal-Abad şəhərində mövcud təhsil müəssisələri əsasında qurulmuşdur. Aşağıdakı sahələrdə ali təhsil üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir: tibb, elektronika, enerji, tikinti, aqrar-sənaye kompleksi. Cəlal-Abad Dövlət Universitetində təxminən 10.000 tələbə təhsil alır, 15-i elmlər doktoru və professor, 116 elmlər namizədi və dosent olmaqla 700-dən çox müəllim çalışır. Üstəlik Hindistan, İran, İsrail, Qazaxıstan, Nepal, Pakistan, Fələstin, Suriya, Türkiyə, Türkmənistan, ABŞ və Özbəkistan kimi ölkələrdən təxminən 1000 tələbə var. Aşağıdakı 54 sahə üzrə ali təhsilli və 12 istiqamət üzrə orta peşə təhsili alan mütəxəssislərin hazırlanması. Cəlalabad Dövlət Universitetinin Tibb Fakültəsi Qırğızıstan Respublikası Səhiyyə və Elmi Təhsil Nazirliyinin tabeliyindədir. Cəlal-Abad Dövlət Universiteti, 2 aprel 1993-cü ildə Qırğızıstan Respublikasının Prezidenti tərəfindən elektronika, enerji, inşaat, tibb, təhsil və digər sahələrdə əsas və tam ali təhsilli mütəxəssislər yetişdirmək üçün hazırlanmış aqrosənaye kompleksi üçün mütəxəssis olmaq , dövlət təhsil müəssisəsi olaraq açılmışdır. Cəlalabad Dövlət Universiteti (JAGU) 2 aprel 1993-cü ildə mövcud təhsil müəssisələri əsasında qurulmuşdur.
Cənub Federal Universitetinin əsas korpus binası
Cənub Federal Universitetinin əsas korpus binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 105 ünvanında yerləşən bina. Bina 1914-1917-cu illərdə inşa edilmişdir. Onun memarı Qeorqi Nikolayeviç Vasilev olmuşdur. Bina Cənub Federal Universitetinin əsas korpus binası yerləşir. Cənub Federal Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina gəlirli bina olaraq don taciri və meşə təsərrüfatçısı Q. Y. Kistovun olmuşdur. Bina Bolşoy Sadovnaya küçəsində yerləşir. Binanın tikintisinı 1914-cu ildə başlanılmışdır. Birinci Dünya müharibəsi zamanı bina artilleriya briqadası tərəfindən icarərəyə götürülmüşdür. Oktyabr inqilabı və Rusiyada olan vətəndaş müharibəsi zamanı bina «Donsovqorxoz» adlı qurumun balansında olur.
Cənub Federal Universitetinin əsas korpusu

Cənubi Florida Sankt-Peterburq Universiteti
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti
Cənubi Florida Universiteti (ing. University of South Florida) — Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən dövlət universitetidir. Universitetin əsas kampusu Floridanın Tampa şəhərinin şimalında, digər kampuslar isə Floridanın Sarasota, Sankt-Peterburq və Leykland kimi başqa şəhərlərində yerləşir. Universitet Carneige Dərnəyinin apardığı sorğu nəticəsində ən çox araşdırma aparılan universitet kateqoriyasında yer alır. 1956-cı ildə qurulan Cənubi Florida Universiteti Florida Universiteti və Mərkəzi Florida Universitetindən sonra Florida əyalətində üçüncü ən böyük universitet olaraq göstərilir. Eyni zamanda, universitetə 2007-ci ilin payızında 45.24 tələbə qeydiyyat olmuşdu.. Tələbə sayı baxımından da Amerikanın doqquzuncu ən böyük universiteti xüsusiyyətini daşıyır. Cənubi Florida Universiteti, Carnegie Dərnəyinə görə İctimai İnteqrasiya universiteti xüsusiyyətini daşıyan bir universitetdır. Həmçinin, universitetin biomolekulların təyin edilməsi məqsədi ilə qurmağa çalışdığı texniki mərkəz üçün ayırdığı 8 milyon ABŞ dolları pul, Florida Texnologiya, Araşdırma, Kurs quruluşu tərəfindən bu tərz bir iş üçün ayrılan ən geniş büdcə olaraq göstərilmişdir. Princeton Review adlı Amerikan təhsil qurumu universiteti Amerikanın ən yaxşı 366 universiteti arasında göstərmişdir.
Cənubi Florida Universiteti Sankt-Peterburq
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti Sarasota-Manatee
Cənubi Florida Universiteti Sarasota-Manatee — ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universitetinin bir kampusudur. 1975-ci ildə qurulmuşdur. 40-dan çox bakalavr fakültəsi və bir çox magistr fakültəsi universitetdə mövcuddur. İdarəetmə, Mühəndislik, Dil-ədəbiyyat, Tibb bacısı kimi fakwltələri var.
Cənubi Kaliforniya Universiteti
Cənubi Kaliforniya Universiteti (ing. University of Southern California) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən ali təhsil müəssisəsi. Xarici tələbələr ölkə universitetlərindən ən çox bu universitetdə təhsil alırlar. Universitetin Mühəndislik fakültəsi zəngin beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir və bu sahədə kadrların hazırlanması üzrə ən yaxşı mərkəzlərdən biri kimi məşhurdur.
Cənubi Koreyanın SKY universitetləri
SKY üç məşhur Kore universitetinin adının birləşməsindən yaranmışdır. Seul Milli Universiteti, Koreya Universiteti və Yonsey Universiteti. Statistikaya əsasən Koreyadakı dövlət məmurlarının 46 faizi, CEO-ların isə 50 faizi məhz SKY universitetlərinin məzunu olurlar. Eyni zamanda hər il universitetlərə qəbulda abituriyentlərin ən çox qəbul olmaq istədiyi universitet də məhz SKY universitetləri olur. Lakin bu o demək deyil ki, ən çox qəbul göstəriciləri məhz bu universitetlərdir. Əksinə SKY universitetlərində qəbul şərtləri həddindən artıq ağır olduğu üçün qəbul olunan tələbə sayında azlıq hər zaman onlara məxsus olur. Bəzi hallarda SKY universitetlərini “elitlərin universitetləri” adlandırmaqları da buradan irəli gəlir. Koreyanın nüfuzlu şəxslərinin övladları birmənalı şəkildə bu universitetlərdə təhsil alır. Belə deyək, əgər siz bu universitetlərdən birində oxuyursunuza, artıq 1-0 öndəsiniz və uğurlusunuz. Çünki SKY universitetlərində həqiqətən də profesional olmaq istəyənlər təhsil alır.
Cənubi Qazaxıstan Dövlət Universiteti
Muxtar Əvəzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti (CQDU) (qaz. М. О. Әуезов атындағы Оңтүстік Қазақстан мемлекеттік университеті (ОҚМУ)) (əvvəllər — Qazaxıstan Kimya Texnologiyaları İnstitutu, Cənubi Qazaxıstan Texniki Universiteti) — 76 texniki və humanitar ixtisas üzrə təhsil verən Çimkent şəhərində yerləşən dövlət nəznində olan ali təhsil müəssisəsi. 1943-cü ildə qurulmuşdur. Böyük Vətən Müharibəsinin dövründə, SSRİ Xalq Komissarları Sovetinin 19 iyun 1943-cü il tarixli qərarı ilə 679B saylı Qərara uyğun olaraq İnşaat Materialları Texnoloji İnstitutunun yaradılması qərara alındı. Həmin il 29 iyun tarixində SSRİ Xalq Komissarlığı yanında Ümumittifaq Ali Təhsil Komitəsi və SSRİ Tikinti Materialları Komissarı “Qazaxıstan SSR-in Çimkent şəhərində Texnoloji Tikinti Materialları İnstitutunun təşkili haqqında” əmr verdi. Sovetskaya küçəsindəki (indiki Kazbek B) pedaqoji məktəbin binası universitetə ​​verildi. Əslində, institutun açılışında böyük bir töhfə verən, inşaat sahəsinə ehtiyac duyulan ixtisaslı mütəxəssislərin təcili olaraq ən yüksək orqanlara çatdırılmasıdır. 1940-cı il 30 mart 2012-ci ildə Almatı vilayətinin Taldıkorqan rayonunun Erkin kəndində anadan olmuşdur. Huak qəbiləsindən gəldi. 1958-59-cü illər Ukrayna SSR Dneprodzerjinskdəki 8 nömrəli texniki məktəbdə təhsil almışdır.
Cənubi Çin Texnologiya Universiteti
Cənubi Çin Texnologiya Universiteti (çin. 华南理工大学) — Çin Xalq Respublikasının Quançjou şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1952-ci ildə qoyulmuşdur.
Dalyan Texnologiya Universiteti
Dalyan Texnologiya Universiteti (çin. 大连理工大学) — Çin Xalq Respublikasının Dalyan şəhərində yerləşən ali təhsil müəssisəsi. Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Debretsen Universiteti
Debretsen Universiteti (ing. University of Debrecen, mac. Debreceni Egyetem) — Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşən və ölkənin ən böyük və qədim universitetlərindən biridir. Debretsen Universiteti 30.000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Universitet Macarıstanın ən nüfuzlu ali məktəblərindən biridir və “Research Excellence” (Tədqiqat Mükəmməlliyi) titulunu daşıyır. Universitetin iki əsas kampusu var və hər ikisi də Debretsendədir. Ən qədim əsas kampusda İncəsənət, İnformatika, Tibb, Musiqi fakültələrinin departamentlərinin çoxu və botanik bağ yerləşir. “Kassai-road campus" adlı yeni kampusda isə Hüquq və İqtisadiyyat fakültələrinin bir çox binaları yerləşir. Bu iki kampusdan başqa, şəhərdə universitetin bir çox kiçik binaları da fəaliyyət göstərir. Məsələn, Fizika departamentləri və Atom Tədqiqatı İnstitutu “mini kampus” şəklində bir binadadılar və ya Aqronomiya fakültəsi.
Debreçen Universiteti

Defensores Unidos
Klub Atletiko Defensores Unidos — qısaca olaraq Defensores Unidos kimi də tanınan, Argentinanın Buenos-Ayres şəhərinin Zarate bölgəsini təmsil edən peşəkar futbol klubudur. Klub hal-hazırda Argentina futbol liqa sisteminin 4-cü diviziyası hesab edilən Primera C-də mübarizə aparır. 19 May 2019 tarixində yenilənib.
Defensores Unidos FK

Dehli Universiteti
Dehli Universiteti (ing. University of Delhi, hind. दिल्ली विश्वविद्यालय) — Hindistanın Dehli şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1922-ci ildə qoyulmuşdur. Universitetin zəngin kitabxana fondu var. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Delft Texnologiya Universiteti
Delft Texnologiya Universiteti (nid. Technische Universiteit Delft) — Niderland Krallığının ən böyük və qədim dövlət universitetlərindən biri; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri. Universitet 8 yanvar 1842-ci ildə Niderlandda mühəndis və ticarətçi yetişdirən Kral Akademiyası adı ilə kral II Vilhelm tərəfindən yaradılmışdır. Kral Akademiyanın əsas məqsədi Niderland Krallığının müstəmləkələrində fəaliyyət göstərən "Ost-Hind" holland şirkətində çalışmaq üçün dövlət qulluqçuları hazırlamaq idi. Akademiyanın ilk direktoru ilk Lipkens adlanan holland optik teleqrafının konstruktoru Antuan Lipkens təyin edilmişdir. Akademiyada ilk tələbə təşkilatı 1848-ci il martın 22-də yaradılıb. 1863-cü il mayın 23-də "Niderlandda texniki təhsilin tətbiqi haqqında" qanun qəbul olunur. Bir il sonra iyunun 20-də kralın sərəncamına əsasən Kral Akademiyasının adı dəyişdirilərək Delft Politexnik Məktəbi olur. Yeni yaradılmış məktəbin məzun mühəndisləri XIX əsr sənayeləşdirmə dövrünün əsas iştirakçılarına çevrilirlər. 1905-ci il mayın 22-də məktəbin akademik təhsilini vurğulamaq üçün Delft Politexnik Məktəbinin adı Delft Texniki İnstitutu adı ilə əvəz olunur.
Dendrobium unicum
Dendrobium unicum (lat. Dendrobium unicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Deyvis Kaliforniya Universiteti
Deyvis Kaliforniya Universiteti (ing. University of California, Davis və ya qısaca: UCD, UC Davis) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Deyvis şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin tarixi 1905-ci ildən başlayır.
Df (Unix)
df - Unix və Unix bazalı əməliyyat sistemlərində komanda. df disk free sözünün qısaltmasıdır.
Don Dövlət Aqrar Universiteti
Don Dövlət Aqrar Universiteti — Şimali Qazqaz regionunda yerləşən ali təhsil mərkəzi. İnzibati baxımdan Rostov vilayəti, Persianov qəsəbəsində yerləşir. Ali təhsil mərkəzinin əvvəlki adı Don kənd təsərrüfatı universiteti idi. Don Dövlət Aqrar Universiteti Rusiyanın aparıcı universitetlərindən biridir. Təhsil mərkəzi 1907-ci ildə təsis edilmişdir. 1962-ci ildə ali təhsil mərkəzinin direktoru professor Panteleymon Efimoviç Ladan seçilir (1908—1983). 1980-ci ildə Don kənd təsərrüfatı universitetinin direktoru Vladimir İvanoviç Stepanov təyin edilmişdir (1938—2002). 2002-ci ildə isə Don Dövlət Aqrar Universitetinin direktoru Anatoli İvanoviç Baranikov təyin edilmişdir. 2013-cü ilin sentyabrından isə bu vəzifəni Aleksandr İvanoviç Klimenko icra edir. Don Dövlət Aqrar Universitetində 6000 tələbə təhsil alır.
Drezden Texniki Universiteti
Drezden Texniki Universiteti (alm. Technische Universität Dresden‎) — Almaniyanın Drezden şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1828-ci ildə qoyulmuşdur. Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.
Drosera uniflora
Drosera uniflora (lat. Drosera uniflora) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.

Digər lüğətlərdə