Zaur Ustac
Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı,[mənbə göstərin] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).
== Həyatı ==
Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir.
Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.
Zaur Ustac "Yazarlar" jurnalının təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[mənbə göstərin]
== Yaradıcılığı ==
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir. O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[mənbə göstərin]
== Əsərləri ==
=== Kitabları ===
=== Tərcümələri ===
Stiven Reblinin "Mavi Ay Vadisi" (Stephen Rabley "Blue Moon Valley")
Stiven Rebli."Troya Daşı" (Stephen Rabley "The Troy Stone")
=== Tədris vəsaitləri ===
"Güllünün şeirləri" Məktəbəhazırlıq qrupları üçün vəsait.
"39 Həftə" (İngilis dili üçün xüsusi proqram) "39 Weeks" (Special program for English)
=== Məqalələri ===
Zaur Ustac "Dağlar" haqqında
Su — dünyaya açılan bir pəncərədir
"Hərb mövzulu yazılar" I və II
Nəzmi şah və ya Kəmaləddin Qədim
== Layihələri ==
"Dağlar — 200" (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə).