USTAC

sənətkar, öz peşəsinin mahir bilicisi.
USEYN
USTAD
OBASTAN VİKİ
Zaur Ustac
Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı,[mənbə göstərin] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən). == Həyatı == Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. Zaur Ustac "Yazarlar" jurnalının təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[mənbə göstərin] == Yaradıcılığı == Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir. O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[mənbə göstərin] == Əsərləri == === Kitabları === === Tərcümələri === Stiven Reblinin "Mavi Ay Vadisi" (Stephen Rabley "Blue Moon Valley") Stiven Rebli."Troya Daşı" (Stephen Rabley "The Troy Stone") === Tədris vəsaitləri === "Güllünün şeirləri" Məktəbəhazırlıq qrupları üçün vəsait. "39 Həftə" (İngilis dili üçün xüsusi proqram) "39 Weeks" (Special program for English) === Məqalələri === Zaur Ustac "Dağlar" haqqında Su — dünyaya açılan bir pəncərədir "Hərb mövzulu yazılar" I və II Nəzmi şah və ya Kəmaləddin Qədim == Layihələri == "Dağlar — 200" (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə).
Abdulla xan Ustaclı
Abdulla xan Qara xan oğlu Ustaclı (digər Azərbaycandilli mənbələrdə Abdullaxan Ustaclı deyə qeyd olunur; 1515, Diyarbəkir – 2 oktyabr 1567, Şirvan) — Qızılbaş sərkərdəsi, Şirvan bəylərbəyi, I Şah İsmayıl Səfəvinin bacısı oğlu. Abdulla xan hicri 956 (1549–1550)-cı ildə Şirvan bəylərbəyisi vəzifəsinə təyin olunmuş və 974 (1566–1567)cü ildə vəfat edənədək, 17 il ərzində həmin vəzifəni tutmuşdu. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurbanəlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın nüfuzu daha da artdı. I Şah Təhmasib həm də bibisi oğlu olan Abdulla xanla çox vaxt hesablaşırdı. Cenkinsonun öz qeydlərində Şirvan canişini Abdulla xanın sarayının şahanə təmtəraqının təsvirinə böyük yer verməsi, onu mədh edərək "Şirvan kralı" adlandırması təsadüfi deyildi. == Həyatı == Abdulla xan Qara xan oğlu Ustaclı Diyarbəkirdə anadan olmuşdu. Ustaclı elinin Təmişli oymağındandır. Anonim müəllif tərəfindən qələmə alınan Tarixi Qızılbaşan adlı əsərdə onun haqqında məlumata rast gəlinir. Müəllif yazır ki, Ustaclı tayfasının ən böyük əmirlərindən biri olan Abdulla xan I Şah İsmayılın bacısı oğlu, I Şah Təhmasibin isə bacısının əri idi.
Allahqulu sultan Ustaclı
Allahqulu sultan Eycəkoğlu Kərəmpa-Ustaclı (?-may, 1576) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin dövründə vali. == Həyatı == Kərəmpa oymağının tanınmış simalarından biri Allahqulu bəy Eycəkoğlu idi. I Şah Təhmasibə xidmət etmişdi. Şahdan sultan ünvanı almışdı. Dərəbcurd hakimi idi. 1552-ci ilin yayında I Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər. Ərciş istiqamətinə gedən qoşunun sərkərdələrindən biri Allahqulu sultan Eycəkoğlu idi. Allahqulu sultan Lahican hakimi Xanəhməd xanın tutulmasına təhkim edilmişdi. İskəndər bəy Münşi Türkman yazır: " Xan Əhməd qalın cəngəlli dağlarda üç-dörd ay sərgərdan oldu, qazilərin qorxusundan hər gələn gecə-gündüzünü narahatlıqla keçirdi.
Bədr xan Ustaclı
Bədr xan Şərəfli-Ustaclı (?-1558) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin dövründə sərkərdə. Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir: "Başqa biri Bədr xandır ki, Şah Təhmasibin divanbəyi idi, Şahqulu Xəlifədən sonra qoşunun sərdarı oldu və Astrabad yaxınlığında özbək Əli Sultanla vuruşub əsir düşdü. Axırda o bəladan (əsirlikdən) xilas oldu və Qəzvin şəhərinə gəldi. Amma (şahın) kimiya təsirli nəzərini cəlb etmədi, ona görə çox məyus oldu və elə o dövrdə vəfat etdi." == Həyatı == Bədr xan Ustaclı Ustaclı boyunun məşhur sərkərdələrindən biri, Şah Təhmasibin divanbəyisi idi. Bədr xan Ustaclının adı mənbələrdə Div sultan Rumlu ilə Köpək sultan Ustaclı arasında baş vermiş münaqişə zamanı çəkilir. Rumlu yazır: “Köpək sultan rəcəb ayının (13.04.-12.05.1526) əvvəlində Xalxal yolundan Sultaniyyəyə gəldi. Məntəşa sultan, Qılıc xan, Qurd bəy və Bədr bəy ona qoşuldular və savaş meydanına üz qoydular.” Bədr xan Ustaclı bu zaman Köpək sultanın ordusunda iştirak edirdi. 1527-ci ilin may ayında Naxçıvan ətrafında baş verən döyüşdə Köpək sultan öldürüldü. Digər ustaclı əmirləri isə Gilana qaçdı. Gilanda Müzəffər sultana sığınan əmirlərdən biri də Bədr xan Ustaclı idi.
Maqsud sultan Kəngərli-Ustaclı
Maqsud sultan Kəngərli (Tam adı: Maqsud sultan Kəngərli-Ustaclı; 1533, Əhər, Şərqi Azərbaycan ostanı – XVII əsr, Naxçıvan) — Kəngərli nəslinin başçısı və Naxçıvanın hakimi (XVI əsrin sonu - XVII əsrin əvvəlləri). == Həyatı == Maqsud bəy Məhəmməd bəy oğlu 1533-cü ildə Qaradağ vilayətinin paytaxtı Əhər şəhərində anadan olmuşdu. Bütün kəngərlilər kimi döyüşçü olmağı üstün tutmuşdu. O Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamışdır. I Şah Abbasın fərmanı ilə sultan ünvanı alıb 1589-cu ildə Qaradağa hakim təyin edilmişdi. I Şah Abbas Vedi çayı kənarında düşərgə salarkən Səfəvi-Osmanlı vuruşmalarında Naxçıvan əhalisinin zərər çəkməməsi üçün Maqsud sultan Kəngərliyə Naxçıvan əhalisini Dizmara və Qaracadağa (indiki Cənubi Azərbaycan) köcürmək barədə əmr etmişdir. Əmri yerinə yetirən Maqsud sultan Kəngərli divan hesabına köçürülmüş əhalini ərzaq və s. zəruri mallarla təmin etmişdi. Maqsud sultan Kəngərlinin xələfləri uzun müddət Naxçıvanda hakim olmuşlar. 1604-cü ildə Naxçıvan vilayətinə dəyişilmişdi.
Mürşüdqulu xan Ustaclı
Mürşüdqulu xan Şahqulu sultan oğlu Çavuşlu-Ustaclı (?-1587) — qızılbaş əmiri, I Şah Abbas Səfəvinin lələsi, dövlət vəkili. == Həyatı == Mürşüdqulu xan Ustaclı elinin Xorasan qrupundandır. O, Herat hakimi Əliqulu xan Şamlı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu xan Pörnək-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustaclı əmirlərini qiyamda suçladılar. Şamlı əmirlərinə nifrət bəsləyən, daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan vəzir Mirzə Salman da türkmanların tərəfini saxladı. Əliqulu xan Şamlıdan sonra I Şah Abbas Səfəvinin lələsi olmuşdu. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərində Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə ittifaqa girərək, Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir.
Məhəmməd xan Ustaclı
Məhəmməd xan Şahqulu sultan oğlu Ustaclı və ya Toxmaq xan Ustaclı (fars. محمد خان تخماق استاجلو‎; XVI əsr, İrəvan – 1585, İrəvan) — XVI əsrdə yaşamış türkmən Ustaclı tayfasından olan Səfəvi məmuru, diplomatı və hərbi rəhbəri. O, 1568-ci ildən 1575-ci ilə qədər İrəvan və ya digər adı ilə Çuxursəəd bəylərbəyliyinin hakimi kimi xidmət etmişdir. Daha sonra, o, Osmanlı imperiyasına göndərilən nümayəndə heyətinə rəhbərlik etmişdir. Geri qayıtdıqdan sonra, o, bəzi hüquqi proseslərdə iştirak etmiş və 1578-ci ildə yenidən Çuxursəəd əyalətinə bəylərbəyi təyin edilmişdir. Səfəvi-Osmanlı müharibəsi (1578–1590) zamanı baş vermiş Çıldır döyüşündə o, əsas komandan kimi çıxış etmiş və məğlub olmuşdur. Bir neçə il sonra — 1583-cü ildə Məhəmməd xan Toxmağın bəylərbəyliyi əyalətin Osmanlı dövləti tərəfindən işğal edildiyinə görə sona çatmışdır. Bu əyalət 1604-cü ilə qədər Osmanlı dövlətinin tabeliyində qalmışdır. Boyu balaca olduğuna görə "Toxmaq" ayaması ilə tanınmışdır. == Həyatı == === Osmanlı dövlətində səfirliyi === Məhəmməd xan Ustaclı Çuxursəəd bəylərbəyliyinin özündən əvvəlki hakimi olan Şahqulu Sultan Ustaclının oğludur və onlar türkmən Ustaclı tayfasına mənsubdurlar.
Məntəşa sultan Ustaclı
Məntəşa sultan Məhəmməd xan oğlu Şeyxlər-Ustaclı (?-1547) — Ustaclı elinin Şeyxlər oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi. Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir: “Başqa biri Məntəşa sultandır ki, Şah Təhmasib zamanında Azərbaycan əmir əl-ümərası idi və Şah Təhmasib ona «lələ» deyə müraciət edirdi. 953-cü ildə 4.III.1546—20.II.1547) qəflətən vəfat etdi.” == Həyatı == Məntəşa sultan Ustaclı həm Şah İsmayıl dövrünün həm də Şah Təhmasib dövrünün tanınmış əmirlərindən biri idi. O Sarı Pirə Qorçubaşı Ustaclının kiçik qardaşı idi. Mənbələrdə onun adına 1506-cı ildə baş verən Sarom xanın qiyamı zamanı rast gəlinir. === Şah İsmayıl dövründə Məntəşa sultan Ustaclı === Təbrizdəki qardaşı İbrahim mirzədən üsyan barədə məlumat alan İsmayıl, Sarı Əli bəy Möhürdarı 3 minlik qoşunla Təbrizə göndərdi və onlar Təbrizdəki qoşunlarla birləşib, Azərbaycanın qərb sərhədlərinə irəlilədilər. 12 minlik qızılbaş ordusu Xoy və Səlmas şəhərləri yaxınlığında təqribən iki dəfə çox olan kürdlərlə döyüşə girdi və hər iki tərəf böyük itkilər verdi: kürdlərdən 3 min, qızılbaşlardan isə 1500 nəfər həlak oldu. Sarom və İbrahim mirzə bu döyüşdə yaralanmışdılar. Bu döyüşdən sonra Məntəşa sultan Ustaclı və şahzadə İbrahim mirzə qoşunu götürərək, şahın köməyə göndərdiyi yeni qüvvələrə qovuşmaq üçün bir qədər geri çəkilib, Əbdi bəy Şamlunun yardıma gəlmiş 6 minlik qoşunu ilə birləşdilələr.Kürdlərlə baş verən ikinci döyüşdə də Məntəşa sultan iştirak etmiş, döyüş sonunda ağır yaralanmışdı.Məntəşa sultan həmçinin Şah İsmayılın 1508-ci ildə Xürrəmabad yürüşündə də iştirak etmişdi. “Tarix-i Aləmara-yi Şah İsmayıl” və “Əhsən ət-Təvarix” əsərlərində Məntəşa sultanın Şah İsmayılla qardaşı Süleyman Mirzə arasında olan münaqişə zamanı adı çəkilir.
Pirə Məhəmməd xan Ustaclı
Pirə Məhəmməd xan Ustaclı (?-1581) — qızılbaş sərkərdəsi, Ərdəbil hakimi. == Həyatı == Pirə Məhəmməd bəy şahın oğlu İmamqulu mirzənin lələsi idi. Xalxal vilayətinin Tarum mahalı Səfəvilər dövlətinin ilk illərində ustaclılar tərəfindən məskunlaşdırılmışdı. Sonralar bu mahalı Ustaclı elinin nümayəndələri tərəfindən idarə olunurdu. İskəndər bəy Münşi yazır: "Tarum, Xalxal və bəzi [digər] mahallar Pirə Məhəmməd xana tapşırıldı". Pirə Məhəmməd bəy I Şah Təhmasibin fərmanı ilə 1571-ci ildə Gilan əyalətinin Biyəpiş vilayətinin hakimi təyin olunmuşdu. İskəndər bəy Münşi yazır: "Əzəmətli əmirlər [isə belə özbaşına hərəkətə yol verdiklərinə görə] ittiham edildilər. Allahqulu sultan Gilan əyalətindən kənar olundu, o vilayətin var-yoxu cavan şahzadə İmamqulu mirzənin lələsi Pirə Məhəmməd xan Ustaclıya verildi". II Şah İsmayıl ilk növbədə yerinə keçə biləcək şahzadələri məhv etməyi qərara aldı. O, bu məqsədlə Mustafa mirzəni «himayə etməyi» adlı-sanlı ustaclı əmirlərindən olan Pirə Məhəmməd xana tapşırdı.
Qara xan Ustaclı
Qara xan Mirzə bəy oğlu Ustaclı (?-1517) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi Məhəmməd xan Ustaclının qardaşı. Onun barədə anonim müəllif tərəfindən qələmə alınan “Tarix-i Qızılbaşan” adlı əsərdə qısa məlumat verilmişdir: “Xan Məhəmmədin qardaşı Qara xan ondan sonra Diyarbəkir əmir əl-ümərası oldu və 922-ci ildə (5.II.1516—23.I.1517) Mardin (yaxınlığındakı) Qoruqtəpədə «Bığlı Çavuş» adı ilə məşhur olan Mustafa paşa ilə döyüşdə öldürüldü.” == Həyatı == Qara xan Ustaclı Ustaclı boyunun məşhur əmirlərindən olmuşdur. O, Mirzə bəy Ustaclının oğlu, Xan Məhəmməd Ustaclının isə kiçik qardaşı idi. Qara xan ən əvvəldən Şah İsmayılın yanında olan qardaşı Məhəmməd xan Ustaclı ilə Şirvan yürüşündə iştirak etmişdi. Qara xan həmçinin Almaqulağı döyüşündə Şah İsmayıl qoşununun cinahlarından birinə qardaşı ilə birlikdə rəhbərlik edirdi. Bu barədə “Aləmara-yi Şah İsmayıl” əsərində yazılır: “Döyüş meydanına yerləşdikdə isə Şah İsmayıl mərkəzdə qərar tutdu. Sağ cinahda Abdal bəy Dədə və Əbdi bəy Şamlu qorçularla birlikdə səf çəkdilər. Sol cinaha isə Məhəmməm xan Ustaclı və qardaşı Qara xan Ustaclı rəhbərlik edirdilər. ” === Cizrənin ələ keçirilməsində iştirakı === Şah İsmayıl Mosul, Diyarbəkir və Səncarı tutduqdan sonra Bağdadın şimalındakı Cizrə vilayətini ələ keçirmək üçün ora əsgərlərindən bir dəstə göndərdi. Lakin Cizrə hakimi Əmir Şərəf uzun müddət mübarizə apardı.
Qeyb xan Ustaclı
Qeyb xan Ustaclı — Səfəvi imperiyasında fəaliyyət göstərmiş Qızılbaş hərbi dövlət xadimlərindən və sərkərdələrindən biri. Ustaclı tayfasına mənsub olmuşdur. == Həyatı == Qeyb xan Ustaclının fəaliyyəti barədə o qədər də məlumat yoxdur. Onun haqqında bəlli olan məlumatlar onun Səfəvi imperiyasının iki vilayətində hakimlik etməsi ilə bağlıdır. Beləki o, Səfəvi imperiyasının indiki İran ərazisinin qərbində yerləşən iki vilayətdə - Kürdüstan və Luristan vilayətlərində hakimlik etmişdir. Bu iki bölgədə əsasən Səfəvi şahlarına tabe olan yerli sülaləyə mənsub olan şəxslər hakimlik etdiyinə görə, Qeyb xan Ustaclının hakimliyi diqqət çəkən məqamdır. O, 1568-ci ildə Luristan vilayəti ilə birlikdə, Kürdüstan vilayətinin də hakimi təyin edilmişdir. Bir digər diqqət çəkən məqam isə Qeyb xan Ustaclının eyni zaman hər iki vilayətin hakimi təyin edilməsidir. Hər iki vilayətdə də onun hakimliyindən sonra yerli sülalədən olan şəxslər hakim təyin edilmişdirlər. Qeyb xan Ustaclı Səfəvi imperiyasını formalaşdıran və Qızılbaş tayfalarından olan Ustaclı tayfasına mənsub olmuşdur.
Salman xan Ustaclı
Salman xan Şahəli mirzə oğlu Təmişli-Ustaclı (XVI əsr, Məşhəd, Xorasan – 1624) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin nəvəsi, vali. == Həyatı == Salman mirzə Şahəli mirzə oğlu Təmişli-Ustaclı Təbriz şəhərində dünyaya gəlmişdi. 1580-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Az sonra Gilana hakim göndərilmişdi. Şahəli mirzə Təmişli-Ustaclı1585-ci ildə sarayda divanbaşı olmuşdu. Şahəli mirzə Təmişli-Ustaclı 1587-ci ildə Murtuzaqulu xan Pörnək-Türkmandan sonra Məşhəd şəhərinə hakimlik etmişdi. 1612-ci ildə Qəzvinin valisi idi. Şahəli mirzə Təmişli-Ustaclı 1624-cü ildə vəfat edib. == Ailəsi == Salman mirzə Şəhribanu xanım I Təhmasib şah qızı Səfəvi (?-1583) və Gövhər Sultan xanım II İsmayıl şah qızı Səfəvi (1577-1618) ilə dünya evinə girmişdi. Abdulla xan Ustaclının nəvəsidir.
Ustaclı
Ustaclı eli — Oğuzların Əfşar boyuna bağlı el. == Tarixi == Öncə Güney Azərbaycanın Muğan və Qaradağ vilayətlərində yaşam sürən ustaclılar monqol işğalı dönəmində Anadoluya qaçdılar. Burada yaşayan soydaşları ilə birləşib Sivas Amasya civarında məskunlaşdılar. Ustaclı eli Ərətna bəyliyinin, sonra isə Qazi Bürhanəddin hökumətinin siyasi həyatında yaxından iştirak etmişdi. Osmanlılar dönəmində məzhəbləri ilə əlaqədar orduya cəlb olunmadıqlarından Səfəvilərə üz tutmuşdular. Ustaclı elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxıb müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər. Ustaclı elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb yaşamını sürdürdü.
Ustaclı eli
Ustaclı eli — Oğuzların Əfşar boyuna bağlı el. == Tarixi == Öncə Güney Azərbaycanın Muğan və Qaradağ vilayətlərində yaşam sürən ustaclılar monqol işğalı dönəmində Anadoluya qaçdılar. Burada yaşayan soydaşları ilə birləşib Sivas Amasya civarında məskunlaşdılar. Ustaclı eli Ərətna bəyliyinin, sonra isə Qazi Bürhanəddin hökumətinin siyasi həyatında yaxından iştirak etmişdi. Osmanlılar dönəmində məzhəbləri ilə əlaqədar orduya cəlb olunmadıqlarından Səfəvilərə üz tutmuşdular. Ustaclı elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxıb müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər. Ustaclı elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb yaşamını sürdürdü.
Ustacəlilli
Ustacəlilli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Xanməhəmməd bəy Ustaclı
Xan Məhəmməd bəy Mirzə bəy oğlu Ustaclı və ya Məhəmməd xan Ustaclı (ö. 1514, Çaldıran düzü, Maku, Səfəvi imperiyası) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi. Məhəmməd xan Ustaclı Türkman tayfası olan Ustaclı tayfasından olmuş, Səfəvi hökmdarı I Şah İsmayılın (1501–1514) dövründə fəaliyyət göstərmişdir. O, Şah İsmayılın Kiçik Asiyadakı və Mesopotamiyadakı fəthlərində mühüm rol oynamış, 1506-cı ildən ölümünə qədər Diyarbəkir hakimliyi vəzifəsini icra etmişdir. Onun barəsində anonim müəllif tərəfindən yazılan "Tarix-i Qızılbaşan" əsərində qısa məlumat verilir: "Onlar I Şah İsmayılın zühurunun əvvəllərində Ərzincan yaxınlığında öz köçləri ilə xoşbəxt orduya qoşuldular. Onların böyük əmirləri çoxdur. O cümlədən: Xan Məhəmməd yeddi il I Şah İsmayılın adından Diyarbəkir hakimi idi, az bir qoşunla dəfələrlə zülqədr ordularını məğlub etmişdi." Xan Məhəmməd Çaldıran döyüşündə öldürülmüşdür. == Həyatı == Məhəmməd xan Ustaclı Mirzə bəy Ustaclının ailəsində doğulmuşdur. Özündən başqa Ovlaş bəy Ustaclı, Əvəz bəy Ustaclı və Qara bəy Ustaclı adlı üç qardaşı olmuşdur. O, Şah İsmayılın bacılarından biri ilə evlənmişdir.
Yusif bəy Ustaclu
Çavuşlu Yusif bəy Baba Süleyman bəy oğlu — XVI yüzil Azərbaycan şairi, dövlət xadimi. == Həyatı == Yusif bəy Baba Süleyman bəy oğlu Ustaclı elinin Çavuşlu oymağında dünyaya gəlmişdi. Təbriz şəhərinin darğası olmuşdu. Şair olmasına baxmayaraq təbiətcə sərt idi. 1573-cü ildə ona qarşı Təbrizdə üsyan baş verdi. İskəndər bəy Münşi Türkman Yusif bəyi "ağıl və fərasətdə öz müasirlərindən seçilən", Fəzli Isfəhani isə "qabiliyətli şair, zalım zabit" kimi dəyərləndirirdi. Sadıq bəy Avşar “Məcməül-xəvvas” adlı əsərindəki üçüncü məcmə səltənətin sütunu olan, yəni dövlətdə yüksək mövqeyə malik türklər haqqındadır. On bir nəfəri əhatə edən bu fəsildə məşhur Azərbaycan türklərindən Məhəmməd Əmani, Yusif bəy Cavaşlu və başqalarından söz açılır. XVI-XVII əsrlərdə yaşamış Məhəmməd bəy Əmanini şəxsən görən Sadiq bəy onun haqqında maraqlı məlumat verir: "Bayburtludur. Özü türk, əməli saleh, işi ibadət, pisliklərdən uzaq bir insandır.
İbrahim xan Ustaclı
İbrahim xan Ustaclı (?-1587) — Qızılbaş əmiri, I Şah Abbas Səfəvinin sərkərdəsi, Sərəxsin hakimi. == Həyatı == Şahqulu sultanın ikinci oglu İbrahim bəy də I Şah Təhmasib Səfəvidən sultan ünvanı almışdı. Qardaşı Mürşüdqulu xan ilə bərabər Xorasanda yaşayırdı. Sərəxsin hakimi idi. I Şah Abbasın hakimiyyətinin ilk çağlarından, 1587-ci ildən xan ünvanı ilə Xorasanı idarə edirdi. İbrahim xan I Şah Abbasın əmri ilə öldürüldü. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar.
Şahqulu sultan Ustaclı
Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı (?-1568) — qızılbaş sərkərdəsi, Azərbaycan və Xorasan əmir əl-ümərası, Astrabad və Çuxursəd əyalətinin bəylərbəyi (1551-1568). Həsən bəy Rumlu 1544-cü ildə baş vermiş hadisələrdən bəhs edərkən Həmzə sultan Qazağın oğlu Şahqulu sultanın Məşhəd hakimi olduğunu qeyd edir. O, həmçinin Kirman və Astrabadda da hakim olmuşdu. H.974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxursəd hakimi Şahqulu sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir. == Həyatı == Şahqulu sultan Ustaclı Ustaclı boyunun məşhur nümayəndələrindən biri olan Çayan sultanın qardaşı Qazax sultanın oğlu idi. Əmisi Çayan sultan Hüseyn bəy Lələdən sonra Şah İsmayılın əmir əl-ümərası olmuşdu. Şahqulu sultanın doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. Anonim müəllif tərəfindən qələmə alınan “Tarixi-Qızılbaşan” əsərində onun haqqında müfəssəl məlumat verilib: “Başqa birisi Qazax sultanın oğlu- Çayan sultanın qardaşı oğlu- Şahqulu sultandır ki, uzun illər Şah Təhmasibin adından Məşhəd hakimi idi və 958-ci ildə (1551) Şah Təhmasib onu çağırıb İsmayıl Mirzənin lələsi təyin etdi. Hüseyncan sultan Rumlunun vəfatından sonra Çuxursədin əmir əl-ümərası oldu və Şah Təhmasib onu Ruma səfir göndərdi.
Əliqulu xan Ustaclı
Əliqulu xan Fəthoğlu-Ustaclı (?-?) — Ustaclı elinin Fəthoğlu oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi. == Həyatı == 1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub, Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustaclı və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq, özləri yiyələndilər. Əmir xan Türkman zindanda öldürüldü. Şahzadə Həmzə mirzə həmpiyaləsi Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb, saraya gətirdi. Hüseynqulu sultan Fəthoğlunu Güney Azərbaycana bəylərbəyi təyin etdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırdı.
Əvəz bəy Ustaclı
Əvəz bəy Ustaclı — Qızılbaş tayfalarından biri olan Ustaclıların Təmişli boyundan olan və XVI əsrin əvvəllərində fəaliyyət göstərmiş hərbi xadimlərindən biri. == Həyatı == Əvəz bəy Ustaclı XVI əsrin əvvəllərində Səfəvi imperiyasının yaranmasında və yayılmasında rol oynamış qızılbaş sərkərdələrindən biridir. O, 1514-cü ildə qısa müddət Bitlisin hakimi kimi çalışmışdır. O, Mirzə bəy Ustaclının oğlu idi və üç qardaşı var idi: Məhəmməd xan Ustaclı, Ovlaş bəy Ustaclı və Qara xan Ustaclı. Məhəmməd xan və Qara xan I İsmayılın ən vacib sərkərdələrindən biri olmuş və ona Şərqi Anadolunu ələ keçirməkdə yaxından yardım etmişdirlər. Məhəmməd xan Çaldıran döyüşündə, Qara xan isə döyüşdən sonra 1517-ci ildə Osmanlı ordusu ilə döyüşdə öldürülmüşdü. Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Bu evlilikdən Abdulla xan Ustaclı dünyaya gəlmişdir. == İstinadlar == == Mənbə == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers.
Sədrəddin xan Ustaclı
Sədrəddin xan Ustaclı — Səfəvi sərkərdəsi, Astrabad hakimi, İsmayıl Mirzənin lələsi. == Həyatı == Anonim müəllif tərəfindən qələmə alınan Tarixi-Qızılbaşan adlı əsərdə onun barədə məlumata rast gəlinir. Müəllif yazır: “Başqa birisi Sədrəddin xandır ki, Astrabad hakimi və İsmayıl Mirzanın lələsi idi. Axırda əmirlikdən azad edildi. Öz səxavəti ilə bütün əmirlərdən seçilirdi.” === Məhəmməd Saleh üsyanı zamanı === 1539–1540-cı ildə Xacə Bitikçinin oğlu Məhəmməd Saleh Bitikçi Astrabbada üsyan qaldırdı. O, Astrabbadda "qara geyimlilər"dən bir dəstə adamı öz ətrafında topladı. Yetəri qədər əsgər toplaya bilmədikdə Daşkənd və Fərqanə valisi ilə Burak xanın qardaşı oğlu Ömər Qazi Sultandan kömək istədi. Ömər Qazi öz ordusu ilə Astrabada gəldi. Astrabad hakimi Sədrəddin xan onlara qarşı mübarizə apara bilməyəcəyini anlayıb geri çəkilərək Bistana gəldi və Şah Təhmasibə üsyan xəbərini çatdırdı. Bu zaman Məhəmməd Saleh artıq Astrabadı ələ keçirmişdi.
Əmir Qeyb bəy Ustaclı
Əmir Qeyb bəy Ustaclı — Şah Təhmasibin hakimiyyəti zamanı xidmətdə olmuş Ustaclı boyuna mənsub Səfəvi əmrlərindən biri. Təbriz, Damğan və Bistam hakimi. == Həyatı == Ustaclı boyuna mənsub əmirlərdən biri olan Əmir Qeyb bəy Ustaclının adına mənbələrdə Sultan Süleymanın 1548-ci ildə Azərbaycana hücumu zamanı rast gəlinir. 1548-ci ildə Sultan Süleyman bir qədər ordu ilə Üləmanı Van qalasını mühasirə etmək üçün göndərdi. Özü isə Təbrizə doğru hərəkətə başladı. Bundan xəbər tutan Şah Təhmasib isə Təbriz yaxınlığında Şənbi Qazan adlanan yerdə ordusunun avanqard hissəsini osmanlılar üzərinə göndərdi. Əmir Qeyb bəy Ustaclı bu zaman digər Ustaclı əmiri Bədr xan Ustaclınınh köməkçisi idi. O az sayda əsgər ilə Mərəndə hücum çəkərək osmanlıları püskürdüb qaçırdı. Buna baxmayaraq Osmanlı qoşunu yeni gələn qüvvələrlə daha da güclənib Səfəvi avanqard birliyini məğlub etməyə nail oldu. Həsən bəy Rumlu “Əhsən ət-Təvarix” əsərində hadisələrin gedişatını belə təsvir edir: “Xondgar Divrigi yolundan Bargiriyə gəlib, Üləməni bir dəstə rumi ilə Van qalasını əhatə etməyə göndərdi.