1. Yuva yerinə bir vaxtlar uya işlətmişik. Uyad sözü utanmaq demək olub. Mənası: “yuvaya çəkil” (gizlən...) deməkdir (Rus dilindəki “скромный” sözü də “рамка” kəlməsi ilə qohumdur). Başqa yozum: söz utanmaq formasında da qeydə alınıb, kökü uy (стыд) ismidir. Həmin isimdən uyluq (eyibli yer, cinsi orqan) sözü də əmələ gəlib (indi işlədilmir). Görünür, uy ismindən uya feili yaranıb, onun da zəminində uyatan (uytan, utan) sözləri meydana çıxıb. Deməli, utanmaq və yuva tarixən qohum sözlərdir, utanan adamların üzünü örtməsi (gizlətməsi) indi də özünü göstərir.
2. Mənbələrdə ud sözü abır-həya kimi açıqlanıb. Deyim də var: Abırlının udu çatladı, abırsızın ödü. (Bəşir Əhmədov. Etimologiya lüğəti)