Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzunboyad
Uzunboyad — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Uzunboyad kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Uzunboyad keçmiş adı Boyat Uzunqışlaq olmuşdur. Oykonimin tərkibindəki uzun sözü qışlağın ərazisinin ensiz, dar zolaq şəklində olması nı bildirir. Sonralar qışlaq sözü atılmış və məntəqə Uzunboyat adlandırılmışdır. Oykonim "boyatlara məxsus uzun qışlaq" mənasındadır. Şabran rayonunun ərazisində iki Boyat kəndini bir-birindən fərqləndirmək üçün biri Uzunboyad, digəri isə Sincan kəndinin yaxınlığında yerləşdiyinə görə Sincanboyad adlandırılmışdır. Boyat (Bayat, Bəyat) – "Kitabi-Dədə Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Qədim Albaniyada – Arran-Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır.
Uzunboyad bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Uzunoba
Aşağı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Uzunoba (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Uzboy
Uzboy — Mərkəzi Asiyanın səhralıq ərazisində keçən qurumuş çay yatağı. Türkmənistan ərazisində Sarıqamış çökəkliyindən başlayaraq Xəzər dənizi istiqamətinə istiqamətlənir. Onun zunluğu 550 kilometrdir. Həmdə axmaz göllər üçün ümumi ifadə kimi istifadə edilir. Bu qol enli bir yatağa malik olaraq, çoxlu sayda terrasvari enişlərə sahibdir. Bu terraslar nə vaxtsa mövcud olan şəlalələrin yerləridir. Bu çayın olduqca gursulu olmasına dəlalət edir. Qurumuş yataq boyunca çoxlu sayda su calılarının qalıqları müşahidə edilir. Bəziləri bu çayın Amudəryanın bir qolu olmasını deyirlər. O nə zamansa Xəzər dənizinə tökülürmüş Vladimir Afanasiev Obruçev Özünün Xəzər arxası regiona ekspedisiyası zamanı 1886 ildə Uzboy haqqında belə yazırdı: «Bala-İşem quyusundan 200 addım qərbdə, Sərdar Xivə karvan yolunun üzərində 40°15 ş.
Aşağı Uzunoba
Aşağı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Uzunoba kəndi mərkəz olmaqla, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim "aşağıda yerləşən Uzunoba kəndi" deməkdir. == Tarixi == === Tarixi abidələri === Aşağı Uzunoba kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Ziyafət Əsgərov — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, hüquq elmləri namizədi, professor. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Bozbığlı uzunbığ
Döşüdişli uzunbığ
Erkək fərdlərin bədəninin uzunluğu 30 – 40 mm, dişilərinki isə 60 mm - ə qədərdir. Bədəni iridir, qanadüstlükləri adətən bir qədər açıq rəngdədir. Ön döş önə doğru daralmışdır, ön ucları itidir. Ön döşün yan tərəfləri uzun dişiciklərlə əhatə olunmuşdur. Sonuncu dişicik qalanlarından uzun olub, arxaya doğru əyilmişdir. Erkək fərdlərin çənələri dişilərinkinə nisbətən iri olub, içəri kənarında iri dişi vardır. Dişi fərdlərdə bu diş zəif inkişaf etmişdir. Bığcıqlar erkək fərdlərdə qanadüstlüklərin yarısından uzundur, dişi fərdlərdə isə yarısına çatmır. Albaniya, keçmiş Yuqoslaviya, Yunanıstan, Bolqarıstan, Türkiyə, İran, Suriya, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycanda Şəki – Zaqatala, Quba – Xaçmaz, Gəncə, Yevlax, Mingəçevir, Samux, Neftçala və Lənkəran rayonlarında rast gəlinir. 1904-cü və 1906-cı ildə M.Vinovski tərəfindən Yevlaxda 1 fərd, 1909-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1929-cu ildə K.Predum tərəfindən Lənkəranda 2 fərd, 1931-ci ildə V.Kavdişev tərəfindən Zaqatalada 1 fərd, 1941-ci ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 ədəd, 1946-cı ildə A.V.Boqaçev tərəfindən Mingəçevirdə 1 fərd, 1947-ci ildə A.V.Boqaçev tərəfindən Samuxda 1 fərd, 1949-cu ildə A.V.Boqaçev tərəfindən Xaldanda 5 fərd, 2008-ci ildə X.Z.Əsgərzadə tərəfindən Nabranda 5 fərd, 2011-ci ildə Z.B.Şahverdiyeva tərəfindən Neftçalada 1 fərd, 2010-cu ildə İ.Q.Kərimova tərəfindən Lənkəranda 2 fərd, 2011-ci ildə İ.Q.Kərimova tərəfindən Şabranda 2 fərd, 2012-ci ildə İ.Q.Kərimova tərəfindən Zaqatalada 2 fərd qeydə alınmışdır.
Dənəvərbığlı uzunbığ
Qara uzunbığ
Qara uzunbığ (lat. Morimus asper) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Təhlükə həddinə (VU) yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Bədəni qara rəngdə olub, 16–38 mm uzunluqdadır. Qanad üstlükləri və ön döşün üzəri dənəvərdir. Qanadüstlüklərin üzərində qara ləkələr vardır. Krım, Qafqaz, Cənubi Qafqaz; Türkiyə, Şimali İranda rast gəlinir. Azərbaycanda Bakı, Abşeron, Zaqatala, Lənkəran, Astara və Yardımlı rayonlarında rast gəlinir. Ölkəmizdə bu böcəyin Morimus vercundus yarımnövü yayılmışdır. Sürfələr müxtəlif enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağı və qabığı altında yaşayırlar.
Urinboy Rahmonov
Urinboy Rahmonov (rus. Уринбой Рахмонбердиевич Рахмонов) (4 (17) mart 1910 - 5 oktyabr 1980) - Sovet Qırğızıstan aktyoru və teatr xadimi, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu, yazıçı, şair. Urinboy Rahmonberdiyeviç Rahmonov 4 mart 1910-cü ildə Oş şəhəriində anadan olmuşdur. Atası Rahmonberdi Madazimov Qırğızıstan teatr hərəkatının təsisçisi və təşkilatçısı, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu və ilk bədii direktoru, yazıçı idi. 1927 - K.Yaşen "Dostlar". 1928 - K.Yaşen "Ərzində". 1929 - Gulom Zəfəriy "Halime", K.Yaşen "Aji-Aji". 1930 - Umarjon İsmoilov "Pambıq sahəsində tarix". 1931 - Nikolay Gogol "Evlənmə". 1932 - Mannon Uygur "Tərcüməçi".
Uzunbığ rezuslar
Uzunbığ rezuslar (lat. Rhaesus) — Uzunbığlar fəsiləsinə aid böcək cinsi. İri ölçülərə malik olan böcəklərdir. Onların uzunluğu 60 mm təşkil edir. Gövdə hissəsinin kənarları dişlikli olur. Bu cinsə aşağıdakı növlər daxildir: növ: Rhaesus persicus Motschulsky, 1875 növ: Rhaesus serricollis (Motschulsky, 1838) Бей-Биенко Г. Я. Часть 1. Жесткокрылые и веерокрылые // Определитель насекомых европейской части СССР в пяти томах. — Москва—Ленинград: "Наука", 1965. — Т. II. — С. 389–419. — 668 с.
Uzunoba (Marağa)
Uzunoba (fars. ‎‎‎اوزون اوبه‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (23 ailə).
Uzunoba (Qoşaçay)
Uzunoba (fars. اوزون اوبه‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 788 nəfər yaşayır (173 ailə).
Uzunoba (Sərdarabad)
Uzunoba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Araz çayının sol sahilində yerləşir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «geniş, böyük» mənasında işlənən uzun sözü ilə «kənd, yaşayış məntəqəsi, yurd», «köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət yer, köç yeri» mənasında işlənən oba sözünün birləşməsindən əmələ gəlib «böyük, geniş kənd» mənasını ifadə edir. Oba sözü türk dilində «tayfa», «köç ailəsi», «tayfanın yaşadığı yer» mənasında işlənir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
Uzunoba (Xaçmaz)
Uzunoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir. Uzunoba kəndi.
Uzunoba bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Uzunsov ardıc
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü. Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.
Uzunsov danaayağı
Uzunsov danaayağı (lat. Arum elongatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü. Çoxillik bitkidir. Kök yumruları yastıtəhərdəyirmidir.Gövdə yarpaq saplağından uzundur. Örtük neştərvaridir, uzanmışdır,xaricdən yaşıl və ya tünd qırmızıdır, sivri sonluğu gərilmişdir. Yarpaqları saplaqdan qısadır,uzanmış-nizəşəkilli formadadır, orta bölümü kütləşmişdir, uzunsovdur, kənardakılar 2-3 dəfə qısadır, qabarıq və ya geriyə qatlanmışdır. Qıça törəmələri iyşəkillidir, qısa saplaq üzərindədir, qalındır və uzunluğu 20 sm-ə qədərdir, örtükdən azacıq qısadır,bənövşəyi və ya tünd-qırmızı rəngdədir. May ayında çiçəkləyir və elə may ayında da meyvə verir. Otlu yamaclarda, dərələrdə, kolluqlarda və meşədə bitir. BQ (Quba), Qobustan, BQ şərq, Kür düzənliyi, KQ (hər yerində) Naxç.
Uzunsov xırdaləçək
Uzunsov xırdaləçək (lat. Erigeron elongatus) — xırdaləçək cinsinə aid bitki növü.
Uzunsov zirinc
Uzunsov zirinc (lat. Berberis oblonga) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Təbiətdə növün arealı Tyan-Şyan və Pamir-Alay dağlarını əhatə edir. Qırğızıstanın Çatkal rayonunda təsvir edilmişdir. Hündürlüyü 2,5 m-dək olan budaqlı koldur. Cavan budaqları qonur, qocaları boz olur. Yarpaqları tərs yumurtavarı, uzunsov və ya ellipsvarı, uzunluğu 6 sm-dək, küt, saplaqlı, kənarları bütöv və ya bir az dişli, üstü bozumtul-yaşıl, alt tərəfi göyümtüldür. İynələri sadə və ya 3 yerə bölünmüş, uzunluğu 15 mm-dəkdir. Çiçəklərin diametri 1 sm-dək, şaxələnmiş süpürgəvarı salxımlarda, əsasən 10-20 ədəd, bəzən çoxdur. Çiçək saplaqlarının uzunluğu 8 mm-dəkdir.
Uzunsov zəravənd
Ağəsməyəbənzər zəravənd (lat. Aristolochia clematitis) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Yuxarı Uzunoba
Yuxarı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi yaradılmışdır. Oykonimin əsası uzun və oba sözlərindən ibarət olub, obaların cərgə ilə uzununa yerləşdiyini bildirir. Oykonimin birinci komponenti isə kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək, eyni zamanda onun coğrafi mövqeyini bildirmək üçün əlavə edilmişdir. Yuxarı Uzunoba kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Naxçıvançayın sahilində, düzənlikdə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Yuxarı Uzunoba nekropolu
Yuxarı Uzunoba nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində Antik dövrə aid arxeoloji abidə. Nekropol 1986-cı ildə aşkar edilmişdir. O, Yuxarı Uzunoba kəndindən şimalda, Naxçıvançayın sağ sahilində yerləşir. Dağıntı nəticəsində nekropolda olan küp qəbirlərin biri aşkar edilmişdir. Küp qəbir torpağın təzyiqindən qırılmışdı. Nekropolun bir hissəsi çayın yatağına düşdüyündən, buradakı qəbirlərin skeletləri pis qalmış və çürümüşdü. Küp qəbrin içərisindən insan skeletinin qalıqları və xırdabuynuzlu heyvan sümükləri aşkar olunmuşdur. Küp qəbirin ətrafından bir ədəd küpə tipli qab aşkar edilmişdir. Qab narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi yüngülcə cilalanmışdır. Ağzının və gövdəsinin bir hissəsi hislənmişdir.
Uzungöl
Uzungöl (türk. Uzungöl) — Türkiyənin Trabzon əyalətinin Çaykara ilçesində yerləşən göl. Uzungöl həmçinin gölün ətrafındakı kəndin adıdır. Göl Trabzon şəhər mərkəzindən 99km, Çaykara ilçe mərkəzindən 19km uzaqlıqdadır. Uzungöl yamaclardan düşən qayaların Haldizen dərəsinin qabağını kəsməsiylə yaranıb. Sıx meşələri, təbii gözəlliyi turistləri özünə cəlb etməkdədir. Türkiyənin Soğanlı və Qaçqar sıradağlarının kəsişməsində yerləşir. İynəyarpaqlı meşələrin olması və yağışlı ərazidə olması ərazinin daim yaşıl görünməsinə şərait yaradır. Dəmirqapı dağları və Soğanlı dağlarında 60 dan çox endemik bitki növü var. Bu ərazidə 59 məməli heyvan, 250 quş növü yaşayır.
Urinboy Rahmonberdievich Rahmonov
Urinboy Rahmonov (rus. Уринбой Рахмонбердиевич Рахмонов) (4 (17) mart 1910 - 5 oktyabr 1980) - Sovet Qırğızıstan aktyoru və teatr xadimi, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu, yazıçı, şair. Urinboy Rahmonberdiyeviç Rahmonov 4 mart 1910-cü ildə Oş şəhəriində anadan olmuşdur. Atası Rahmonberdi Madazimov Qırğızıstan teatr hərəkatının təsisçisi və təşkilatçısı, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu və ilk bədii direktoru, yazıçı idi. 1927 - K.Yaşen "Dostlar". 1928 - K.Yaşen "Ərzində". 1929 - Gulom Zəfəriy "Halime", K.Yaşen "Aji-Aji". 1930 - Umarjon İsmoilov "Pambıq sahəsində tarix". 1931 - Nikolay Gogol "Evlənmə". 1932 - Mannon Uygur "Tərcüməçi".
Uzunoba su anbarı
Uzunoba su anbarı — Naxçıvan MR Babək rayonu ərazisində Naxçıvan şəhərindən şimalda yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1961-ci ildə istismara verilmişdir. Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 1868 m və su anbarının ümumi həcmi 9 mln.m³-dur. Suvarma sahəsi 2400 ha-dır.
Uzungöl (Uçalı)
Uzungöl (başq. Оҙонгүл, rus. Узунгулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 80 km, kənd sovetliyindən (Mindyak): 10 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 24 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.