VƏFADARLIQ
VƏFALILIQ
OBASTAN VİKİ
Ayaz Vəfalı
Ayaz Rza oğlu Cəfərov — şair, tənqidçi, ədəbiyyatşünas, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1972), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Azərbaycanın Əməkdar incəsənət xadimi (2007). == Həyatı == Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlamışdır: burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olmuşdur (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışmışdır. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Ayaz Vəfalı bədii yaradıcılığa "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlamışdır. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirmiş və "Füzuli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, müxtəlif illərdə işıq üzü görən "İllər və nəsillər", "Ürək və od", "Turacın mahnısı", "Bəlkə onda öyrənmişik", "Özü oda yana-yana" şeirlər kitabının, "Füzuli öyrədir", "Sənətkar və xalq", "Füzuli xəlqiliyi" elmi-tədqiqat əsərlərinin müəllifidir. Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin "Leyli və Məcnun", Ukrayna ədəbiyyatının klassiki T. Q. Şevçenkonun "Kor qadın" poemalarını, rus yazıçısı A. Çakovskinin "Qələbə" siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət "Atalar sözü-ağlın gözü" kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə etmişdir.
Təbriz Vəfalı
Vəfalı Suvarov
Vəfalı Səriyyə (pyes)
Vəfalı Səriyyə və ya Göz yaşları içərisində gülüş — Cəfər Cabbarlının məşhur 4 pərdəli dramı, əsər 30 dekabr 1915-ci ildə yazılmışdır. Bu əsərdə müəllif cəmiyyətdəki ədalətsizliklərdən bəhs edir. Əsərdə cəmiyyətdəki ədalətsizliklər özünü göstərirdi. Pyes XX əsrin əvvəllərində ədəbi-mədəni və mənəvi mühitin aydın şəkildə özündə əks etdirir. Vəfalı Səriyyə yaxud Göz yaşları içərisində gülüş ədəb- mədəni və mənəvi mühitin aydınlığa çıxmasında, peşəkar teatrın püxtələşməsində, yeni aktyor nəslinin yetişməsində əhəmiyyətli rol oynayır. Pyesin baş qəhrəmanları Səriyyə və Rüstəmdir. Əsərdəki qəhrəmanlasr iki hissəyə bölünür: bir tərəf müasir təhsili, savadı və tərbiyəni təmsil edir. Bunlar Səriyyə. Onun əmisi oğlu və sevgilisi Rüstəm, dayısı oğlu Məhərrəmdir. Mənfi tərəfdə isə Səriyyənin anası Çimnaz, onun dayısı Həmzə, dayısı oğlu Qurbandır.

Значение слова в других словарях