VƏLƏ

is. məh. Bir yaba dolusu, bir yabanın götürə biləcəyi qədər ot, kol və s.; şələ, qucaq.
Qaranlıq çökəndə Qaraxan Məcidin qəbri üstə bir vələ tikan odlayıb alov elədi. S.Rəhimov.

VƏLAKİN
VƏLƏD
OBASTAN VİKİ
Adi vələmirquşu
Adi vələmirquşu (lat. Emberiza citrinella) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda şərq yarımnövü qışlayır. Başqa vələmirquşlarından sarı-qonur alalı başı və bədəninin alt tərəfi ilə seçilir. Erkəyin beli və döşünün böyürlərindəki xallar qəhvəyidir. Qanadları və quyruğu qonurdur. Quyruğunun yanlarında ağ zolaqlar vardır. Dişidə və cavanlarda qəhvəyi rəng qonur rənglə, sarı isə bulaşıq sarımtıl rənglə əvəz olunur. Sürü ilə gəzir, yerdə yemlənir. Arealı Avrasiyadır.
Bağ vələmirquşu
Bağ vələmirquşu (lat. Emberiza hortulana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Erkəyi başqa vələmirquşlarından sarımtıl boğazı ilə seçilir. Başı və döşü açıq bozdur. Qanadları və quyruğu qonur, quyruğunun yanlarında ağ zolaqlar vardır. Qalan lələklənməsi oxra-qəhvəyimtildir. Dimdiyi qırmızımtıldır. Dişilər və cavanlar erkəkdən bellərindən və çinədanlarındakı uzununa qonur alalarla yaxşı seçilir. Yuvalama dövründə cüt-cüt, sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları
Bəhaəddin Vələd
Bəhaəddin Vələd (1148, 1152 və ya 1149, Bəlx, Xarəzmşahlar dövləti – 1231, Konya, Rum Səlcuqlu dövləti) — fəqih, filosof. == Haqqında == Xarəzmşah hökmdarları Bəhaəddin Vələdin xalq üzərindəki təsirindən hər zaman narahat idi; çünki o, insanlarla son dərəcə mülayim davranır, onların anlaya biləcəkləri fikirləri irəli sürür, dərslərində heç vaxt fəlsəfi mübahisələrinə yol vermirdi. Bəhaəddin Vələd ilə Xarəzmşah Əlaəddin Məhəmməd Tökiş arasında olan bir hadisə: Bəhaəddin Vələd bir gün dərsində, fəlsəfəni və filosofları şiddətlə tənqid edir, onları İslam dinində var olmayan şeylərlə (bidətlə) məşğul olmaqda günahlandırır. Buna çox hirslənən məşhur İslam filosofu Fəxrəddin Razi onun haqqında Məhəmməd Tökişə şikayət edir. Razinin hökmdarın yanından xüsusi hörmət və etibarı var idi. Razinin xəbərdarlıqları və xalqın Bəhaəddin Vələdə göstərdiyi maraq ve hörmət bir araya gəlincə, öz yerini itirməkdən qorxan Tökiş, Bəlx qəsəbəsinin açarlarını ona göndərdi. Bu, mənim yerimə hakimiyyəti sən idarə et, anlamına gələn bir davranış idı. Deyilənlərə görə bu davranışı "bir yerdə iki sultan olmaz" deyə qarşılayan Bəhaəddin Vələd, dərhal köç hazırlıqlarına başladı, ailəsini, kitablarını, sadid müridlərini yanına alaraq ölkədən ayrıldı (1212 ya da 1213). Nişapur şəhərində məşhur şeyx Feridüttin Attar onları qarşıladı. Aralarında önəmli söhbətlər oldu.
Daş vələmirquşu
Daş vələmirquşu (lat. Emberiza cia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Qafqaz yarımnövü yaşayan politipik növdür . Dağlarda yaşayan başqa vələmirquşlarından gözünün üstündəki açıq rəngli zolaq və dimdiyindən başlayaraq gözündən keçməklə yanaqlarını haşiyələyib dimdiyinin yanında qurtaran qara zolaqla seçilir. Erkəyin beli, döşü və qaşı kürənimtil – qəhvəyi, başı və çinədanı bozdur. Qanadları və quyruğu qonurdur. Quyruğunun yanları ilə ağ zolaqlar uzanır. Dişilərin və cavanların rəngi daha tutqundu. Yuvalama dövründə cüt-cüt və tək-tək, çoxalmadan sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Göyçay vələsi
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. == Ümumi yayılması == İranın şimal-qərb hissəsində yayılmışdır. == Azərbaycanda yayılması == Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. == Bitdiyi yer == Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. == Təbii ehtiyatı == Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Irimeyvəli vələs
== Ümumi yayılması: == Rusiyanın Avropa hissəsi, Moldova, Balkan yarımadası, Apennin yarımadası, Kiçik Asiyada və Şimal-Qərbi Iranda (Astarabad) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması: == Lənkəran dağlarında yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer: == Оrta və aşağı dağ qurşaqlarının güney yamaclarında meşədə və kоlların arasında rast gəlinir. == Təbii ehtiyatı: == Azərbaycanda çox deyildir. == Biоlоji хüsusiyyətləri: == Təbiətdə ağac və ya qоllu-budaqlı kоldur. Yarpaqları 3-9 sm uzunluqda və 2,5-4 sm eindədir, оval-ellipsşəkillidir, uc hissəsi uzanmamışdır, kənarlarında demək оlar ki, eyni böyüklükdə dişlər vardır. Yarpaqlarının qaidə hissəsı dəyirmi- pazvarı və ya azca ürəkvaridir və çanağı təхminən 3 sm uzunluqda və 2 sm enindədir. Yarpaq yanları bütövdür, dilimləri yохdur, 5-8 damarı vardır, ümumi görünüşü оval- rоmbşəkillidir və ya enli rоmbşəkillidir. Adətən, kənarlarında bərabər оlmayan iri dişləri vardır.
Koroğlu Vələdov
Koroğlu Namiq oğlu Vələdov – keçmiş azərbaycanlı futbolçu. == Həyatı == 1980-ci il avqustun 24-də Qazax şəhərində anadan olub. 1986-1997-ci illərdə şəhərin 1 saylı Tam Orta Məktəbində təhsil alıb.18 yaşından həvəskar futbola başlayan Koroğlu Vələdov 21 yaşından etibarən isə peşəkar futbola başlayıb. 2000-ci ildə Bosniyada UEFA-nın keçirdiyi Həvəskarlararası yarışda iştirak edib. Koroğlu 2002-2007-ci illərdə Qazaxın Göyəzən FK-da oynayıb. 2007-2008-ci illərdə isə Slovakiyada keçirilən Futbol yarışında Avey Ağstafa FK-nu təmsil edib.
Molla Vələdli türbəsi
Molla Vələdli türbəsi — Azərbaycanın Goranboy rayonunun Şəfəq kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsi.
Qamışlıq vələmirquşu
Qamışlıq vələmirquşu (lat. Emberiza schoeniclus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Xəzər yarımnövü yuvalayır. Qış vaxtında isə ona daha 6 yarımnöv qoşulur. Onlardan bəzisi qışlayır, bəzisi isə yalnız uçub keçir. Qamışlıq vələmirquşunun erkəyinin başı və boğazı qara, qanadları və quyruğu qonurdur. Beli kürənimtil-boz, qonur alalıdır. Dişinin və cavanların başı bozumtuldur. Cüt-cüt və sürü ilə gəzir. Növün arealı Avropa və Asiya, qışda isə arealın cənubudur.
Qarabaş vələmirquşu
Qarabaş vələmirquşu (lat. Emberiza melanocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Erkəyi başqa vələmirquşlarından başının üstünün və yanlarının qara rəngi ilə seçilir. Qanadları və quyruğu qonur, beli qəhvəyidir. Bədəninin bütün alt tərəfi parlaq sarıdır. Dişilərdə və cavanlarda bədənin üstü sarımtıl- boz, altı isə sarımtıl-bulaşıq-ağdır. Yuvalama dövründə cüt-cüt, qalan vaxtlarda sürü ilə gəzir. Arealı Avropa və Asiyadı. Hindistanda qışlayır. Azərbaycanda hündür dağlıqdan başqa qalan yerlərdə geniş yayılmışdır.
Qayalıq vələmirquşu
Qayalıq vələmirquşu (lat. Emberiza buchanani) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Azərbaycan faunasına E.b.cerrutii Filippi yarımnövü daxil olur. == Təsviri == Bağ vələmirquşundan ağ bığı və boz çiyin tükləri ilə seçilir. Ancaq çəhrayı dimdiyi, ağımtıl göz halqası ilə bağ vələmirquşuna və dağ vələmirquşuna bənzəyirlər. Yetkin fərdin başı açıq kül rəngli boz, dağ vələmirquşundan daha açıq rənglidir və bu boz rəng sinəsinə qədər enib qurşaq əmələ gətirmir. Döşü qırmızımtıl-qəhvəyi olub, boğazı və "bığ" xətti ağımtıl, ayaqları və quyruqaltı açıq krem rəngindədir. Payızda yeni lələk dəyişdiyi zaman alt tərəfi açıq qırmızı olur. Üstdəki xəttlər tünd, quyruq hissəsi boz rənglidir.
Sivrimeyvəli vələs
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. == Ümumi yayılması == İranın şimal-qərb hissəsində yayılmışdır. == Azərbaycanda yayılması == Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. == Bitdiyi yer == Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. == Təbii ehtiyatı == Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Sultan Vələd
Sultan Vələd (1226, Karaman – 19 noyabr 1312, Konya) — sufi, şair. == Həyatı == Sultan Vələd Mevlana Cəlaləddin Ruminin oğludur. Fars dilində bir divanı, üç məsnəvisi vardır. Sultan Vələdin türkcə yazdığı sətrlər türk şerinin ilk dəyərli örnəklərindəndir. Anadolu Səlcuqlular dövləti zamanında bugünkü Karaman Larənəd adı ilə tanınırdı. Bir gün Laləndəyə xoş bir xəbər çatdı. Ailəsi ilə birlikdə Xorasının Bəlx şəhərindən yola çıxan və bir çox yerləri dolaşdıqdan sonra Anadoluya yol alan Sultan'ül-Üləma Bəhaəddin Vələd oğlu Mövlanə Cəlaləddinlə birlikdə Laləndə gələcəkdi. Xəbər qısa vaxtda bütün şəhərə yayıldı. Larəndə valisi Əmir Musa şəhərin başbilənləri ilə birlikdə Bəhaəddin Vələdi qarşılamağa çıxdı.
Tarla vələmirquşu
Tarla vələmirquşu (lat. Emberiza calandra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Rəngində parlaq fonlar yoxdur. Boğazı, döşü və qarnı bulaşıq-ağ, uzununa qonur alalıdır. Bədənin, qanadların və quyruğun üst hissəsi bozumtul-qonur, uzununa tünd-solğun alalıdır. Yuvalama dövründə tək-tək və ya cütlərlə, payızda və qışda isə sürü ilə gəzir. Çox vaxt kolların başına qonur. Yerdə yemlənir.
Vələmir
Vələmir — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Vələmir quşları
Vələmir quşları (lat. Emberizidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Xırda quşlardır. Dimdiyi konusvarı, bəzilərində küt və qabarıqdır. Dimdiyinin forması bu fəsilə üçün səciyyəvidir. Böyürlərdən basıq, kənarları dimdiküstü və dimdikaltı içəri batmışdır. Dimdiküstünün aşağı tərəfi dimdikaltının üst kənarına tamamilə deymir. Belə ki, o bucaq altina əyilmişdir. Uzunsov burun deşiklərində ensiz zarlı qapaq vardır. Şərq yarımkürəsindəki quşların quyruğunun ucunda çuxur vardır.
Vələsli (İsmayıllı)
Vələsli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Vələsli (Şabran)
Vələsli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisi 329 nəfər təşkil edir. == Din == Kənddə Vələsli kənd məscidi dini icması fəaliyyət göstərir.
Vələsyarpaq qarağac
Vələsyаrpаq azat
Vələsyаrpаq аzаt
Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida Sıra / Order: Urticales Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link. Elmi adı / Scientific name: Celtis caucasica Willd. == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status. == “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii,iii). Azərbaycanın nadir növüdür. == QlobalIUCN Statusu: NT == == Qısa morfoloji təsviri. == 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri. ==
Vələver
Vələver — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim vələ (təpəlik) və ver (yuxarı) komponentlərindən düzəlib. Təpəlik yer yüksəklik mənasındadır. == Əhalisi == Əhalisi 555 nəfərdir.
Vələver nekropolu
Vələver nekropolu — Ordubad rayonunun Vələver kəndindən şərqdə, təpənin üzərində arxeologi abidə. Nekropol q.-ş. istiqamətinə yönəldilmiş müsəlman qəbirlərindən ibarətdir. Qəbirlərin ətrafına dördkünc formada çay daşları düzülmüş bəzi qəbirlərin üzərində isə daş yığınları meydana gəlmişdir. Qəbirlərin bəzisinin üzərində qoç daşlar vardır. Baş daşlarının əksəriyyəti yonulmamış qaya parçalarındandır. Lakin yonulmuş baş daşlarına da rast gəlinir. Onlar dördkünc olub, yuxarıda tağşəkilli formaya malikdir. Baş daşlarının bəzisində ərəb əlifbası ilə kitabə vardır. Nekropol XIV–XVIII əsrlərə aid edilir.
Vələçola
Vələçola — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.

Значение слова в других словарях