Vaşinqton

coğ. Washington

vaşaq
vaterpol
OBASTAN VİKİ
Everson, Vaşinqton
Everson (ing. Everson) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 2481 nəfər olmuşdur. == Tarixi == Ərazi uzun müddət Nuksak hindilərinin kəndi olmuşdur. Frazer Çayı Qızıl Axını (Fraser River Gold Rush) nəticəsində 1858-ci ildə indiki Everson şəhərinin ərazisindən qərbdə ağdərililər Keçid (The Crossing) adlı koloniya qurdular. 1870-ci illərdə ərazidə məktəb, otel, poçt məntəqəsi, əczəxana fəaliyyətə başladı. 1891-ci ildə bu yaşayış məntəqəsi dəmiryolu çəkilişi səbəbi ilə bir qədər şərqə köçürüldü. Əraziyə 1871-ci ildə burada ilk məskunlaşmış ağdərili Ever Eversonun (1842-1915) adı verildi. Qəsəbənin ərazisi 26 Sentyabr 1892-ci ildə qeydə alındı. Everson 4 May 1929-cu ildə qəsəbə, 17 Mart 1971-ci ildə isə şəhər olaraq rəsmi qeydə alındı.
Everson (Vaşinqton)

Ferndeyl, Vaşinqton
Ferndeyl (ing. Ferndale) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. Əhalisi 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən 11415 nəfər olmuşdur. == Tarixi == Əsası 1872-ci ildə qoyulmuşdur. İlk əvvəllər Jam adını alsa da, daha sonra Ferndeyl adı verilmişdir. 19 Mart 1907-ci ildə rəsmi şəkildə qeydiyyata alınmışdır. == Coğrafiyası == Ümumi ərazisi 17.33 km² olub, bunun 17.12 km² quru, 0.21 km² isə sudur. == İqlimi == Orta illik temperatur 9.8 °C-dir. Ən isti ay Avqust (orta aylıq temperatur 16.8 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 3.1 °C). Ən yüksək temperatur 34.4 °C, ən aşağı temperatur isə -33.9 °C olmuşdur.
Ferndeyl (Vaşinqton)

Jeniva (Vaşinqton)
Cenevrə (ing. Geneva) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 2321 nəfər olmuşdur. Adam başına düşən illik gəlirə görə Vaşinqton ştatında 85-ci, Uatkom əyalətində isə birinci olmuşdur. == Coğrafiyası == Ümumi ərazisi 3.3 km² olub, bunun 2.7 km² quru, 0.6 km² isə sudur. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 2321 nəfər əhali, 867 şəxsi təsərrüfat və 683 ailə vardı. Əhalinin sıxlığı 859.6 nəfər/km²-di. Burada 911 ev var və evlərin sıxlığı 337.4/km²-dir. Əhalinin etnik tərkibini 92.7%-i Ağ amerikalılar, 0.9%-i Afroamerikalılar, 0.8%-i Hindilər, 1.9%-i Asiyalılar, 1.3%-i digər irqdən olanlar və 2.4%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 867 şəxsi təsərrüfatın 33.9%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 67.8%-ində evli ailə, 3.5%-ində əri olmayan qadın, 7.5%-ində arvadı olmayan kişi, 21.2%-ində isə ailəsi olmayanlar vardı.
Kaster (Vaşinqton)
Kaster (ing. Custer) — ABŞ-nin Uotkom dairəsində siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 366 nəfər olmuşdur. == Tarixi == Adı ilk poçt müdiri Alber Kasterin adından götürülmüşdür. İlk ərazi Velli-Vyu və Bey-Rods yollarının kəsişməsində olsa da, 1890–1892-ci illərdə dəmiryolunun çəkilməsi ilə əlaqədar indiki əraziyə köçürülmüşdür. == Coğrafiyası == Ümumi ərazisi 4.7 km² olub, tamamilə quru ərazisindən ibarətdir. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 366 nəfər əhali, 138 şəxsi təsərrüfat və 98 ailə vardı. Əhalinin sıxlığı 63.5 nəfər/km²-di. Burada 147 ev var və evlərin sıxlığı 31.3/km²-di. Əhalinin etnik tərkibini 89,3%-i Ağ amerikalılar, 1,9%-i Asiyalılar, 0,3%-i Hindilər, 0,5%-i Afroamerikalılar, 6,3%-i digər irqdən olanlar və 1,6%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
Kendal (Vaşinqton)
Kendal (ing. Kendall) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 191 nəfər olmuşdur. == Tarixi == Əsası 1887-ci ildə F.B. Hardmen tərəfindən qoyulmuşdur. İlk məskunlardan olan Kartç Kendalın şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ümumi ərazisi 2.2 km² olub, bunun 2.1 km² quru, 0.1 km² isə sudur. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 191 nəfər əhali, 69 şəxsi təsərrüfat və 47 ailə vardı. Əhalinin sıxlığı 90.9 nəfər/km²-di. Burada 87 ev var və evlərin sıxlığı 41.2/km²-dir. Əhalinin etnik tərkibini 94.2%-i Ağ amerikalılar, 1.0%-i Hindilər, 0.5%-i digər irqdən olanlar və 4.2%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
Linden, Vaşinqton
Linden (ing. Lynden) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. Əyalətin ikinci böyük şəhəridir. ABŞ-Kanada sərhədindən 8 km məsafədə yerləşir. Burada hər il Şimal-Qərb Vaşinqton Yarmarkası keçirilir. == Coğrafiyası == Ümumi ərazisi 13.42 km² olub, bunun 13.39 km² quru, 0.03 km² isə sudur. == İqlimi == Orta illik yağıntı miqdarı 1562 mm-dir. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 11951 nəfər əhali, 4594 şəxsi təsərrüfat və 3248 ailə vardı. Əhalinin sıxlığı 892.5 nəfər/km²-di. Burada 4812 ev var və evlərin sıxlığı 359.4/km²-di.
Linden (Vaşinqton)

Marta Vaşinqton
Marta Vaşinqton (ing. Martha Washington; 13 iyun 1731, Çestnat-Qrou[d], Virciniya koloniyası[d], Böyük Britaniya krallığı – 22 may 1802[…], , Virciniya) — ABŞ siyasətçisi, 1-ci Prezidenti Corc Vaşinqtonun həyat yoldaşı.
Nuksak (Vaşinqton)
Nuksak (ing. Nooksack) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 1338 nəfər olmuşdur. Kanada ilə həmsərhəsddir. Ərazidə ilk dəfə 1880-ci illərdə yaşayış məntəqələri qurulmağa başlandı. 16 Sentyabr, 1865-ci ildə Nuksak kəndi adı ilə ərazi qeydə alındı. Şəhər 6 Dekabr 1912-ci ildə rəsmi olaraq qeydiyyata alındı. 1906, 1909, 1911, 1913 və 1922-ci ildə baş vermiş irimiqyaslı yanğınlar şəhərin uzun müddət ərzində inkişafına mane oldu. Orta illik temperatur 9.7 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 16.9 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 2.1 °C).
Olimpiya (Vaşinqton)
Olimpiya (ing. Olympia) — ABŞ-də şəhər , Vaşinqton ştatının və Terston dairəsinin inzibati mərkəzi. Pyucet körfəzinin cənubundakı Deşut çayının ağzında, avropalıların gəlməsindən əvvəl ərazidə Luşucid dilinin ləhcələrində danışan qəbilələr yaşayırdı. Bölgəyə ilk məlum ağların ziyarəti 1792-ci ildə, Vankuver Ekspedisiyasından olan tədqiqat gəmilərinin heyət lideri Peter Pyucetin adını verdiyi körfəzi xəritələşdirdiyi zaman baş verdi. Rus və İspan tədqiqatçıların Pyucetdən xeyli əvvəl bölgəyə getmələrinə dair az dəlillər mövcuddur, lakin onların açıq sənədli dəlilləri yoxdur. İngilis Hudson's Bay Company 1841-ci ildə sahildə bir ticarət məntəqəsi qurdu, lakin ertəsi il Hindistan hücumları səbəbiylə evakuasiya edildi. 1846-cı ildə Edmund Silvester və Levi Smit birlikdə şəhərin mərkəzi olan torpaqlarını elan etdilər. 1851-ci ildə ABŞ Konqresi, Washington Territory daxilində Pyucet-Saund Gömrük Bölgəsini yaratdı və Gömrük İdarəsi Olympiyaya yerləşdi. Oreqon cığırını izləyən məskunlaşanlar sayəsində şəhərin əhalisi durmadan artdı; 1853-cü ildə sakinlərin bir iclasında, şimal-qərbdəki Olimpiya dağ silsiləsinə görə Olimpiya adı verildi. Həmin il Olympia, Vaşinqton ərazisinin paytaxtı oldu.
Otello (Vaşinqton)
Otello (ing. Othello) — ABŞ-nin Vaşinqton ştatının Adams qraflığında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 7 364 nəfər olmuşdur. Adams qraflığının ən böyük şəhəridir. 1884-cü ildə iki qardaş olan Ben və Sem Haçinson adlı iki qardaş Krab su axınının kənarında ev tikdilər. Onlardan bir az sonra Tom MakManamon da buraya gəldi. 1901-ci ildə ilk mülk sahibləri meydana gəldi. 1904-cü ildə ilk poçt məntəqəsi quruldu. Ritsvil 49°49′34″ şm. e.
Qleyşer (Vaşinqton)
Qleyşer (ing. Glacier) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 211 nəfər olmuşdur. Adam başına düşən illik gəlirə görə həm Vaşinqton ştatında, həm də Uatkom əyalətində axırıncı (255-ci) olmuşdur. 1909-cu ildə Cenni Von tərəfindən əsası qoyulmuş və adlandırılmışdır. Əvvəllər ərazidə qızıl mədənləri, daha sonra isə kömür mədənləri fəaliyyət göstərmişdir. 1904-cü ildə Belliqnham Bey və Britaniya Kolumbiyası dəmir yolu (Bellingham Bay and British Columbia Railroad) çəkilmişdi. 1915-ci ildə artıq burda 3 otel, mağaza, inzibati bina və digər ictimai-iaşə obyekti var idi. 1923-cü ildə Mount Beyker Magistralı (Mount Baker Highway) açıldı. Ümumi ərazisi 7.8 km² olub, tamamilə quru ərazisindən ibarətdir.
Ritsvil (Vaşinqton)
Ritsvil (ing. Ritzville) — ABŞ-nin Vaşinqton ştatının Adams qraflığında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 1 673 nəfər olmuşdur. Adams qraflığının paytaxtıdır. İndiki Ritsvil ərazinə yaxın yerdə məskunlaşan ilk şəxslərdən olan Flip Rits burada 1878-ci ildə gəlmişdi. 1880-ci ildə burya gələn Vilyam Makkey bir il sonra burda 8 otaqlı ilk binanı inşa etdi. O, bu binanı yaxınlıqda işləyən dəmiryolu fəhlələrinə icarəyə verirdi. Tezliklə Makkey ikinci binanı da tikərək burada dükkan açdı. 1881-ci ilin sonlarında isə dəmiryolu çəkilişi bitdi və The Northern Pacific Railway burada depo məqsədi ilə üçüncü binanı tikdi. 1882-ci ilin yazında artıq burada 50 nəfər əhali vardı.
Sietl, Vaşinqton
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sietl (Vaşinqton)
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Vaşinqton
Vaşinqton — şəxs adı və soyadı. Bu adı olan tanınmış şəxslər Vaşinqton İrvinq — Amerika yazıçısı, qısa hekayələr müəllifi, esseist, bioqraf, jurnal redaktoru və diplomat. Bu soyadı olan tanınmış şəxslər Corc Vaşinqton — ABŞ-nın dövlət xadimi, ABŞ-nin ilk Prezidenti (1789–1797). Marta Vaşinqton — ABŞ siyasətçisi, 1-ci Prezidenti Corc Vaşinqtonun həyat yoldaşı. Yaşayış məntəqələri Vaşinqton şəhəri — Amerika Birləşmiş Ştatlarının paytaxtı. Vaşinqton ştatı — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Olimpiya şəhəridir. Vaşinqton (dairə, Pensilvaniya) Digər Vaşinqton Post (qəzet) — ABŞ-də qəzet.
Akmi, Vaşinqton
Akmi (ing. Acme) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 246 nəfər olmuşdur. Akmi Kaskad dağlarının şimalı ilə Uatkom gölünün arasında, Cənub Fork vadisində yerləşir. Uotkom gölünün ətrafında olan mənzərəli kamp yerləri ilə məşhurdur. == Tarixi == Akmi adı 1887-ci ildə Samuel Parks tərəfindən verilmişdir. == Coğrafiyası == Ümumi ərazisi 21.83 km² olub, tamamilə quru ərazisindən ibarətdir. == İqlimi == Orta illik temperatur 10.3 °C-dir. Ən isti ay Avqust (orta aylıq temperatur 16.5 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 4.0 °C). Ən yüksək temperatur 35.3 °C, ən aşağı temperatur isə -17.3 °C olmuşdur.
Akmi (Vaşinqton)

Sumas (Vaşinqton)
Sumas (ing. Sumas) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 1307 nəfər olmuşdur. Kanada ilə həmsərhəsddir. Şəhər ərazisində 24 saat fəaliyyət göstərən sərhəd keçid məntəqəsi vardır. Sumas sözünün mənası "ağaçsız torpaq" deməkdir. 1850-ci ildə əraziyə ağdərililər gəldikdə burada Nuksak qəbiləsindən olan hindular yaşayırdılar. 1872-ci ildə Robert Conson burada yaşamağa başlayan ilk ağdərili oldu. 1875-ci ilin sonunda Bellinqhamdan indiki Everson şəhərinin ərazisinə ilk yol çəkilsə də, hələ də bu ərazidən Sumasa getmək üçün yeganə vasitə su yolu idi. 1870-ci illərin axırlarında burada daimi yaşayış məskənləri əmələ gəlməyə başladı.
Vaşinqton (Kolumbiya)
Vaşinqton — şəxs adı və soyadı. Bu adı olan tanınmış şəxslər Vaşinqton İrvinq — Amerika yazıçısı, qısa hekayələr müəllifi, esseist, bioqraf, jurnal redaktoru və diplomat. Bu soyadı olan tanınmış şəxslər Corc Vaşinqton — ABŞ-nın dövlət xadimi, ABŞ-nin ilk Prezidenti (1789–1797). Marta Vaşinqton — ABŞ siyasətçisi, 1-ci Prezidenti Corc Vaşinqtonun həyat yoldaşı. Yaşayış məntəqələri Vaşinqton şəhəri — Amerika Birləşmiş Ştatlarının paytaxtı. Vaşinqton ştatı — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Olimpiya şəhəridir. Vaşinqton (dairə, Pensilvaniya) Digər Vaşinqton Post (qəzet) — ABŞ-də qəzet.
Vaşinqton (dəqiqləşdirmə)

Vaşinqton (ştat)
Vaşinqton (ing. Washington) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Olimpiya şəhəridir. Ərazisi 184 673 km. Əhalisi 5,9 mln nəfərdir. İri şəhərləri Sietl, Spokein və Takomadır. Ştat statusunu 11 noyabr 1889-cu ildən alıb. Qubernatoru Kristin Qrequardır. Ştatın şüarı "Həmişəyaşıl ştat"dır. Şimalda Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə, cənubda Oreqon, şərqdə Aydaho ştatı ilə həmsərhəddir.
Vaşinqton (şəhər)
Vaşinqton (ing. Washington, D.C.) — Amerika Birləşmiş Ştatlarının paytaxtı. Paytaxt salınması üçün Potomak çayı sahilini ölkənin ilk prezidenti Corc Vaşinqton seçib və şəhərin əsası 1790-cı ildə qoyulub. 1800-cü ildə Vaşinqton rəsmən Birləşmiş Ştatların paytaxtı elan olunub. Dünyanın paytaxt şəhərləri ilə müqayisədə bu şəhərin bir neçə xüsusiyyəti var. Vaşinqton məhz paytaxt funksiyasını yerinə yetirmək üçün salınan şəhərdir. Bundan başqa, məlum olduğu kimi, hələ şəhər salınarkən əldə edilmiş ümumi razılığa əsasən, Vaşinqtonda Konqres binasından hündür bina tikməyə icazə verilmir. Bu qadağının məqsədi ölkədə Konqresin və qanunların hər şeydən uca olduğunu göstərməkdir. Xatırladaq ki, Kapitoli təpəsində tikilmiş və xalq arasında "Kapitoli" adı almış Konqres binası 1800-cü ildə istifadəyə verilib, lakin bu, heç də o demək deyil ki, paytaxt başdan-başa üç və ya beşmərtəbəli binalardan ibarətdir. Şəhərdə kifayət qədər 10–12 mərtəbəli binalar da var.
Lifli vaşinqtoniya
Lifli vaşinqtoniya (lat. Washingtonia filifera) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin vaşinqtoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə ABŞ və Meksikanın cənub ştatlarında tropik ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan, tezböyüyən düz gövdəli bitkidir. Yelpik formalı, iri yarpaqcıqlardan ibarət çətirə malikdir. Yarpaqların uzunluğu 14–45 sm, yaşıl rəngli, cod saplaqlı, ag liflidir. Saplaqları iynələrlə örtülmüşdür. Kanarları tikanlıdır. Yarpaq saplağının uzunluğu 1,5–2,5 m-ə çatır. Ləkvari, çətirşəkilli, çoxsaylı hissələri yarpaq ayasının bünövrəsindən çıxır yarpağın ucunda hissələrə bölünür.
Mariyeta-Oldervud (Vaşinqton)
Mariyeta-Oldervud (ing. Marietta-Alderwood) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 3906 nəfər olmuşdur. == Tarixi == 1860-ci illərin əvvəllərində buraya gələn Solomon Allen, 1864-cü ildə Lummi qəbiləsindən olan bir qadın ilə evləndi və burda yaşamağa başladı. 4 iyul 1879 Allen bu ərazini qeydə aldırdı. == Coğrafiyası == Ümumi ərazisi 19.2 km² olub, bunun 15.5 km² quru, 3.7 km² isə sudur. == İqlimi == Orta illik temperatur 10.0 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 16.9 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 2.8 °C). Ən yüksək temperatur 44.4 °C, ən aşağı temperatur isə -18.3 °C olmuşdur. Orta illik yağıntı miqdarı 2202 mm-dir.
Meypl-Fols (Vaşinqton)
Meypls Fols (ing. Maple Falls) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 324 nəfər olmuşdur. İlk məskun kanadalı Herbert Everant Leavitt əraziyə 1887-ci ildə gəlmişdi. 1888-ci ildə o, ərazini qeydə aldırdı. Ümumi ərazisi 7.8 km² olub, tamamilə quru ərazisindən ibarətdir. Orta illik temperatur 8,3 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 16,7 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur −0.6 °C). Ən yüksək temperatur 40,0 °C, ən aşağı temperatur isə −24.4 °C olmuşdur. Orta illik yağıntı miqdarı 1553 mm-dir.
Milli Təbiət Tarix muzeyi (Vaşinqton)
Milli Təbiət Tarix muzeyi (Vaşinqton) (ing. National Museum of Natural History) — muzey 1910-ci ildə Smitson Universiteti nəzdindən yaradılmışdır. Muzey ABŞ paytaxtı olan Vaşinqtonda yerləşir. Bura giriş pulsuzdur. İlin 364 günü fəaliyyət göstərir. Bircə milad günü fəaliyyət gösərmir. Muzeyin 126 milyon bitki, heyvan, arxeoloji tapıntı, meteorid və incəsənət nümunələri vardır. Burada 185 təcrübəli mütəxəsislər işləyir.
Pisful-Vali (Vaşinqton)
Pisful Vali (ing. Peaceful Valley) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 3324 nəfər olmuşdur. Ümumi ərazisi 44.00 km² olub, bunun 43.9 km² quru, 0.1 km² isə sudur. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 3324 nəfər əhali, 1189 şəxsi təsərrüfat və 799 ailə vardı. Əhalinin sıxlığı 55.8 nəfər/km²-di. Burada 1488 ev var və evlərin sıxlığı 33.8/km²-di. Əhalinin etnik tərkibini 88,2%-i Ağ amerikalılar, 0,7%-i Afroamerikalılar, 2,4%-i Hindilər, 0,8%-i Asiyalılar, 0,1%-ni Okeaniya adalarından olanlar, 4,4%-i digər irqdən olanlar və 3,5%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 1189 şəxsi təsərrüfatın 31,1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 48,9%-ində evli ailə, 11,4%-ində əri olmayan qadın, 6,9%-ində arvadı olmayan kişi, 32,8%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 22,7%-ində tək bir şəxs və 4,5%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı.
Poynt-Roberts (Vaşinqton)
Poynt Roberts (ing. Point Roberts) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 1314 nəfər olmuşdur. "Point Rob" və ya "The Point" adı ilə də tanınır. E.ə. 500-cü illərdə burada yaşamış hindular buranı Tiltenem adlandırmışdılar. Poynt Roberts yerli Hindi qəbilələri (Kouviçan, Lummi, Saaniç və Semiaymu) üçün uzun müddət balıq ovu yeri olmuşdur. Hindilər hər yay burda kamp quraraq balıq ovlayırdılar. Buranı ilk dəfə kəşf edən avropalılar 1791-ci ildə ispan səyyahı Fransisko de Elizanın (1759-1825) rəhbərlik etdiyi ekspedisiya üzvləri olmuşdu. O səhvən kəşf edilən ərazini ada hesab etmiş və "Isla de Zepeda" adını vermişdi.
Saden-Vali (Vaşinqton)
Sadden-Valli (ing. Sudden Valley) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 6441 nəfər olmuşdur. Sadden-Valli ərazisində əvvəllər Ranço (heyvandarlıq təsərrüfatı) vardı. Ərazinin ilk sahibi Baninq Ostin idi. 1949-cu ildə Qlen və Betti Korninq ərazini alaraq buranı "Ranço" adlandırmağa başladılar. 1968-ci ildə ərazini alan Ken Sanvik burada təbiəti qorumaq şərti ilə yeni yaşayış məntəqəsi qurmağa başladı. Ərazi 1973-cü ildə qeydiyyata alındı. Sadden-Valli 48°43′13″ şm. e.
Sent-Luis Vaşinqton Universiteti
Sent-Luis Vaşinqton Universiteti (ing. Washington University in St. Louis) — ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. XVII əsrdə Midvest (ABŞ-nin Mərkəzi-Qərbi coğrafi regionu) ərazisində yerləşən Sent-Luis şəhərinin iş adamları, siyasətçiləri, dini liderləri və başqaları burada ali məktəbin olmamağından narahat idilər. 1853-cü ildə Sent-Luis şəhərində yeni universitet yaradılır, bu, Missuri ştatının senatoru Veyman Krounun və Unitarianizm kilsəsinin başçısı Uilyam Qrinflin Eliotun səyi nəticəsində (şair Tomas Stern Eliotun babası) baş tutur. Universitetin ilk kansleri Cozef Gibson Hoyt təyin edilir. U. G. Eliot yerli işgüzar şəxslərdən, eləcə də Sent-Luisin ən varlı insanlarından olan Con Otfallondan maddi yardım istəyir, lakin onun səyi nəticəsiz qalır. Sent-Luis Vaşinqton Universiteti digər ali məktəblərdən ianə yardımı almamağı ilə fərqlənir. Hətta yaranmasından xeyli il keçdikdən sonra da universitet məhz bu səbəbdən müəyyən çətinliklərlə qarşılaşır. Yarandığı gündən üç il ərzində universitetin adı üç dəfə dəyişir.