VİNT

I
сущ.
1. тех. винт. Vinti burmaq ввернуть винт, vint addımı шаг винта, tənzimedici vint регулирующий винт, quraşdırma vinti установочный винт
2. пропеллер. Təyyarənin vinti пропеллер самолёта
II
прил. винтовой. тех. Vint birləşməsi винтовое соединение, vint oxu винтовая ось, vint presi винтовой пресс, vint səthi винтовая поверхность, vint mexanizmi винтовой механизм, vint xətti винтовая линия, vint hərəkəti винтовое движение, vint çarxları винтовые колёса
◊ (bir) vinti çatmır kimin не всё в порядке у кого , не хватает винтика; vintini burmaq, bərkitmək kimin подкрутить гайки кому
VİNETKA
VİNT-MANİVELA
OBASTAN VİKİ
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Vint Serf
Vinton Qrey Serf (ing. Vinton Gray Cerf; 23 iyun 1943, Nyu-Heyven[d], Konnektikut, ABŞ) – amerikalı internet pioneri və "İnternetin ataları"ndan biri. O, bu adı TCP/IP yaradıcılarından biri olan Robert Elliot Kan ilə paylaşır. O, Milli Texnologiya Medalı, Türinq mükafatı, Prezident Azadlıq medalı, Markoni mükafatı və Milli Mühəndislik Akademiyasına üzvlük kimi fəxri dərəcələr və mükafatlar alıb. Vinton Qrey Serf 23 iyun 1943-cü ildə Konnektikut ştatının Nyu-Heyven şəhərində anadan olub. Serf Con Postel və Stiv Kroker ilə birlikdə Van Nuys Liseyində təhsil alıb. Orta məktəbdə olarkən Cerf altı ay boyunca Rocketdyne-də Apollo proqramı üzərində işləmiş və F-1 mühərriklərinin dağıdıcı olmayan sınaqları üçün statistik analiz proqramlarının yazılmasına kömək etmişdir. Serf Stenford Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra Serf iki il IBM-də QUIKTRAN-ı dəstəkləyən sistem mühəndisi kimi çalışıb. Los-Anceles Kaliforniya Universitetində aspiranturada oxumaq üçün IBM-dən ayrılmış və burada 1970-ci ildə elmlər doktoru, 1972-ci ildə isə fəlsəfə doktoru dərəcəsini qazanmışdır.
Bobbi Vinton
Bobbi Vinton, əsl adı Stenli Robert Vintula (ing. Bobby Vinton, Stanley Robert Vintula Jr.; d. 16 aprel 1935) — polyak əsilli amerikalı estrada müğənnisi. 1962-1964-cü illərdə ifa etdiyi sentimental "Roses Are Red (My Love)", "Blue Velvet", "There! I’ve Said It Again" və "Mister Lonely" balladaları Billboard Hot 100-də ilk yerlərdə qərarlaşdığı vaxt şöhrət qazanmışdır. == Həyatı == Bobbi Pensilvaniya ştatında, öz kumiri olan Perri Komo ilə eyni şəhərdə dünyaya gəlmişdir. Özünün vizit kartına çevrilən "Blue Velvet" mahnısını isə Toni Bennetin repertuarından götürmüşdür. 1964-cü ildə Vintonun eyniadlı albomuna daxil olan "There! I’ve Said It Again" mahnısı, Beatles qrupunun ABŞ-dakı ilk sinqlı olan "I Want to Hold Your Hand" tərəfindən çartların ilk pilləsindən sıxışdırılıb çıxarıldı. 1962-1972-ci illərdə "Billboard" jurnalının çartlarında Vintonun 28 mahnısı yer almışdı, o cümlədən məşhur "Sealed with a Kiss".
Timoti Vinter
Timoti Vinter (16 yanvar 1996) — Yamaykalı üzgüçü. Timoti Vinter Yamaykanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Timoti Vinter birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 57.20 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
VSS Vintorez
VSS (rusca: Винтовка Снайперская Специальная, Vintovka Snayperskaya Spetsialnaya və ya "Xüsusi Snayper Tüfəngi") və ya digər adı ilə Vintorez xüsusi məqsədli snayper tüfəngidir. 1980-ci illərin sonunda TsNIITochMash şirkəti tərəfindən konstruksiya olunmuş və Tula silah zavodu tərəfindən istehsal olunmuş bu snayper tüfəngi əsasən Xüsusi təyinatlı dəstələr üçün hazırlanmışdır. Azərbaycan Ermənistan: 2014-cü ilə qədər Rusiyadan az sayda alınmışdır. Belarus: Xüsusi təyinatlılar tərəfindən istifadə olunur. Gürcüstan: Rusiya-Gürcüstan müharibəsindən əvvəl az sayda istifadə olunurdu. Qazaxıstan İordaniya: Yalnız xüsusi təyinatlılar tərəfindən istifadə olunur. Rusiya: Federal Təhlükəsizlik Xidməti tərəfindən istifadə olunur.
Vintertur
Vintertur (alm. Winterthur‎) — İsveçrənin şimal hissəsində yerləşən şəhər, dairə mərkəzi, Sürix kantonunda yerləşir. Vintertur dairəsinin bir hissəsidir. Şəhər, əhalisinin sayına görə İsveçrənin altıncı ən böyük şəhəridir, əhalisi 100.000 nəfərdən çoxdur (2008-ci ilə qədər). Yerli dialektdə sakinlər onu qısaldılmış — Vinti adlandırırlar. İsveçrədə Vinterturu "muzeylər şəhəri" adlandırırlar — şəhərdə Fotoqrafiya Muzeyi və Texnorama Muzeyi də daxil olmaqla çoxlu sayda sənət muzeyi yerləşir. Bundan əlavə, Vintertur İsveçrənin əsas sənaye mərkəzidir. 1862-ci ildə Bank in Winterthur burada yaradılmışdır. Şəhərin üstünlüklərindən biri onun nəqliyyat əlçatanlığıdır. Şəhər həm İsveçrənin, həm də qonşu ölkələrin əsas şəhərləri ilə dəmir yolu ilə bağlıdır: Almaniya, İtaliya.
Vintqanad
Vintqanad- şaqüli qalxıb-enən uçuş aparatı. Vintqanadda qaldırıcı qüvvəni kombinə edilmiş aparıcı sistem (bir və ya iki aparıcı vintdən və qanaddan ibarət) yaradır. Vintqanad vertolyotda olduğu kimi aparıcı vintlərin köməyi ilə qalxıb-enir; üfüqi istiqamətdə sürətin artırılması isə həm aparıcı vintlər, həm də hərəkətvericilər vasitəsilə əldə edilir. Hərəkətverici kimi təyyarə vintlərindən, yaxud reaktiv mühərriklərdən istifadə olunur. Vintqanad aerodinamik sükanların effektiv hərəkətə başladığı sürətə çatandan maksimal uçuş sürətinədək (500 km/saat-dan yüksək) adi təyyarə kimi uçur. Bu zaman sürətin kvadratına mütənasib artan qaldırıcı qüvvədən (qanadın) istifadə edilir ki, bu da maksimal uçuş sürətində uçuş çəkisinin 75-90 %-nə çatır. Havayaqalxma və yerəenmə rejimlərində Vintqanadın idarəetmə sistemi vertolyotda oluduğu kimi, irəli uçuş rejimində isə həm təyyarə və həm də vertolyotdakı kimidir. XX əsrin 50-ci illərinin sonunda ingilis firması "Feyri" tərəfindən bir reaktiv aparıcı vinti və iki dartıcı hava vinti olan "Rotodayn" Vintqanadı yaradıldı. Onun uçuş kütləsi 17700 kq, uçuş sürəti isə 312 km/saata qədər idi. Bu vaxt SSRİ-də iki aparıcı vinti və hər biri 4300 kv.m (5900 a.q.) gücündə iki turbovintli mühərriki olan Ka-22 Vintqanadı (N.İ.Kamovun konstruksiyası ilə) hazırlandı (uçuş kütləsi 37 m).
Vintsas Kreve
Vintsas Kreve (litvaca — Vincas Krėvė-Mickevičius), (19 oktyabr 1882[…] – 17 iyul 1954 və ya 7 iyul 1954), Kreve onun ədəbi təxəllüsüdür, əsl soyadı — Mitskəviçyusdur. V. Kreve XX əsr Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarındandır (nasir və dramaturq), eyni zamanda görkəmli ədəbiyyatşünas və dilçi alim, Kaunas və Vilnüs universitetlərinin professoru (1922–1943), həmçinin ictimai-siyasi xadim olaraq tanınıbdır. Litva Elmlər Akademiyasının ilk prezidenti olub (1941). V. Kreve Litva — Azərbaycan çoxəsrlik ədəbi-mədəni əlaqələri tarixində və ictimai-siyasi münasibətləri salnaməsində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin 11 ilə yaxın dövrü (1909–1920) sıx şəkildə Azərbaycanla bağlı olubdur. O, 1908-ci ildə müqəddəs Vladimir adına Kiyev İmperator universitetini bitirdikdən sonra – 1909–1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb. Bakıda gözəl pedaqoq kimi ad qazanmış V. Kreve azərbaycanlı şagirdlərinin mütərəqqi dünya görüşlərinin formalaşması, ədəbi-estetik və elmi-nəzəri baxışlarının rasional istiqamətdə inkişaf etməsi və beləliklə, yüksək səviyyəli Azərbaycan ziyalılar dəstəsinin yetişdirilməsi işinə mühüm töhfələr veribdir. Onun yetişdirmələri sırasında sonralar Azərbaycanda yazıçı, jurnalist, həkim, iqtisadçı, pedaqoq və ictimai-mədəni xadimlər kimi tanınmış Tağı Şahbazi Simurğ, Ruhulla Axundov, Abdulla Şıxlinski, Abdulla Şahbazov, Həbib Talışinski, Qulaməli Həsənov, Hadı Əliyev, Səməndər Axundov və bir sıra digər şəxslər olublar. V. Kreve realnı məktəbində o vaxt onunla birgə müəllim işləmiş klassik yazıçı Abdulla Şaiqlə (1881–1959) yaxın dostluq və yaradıcılıq əlaqələri saxlayıbdır. A. Şaiq 1957-ci ildə V. Kreve haqqında yazdığı xatirələrində minnətdarlıqla qeyd etmişdir ki, Litva yazıçısı onun "…ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməkdə böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır".
Vintqar dərəsi
Vintqar dərəsi — Sloveniyanın şimal-qərbində, Qoryo və Bled bələdiyyələrində, Bleddən dörd kilometr şimal-qərbdə yerləşən 1,6 kilometrlik (0,99 mil) dərədir. Radovna çayı ilə oyulmuş bu dərə, Radovna vadisinin davamıdır. Şəffaf kanyon divarlarının hündürlüyü 50 ilə 100 metr (160 ilə 330 fut), ümumi yamacı təxminən 250 m (820 fut) təşkil edir. Bu axın hovuzlar və çaylar kimi bir çox eroziv xüsusiyyətlər yaratmışdır və Sloveniyanın ən böyük şəlaləsi olan mənzərəli 13 m (43 fut) Sum şəlaləsində sona çatır. 1878-ci ildə Sum şəlaləsi üzərində körpü tikilmişdir. Dərənin qalan hissəsi 1891-ci ildə Qorye şəhərinin meri Yakob Žumer və dövrün görkəmli fotoqrafı Benedikt Lergetporer tərəfindən tədqiq edilmişdir. 1893-cü ildə dərə böyük səylə taxta müşahidə yolları və körpülərlə təchiz edilmişdir və 26 avqust 1893-cü ildə ictimaiyyətə açılmışdır. Sonralar dərənin ən görkəmli hissəsində Zumer Qalereyaları (Žumrove galerije) adlandırılan piyada yolları[1] o vaxtdan bəri bir neçə dəfə təmir edilmişdir. Həmçinin dərənin altında su elektrik bəndi və Bohinj dəmir yolu üçün tağlı dəmir yolu körpüsü tikilib. 1904 və 1905-ci illərdə yonma daşdan tikilmiş körpü Sloveniyada bütövlükdə qorunub saxlanılan ən böyük daş tağlı dəmir yolu körpüsüdür.
Con Vintrop Hakett
Con Uintrop Hakett (ing. John Winthrop Hackett; d. 4 fevral 1848 – ö. 19 fevral 1916) — Avstraliyalı sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru; Qərbi Avstraliya Universitetinin yaradıcısı. == Təhsilə qayğısı == Con Uintrop Hakett tərəfindən 1911-ci ildə Qərbi Avstraliya Universitetinin yaradılması təşəbbüsü irəli sürülmüşdür. O, həmin vaxt sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru idi. Bundan sonra universitetin yaradılmasında əsas rol oynayan Kral komissiyasının sədri olur. Sonradan Con Uintrop Hakett yeni yaradılmış universitetin kansleri təyin olunur. C.U.Hakett şəxsi büdcəsindən Qərbi Avstraliya Universitetinin inkişafı və Pert şəhərində universitet binalarının tikintisi üçün 425000 funt-sterlinq dəyərində vəsait ayırmışdır. == Xatirəsi == Hazırda Qərbi Avstraliya Universitetinin kampusunda yerləşən bir çox binalar Con Uintrop Hakettin adını daşıyır.

Digər lüğətlərdə