vintqanad

vintqanad
vintkəsən
vintləmə
OBASTAN VİKİ
Vintqanad
Vintqanad- şaqüli qalxıb-enən uçuş aparatı. Vintqanadda qaldırıcı qüvvəni kombinə edilmiş aparıcı sistem (bir və ya iki aparıcı vintdən və qanaddan ibarət) yaradır. Vintqanad vertolyotda olduğu kimi aparıcı vintlərin köməyi ilə qalxıb-enir; üfüqi istiqamətdə sürətin artırılması isə həm aparıcı vintlər, həm də hərəkətvericilər vasitəsilə əldə edilir. Hərəkətverici kimi təyyarə vintlərindən, yaxud reaktiv mühərriklərdən istifadə olunur. Vintqanad aerodinamik sükanların effektiv hərəkətə başladığı sürətə çatandan maksimal uçuş sürətinədək (500 km/saat-dan yüksək) adi təyyarə kimi uçur. Bu zaman sürətin kvadratına mütənasib artan qaldırıcı qüvvədən (qanadın) istifadə edilir ki, bu da maksimal uçuş sürətində uçuş çəkisinin 75-90 %-nə çatır. Havayaqalxma və yerəenmə rejimlərində Vintqanadın idarəetmə sistemi vertolyotda oluduğu kimi, irəli uçuş rejimində isə həm təyyarə və həm də vertolyotdakı kimidir. XX əsrin 50-ci illərinin sonunda ingilis firması "Feyri" tərəfindən bir reaktiv aparıcı vinti və iki dartıcı hava vinti olan "Rotodayn" Vintqanadı yaradıldı. Onun uçuş kütləsi 17700 kq, uçuş sürəti isə 312 km/saata qədər idi. Bu vaxt SSRİ-də iki aparıcı vinti və hər biri 4300 kv.m (5900 a.q.) gücündə iki turbovintli mühərriki olan Ka-22 Vintqanadı (N.İ.Kamovun konstruksiyası ilə) hazırlandı (uçuş kütləsi 37 m).