VURUŞMA

1. сущ. дяве, ягъунар, акьунар, ягъ-ягъун; 2. f.is. кил. vuruşmaq.
VURUŞQAN
VURUŞMAQ
OBASTAN VİKİ
Marna sahilindəki vuruşma
Marna döyüşü — Birinci dünya müharibəsində Almaniya və Antanta qüvvələri arasında Fransa ərazisindəki Marna çayı sahilində 1914-cü ilin sentyabrın 7-də baş vermiş döyüşdür. Bu döyüşdə hər iki tərəfdən 2 milyondan artıq əsgər və zabit iştirak edirdi. Döyüş nəticəsində almanların Fransanın paytaxtına doğru hücumu dayandırılır və alman qoşunları Belçikaya tərəf geri otuzdurulur. Bu döyüşdə fransızlar tarixdə ilk dəfə taksi avtomobillərindən hərbi məqsəd üçün istifadə etmək təcrübəsini tətbiq etdilər.
İki tərəfli vuruşma
İki tərəfli vuruşma — Azərbaycan uşaq oyunu. 10–16. Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür . Kənar hədlər 5m orta hissə isə 7 metr olur. Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar.
Austerlits vuruşması
Austerlits vuruşması - 1805, müttəfiq rus - avstriyalı və fransız qoşunları arasında 20 noyabrda Austerlits(indi Slavkov, Çexiya) yanında 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsinin həlledici vuruşması. == Tərəflərin qüvvələri və mövqeləri == Rus - Avstriya ordusu(86 min nəfər, 350 top) general Kutuzovun komandanlığı altında Braunaudan Olmüza qədər parlaq marş - manevrdan sonra(1805-ci ilin noyabrın ortası) müdafiə üçün rahat Olşan mövqeyində dayandı. Napoleonun ordusu(73 min nəfər,250 top) Brünnadan(indi Brno) şərqə mövqe tutdu. Kutuzov yardım gələnə qədər fəal hərəkət etmək niyyətində deyildi. Napoleon, müttəfiqləri yardım yetişənədək və Prusiyanın ittifaq tərəfində çıxışına qədər vuruşmaya cəlb edərək, fransız ordusunun zəifliyi barədə şaiyələr yayır, barışıq barədə danışıqlar apararaq, Avstriyanı müharibədən çıxmağa sövq etmək istəyirdi. Orduda olan çar I Aleksandr Kutuzovun niyyətlərinə əks olaraq müttəfiq qüvvələrin hucuma keçməsinə israr edirdi, və faktiki olaraq komandanlığı öz üzərinə götürmüşdü. Avstriyalı qeneral F. Veyroterin hazırladığı hucum planı, Napoleonun pasiv hərəkətlərinə hesablanmışdı. Onun mahiyəti - əsas qüvvələrin cənubdan qəliz yandan alma hərəkəti ilə franszı ordusu ilə Vyananın arasını kəsmək və onun Brünnaa yanında darmadağın etmək. Plana uyğun olaraq rus - avstriyalı ordusu beş sütunla Austerlitsa marş etdi. Müttəfiqlərin ləng tərpənməsi Napoleona vaxt qazandırdı.
Fermopil vuruşması
Fermopil döyüşü (e.ə. 480) — Yunan-İran müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində yunanlarla iranlılar arasında döyüş. Sparta sərkərdəsi Leonid qoşunun əsas hissəsini Afinanın müdafiəsinə göndərmiş, özü isə 300 spartalı ilə keçidi qorumuş, lakin qeyri-bərabər mübarizədə dəstəsi ilə birgə məhv olmuşdur. Sonralar spartalılar burada Fermopil vuruşması qəhrəmanlarına abidə qoydular.Son dövrlərin ən məşhur kinolarından olan "300 spartalı" filmi məhz bu döyüş haqdadır.
Fermopila vuruşması
Həştadsər vuruşması
Həştadsər vuruşması — ərəb qoşunları ilə xürrəmilər arasında Həştadsər dağı yaxınlığında baş vermiş döyüş (3 iyun 829). Xilafətin məşhur sərkərdələrindən Məhəmməd ibn Hümeydin komandanlıq etdiyi 150 minlik ərəb ordusu xürrəmilərin əsas iqamətgahı olan Bəzz qalasını tutmağı qarşıya məqsəd qoymuşdu. Babəkin komandanlıq etdiyi üsyançılar iyunun 3-də düşmənə qəflətən ağır zərbə vurdular. Məhəmməd ibn Hümeyd döyüş zamanı öldürüldü. Təqribən 30 min döyüşçü itirən ərəb qoşunu geri çəkilməyə məcbur oldu.2-ci həşdadşər döyüşü 836-cı il baş verdi.Bu döyüşdə Babəkin Məharəti Nəticəsində Xürrəmilərin Qələbəsi oldu.Xürrəmiləd bu döyüşdə Düşmənin çoxlu canlı qüvvəsi məhv edildi,üsyançılar xeyli silah,Ərzaq və digər qənimətlər ələ keçirdilər.
Karnal vuruşması (1739)
Karnal döyüşü — Nadir şah Əfşar tərəfindən Hindistan yürüşü zamanı ona mütləq qələbə qazandıran döyüş. Nadirin qüvvələri saylarının 6 dəfə az olmasına baxmayaraq, Məhəmməd şahın qüvvələri üzərində cəmi 3 saata qələbə qazandı və Dehliyə gedən yol açıldı. Bu döyüş Nadirin hərbi karyerası ərzində taktiki ustalığının əsas zirvəsi hesab olunur. Döyüş Dehlinin cəmi 110 km şimalında yerləşən Karnal bölgəsi yaxınlığında baş vermişdir. Bu döyüş Nadirin Hindistan yürüşünün kuliminasiya nöqtəsidir. Əfqanıstanın şərqini tutduqdan sonra irəliləyən Nadir şah Kabil və Pişəvəri də ələ keçirdi və qoşunlarını cənuba — moğolların paytaxtına doğru yönəltdi. Buna cavab olaraq isə, Böyük Moğol imperatoru Məhəmməd şah böyük bir ordu topladı və Nadirin üzərinə doğru getmək üçün paytaxtdan çıxdı. Nadir döyüşdə mütləq qələbə qazandı. Ağır məğlubiyyətdən sonra baş tutan danışıqlar zamanı Məhəmməd şah torpaqları üzərində hakimiyyətini davam etdirmək üçün yüksək miqdarda təzminat verməyə razı oldu. Nadir Moğol imperatorunu tamamilə təslim olmağa məcbur etdi və paytaxt Dehliyə daxil oldu.
Marafon vuruşması
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu. Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!".
Neva vuruşması
Neva vuruşması — 1240-cı il iyulun 15-də (21-də) rus və İsveç qoşunları arasında vuruşma. İsveçlilərin hucum etməkdə məqsədi Neva çayı mənsəbini və Ladoqa şəhərini tutmaq idi (bu, onlara "varyaqlardan yunanlara" gedən yolun şimal sahəsini ələ keçirmək imkanı verirdi). Novqorod knyazı Aleksandr Yaroslaviç isveçliləri İjora çayı mənsəbinə çatdılar. Dumanlı havadan istifadə edən ruslar İsveç düşərgəsinə hücum edərək onları darmadağın etdilər. Döyüşdə göstərdiyi sərkərdəlik məharəti və igidliyə görə xalq knyaz Aleksandr Yaroslaviçi Nevski adlandırdı. Пашуто В.Т. Героическая борьба русского народа за независимость (XIII в.), М., 1956. Пашуто В.Т. Александр Невский, М., 1974. Нева вурушмасы (1240) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Qavqamela vuruşması
Qavqamela vuruşması — E.ə. 331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında baş verən üçüncü vuruşma.Fars ordusunun ciddi müqavimətinə və inadkarlıqla döyüşməsinə baxmayaraq yunan-makedon ordusu qalib gəldi Qavqamela vuruşması həm qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini hesab edilir. Döyüşdə III Daranın ordusu məğlub edildi. Şah bir neçə satrapla və kiçik qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya çəklir. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində bu döyüşdə ən ağır tələfata uğrayırlar. Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. O, Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. Farsların iki paytaxtının ikisi də - Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı fateh burada xeyli sərvət - 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı.
Somme vuruşması
Somma vuruşması - 1916-cı ildə Fransada baş verən 1 milyondan çox itki ilə Birinci dünya müharibəsinin ən böyük vuruşmalarından biridir. Bu müharibə həm də İngilislər tərəfindən ilk dəfə tankın istifadə edildiyi döyüşdür.
Stalinqrad vuruşması
Stalinqrad döyüşü (17 iyul 1942 – 2 fevral, 1943) — Böyük Vətən müharibəsində sovet qoşunlarının Stalinqrad (indiki Volqoqrad) ətrafında alman qoşunlarını darmadağın etmək üçün müdafiə və hücum əməliyyatları. Müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2 milyon şəxsi heyət) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunur. Almanlar tərəfindən Stalinqrad istiqamətində hücum əməliyyatı 1942-ci ilin avqust ayında başlamışdır. Bu əməliyyat zamanı Vermaxt qoşunlarına məxsus 6-cı Ordu və 4-cü tank ordusunun birləşmələrindən aktiv şəkildə istifadə olunmuşdur. Hücum intensiv şəkildə Lüftvaffe tərəfindən şəhərin bombardman edilməsi ilə dəstəklənmişdir. Hər iki tərəf öz qoşunlarını şəhər mərkəzinə yeritdikdən sonra isə şəhər döyüşləri başlamışdır. Artıq 1942-ci il noyabr ayının ortalarında Sovet Ordusu çoxsaylı itkilərə məruz qalmasına baxmayaraq, almanları Volqa çayının qərb sahilinə qədər geri çəkilməyə məcbur etmişdi. 19 noyabr 1942-ci ildə Qırmızı Ordu tərəfindən Uran əməliyyatı başladılmışdır. Bu əməliyyat hazırlanarkən almanların 6-cı Ordusunun cinahlarını müdafiə etmək vəzifəsi daşıyan, həmçinin nisbətən zəif olan rumın və macar qoşunları hədəf götürülmüşdü. Hücum nəticəsində həmin cinahlarda yerləşən qüvvələr məğlub edilmişdir ki, bu da alman 6-cı Ordusunun öz müttəfiqləri ilə birbaşa əlaqəsinin kəsilməsinə və Stalinqrad ərazisində mühasirəyə düşməsi ilə nəticələnmişdir.
Verden vuruşması
"Verden döyüşü" — Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə "Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi. 1914-1915-ci illərdə gedən qanlı döyüşlərdə verilən itkilərə görə Almaniyanın genişmiqyaslı hərbi addım atmağa qüvvəsi qalmamışdı. Bu səbəbdən də 8 Fransız diviziyası tərəfindən qorunan kiçik rayon olan Verden Parisə daxil olmaq üçün əlverişli yol ola bilərdi. Almanlar Verdendə qazanılacaq qələbənin Fransanın təslim olmağı ilə bağlı ilk addım kimi hesab etmişdilər.
Çaldıran vuruşması
Çaldıran döyüşü — 23 avqust 1514-cü ildə baş vermiş və Osmanlı imperiyasının Səfəvi imperiyası üzərində qələbə qazanması ilə nəticələnmiş döyüş. Döyüşün nəticəsi olaraq Osmanlı imperiyası Şərqi Anadolunu və Şimali İraqı özünə birləşdirmişdir. Bu döyüş ilə Osmanlı imperiyası Şərqi Anadoluya doğru irəliləmiş, eyni zamanda da Səfəvi imperiyasının qərbə doğru genişlənməsinin qarşısını almışdır. Çaldıran döyüşü ilə 44 illik dağıdıcı müharibə başlamış və yalnız 1555-ci ildə Amasya sülh müqaviləsi ilə sonlanmışdır. Mesopotomiyanın və Şərqi Anadolunun Səfəvi hökmdarı I Abbas (1588–1629) tərəfindən ələ keçirilməsinə baxmayaraq, onun ölümündən sonra varisi müharibəni o qədər də uğurlu davam etdirə bilməmiş, 1639-cu ildə imzalanmış Qəsri Şirin sülh müqaviləsi ilə bu torpaqlar Osmanlıya verilmişdir. Çaldıran düzündə Osmanlı ordusu daha böyük və daha yaxşı silahlanmış vəziyyətdə idi. Osmanlı ordusunun sayı 60–100 min olmaqla birlikdə, güclü odlu silahla təchiz edilmişdi. Səfəvi ordusunun sayı 40–80 min arasında göstərilməklə birlikdə, odlu silaha malik deyildi. Döyüşdəki məğlubiyyətdən sonra İsmayıl öz sarayına çəkildi və bir daha hərbi əməliyyatlara qatılmadı. Döyüşdəki qələbədən sonra Osmanlı ordusu Səfəvi imperiyasının dərinliklərinə doğru irəlilədi və qısamüddətli də olsa Səfəvi paytaxtını ələ keçirdi.
İss vuruşması
İss vuruşması — III Daranın özünün başçılıq etdiyi İran orduları ilə Makedoniyalı İsgəndərin ikinci döyüşü. Döyüş e.ə. 333-cü ildə İss şəhəri ərazisində, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verib. Bu vuruşma yunan-makedoniyalıların qələbəsi ilə nəticələnib və farslar darmadağın edilib. III Dara hərb meydanından rüsvayçılıqla qaçıb, İsgəndər isə xeyli qənimət ələ keçirib. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə aparıb. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edib. İkinci döyüş nəticəsində bütün Kiçik Asiya İsgəndərin ixtiyarına keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanın bir çox vilayətlərini bürüməsinə, habelə Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət göstərməsinə baxmayaraq, İsgəndər öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332-331-ci illərin qışını orada keçirdi.

Digər lüğətlərdə