Naxçıvanda parlament seçkiləri (2020): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 14: Sətir 14:
|partiya başçısı1 = [[İlham Əliyev]]
|partiya başçısı1 = [[İlham Əliyev]]
|səslərin sayı1 = 126 144
|səslərin sayı1 = 126 144
|səslərin payı1 = 67.1%
|səslərin payı1 = 67.17%
|tutulan yerlər1 = 42
|tutulan yerlər1 = 42
|əvvəlki nəticə1 = 42
|əvvəlki nəticə1 = 42

09:58, 18 may 2024 tarixindəki versiya

← 2015  Naxçıvan  Növbəti →
Naxçıvanda növbədənkənar parlament seçkiləri (2020)
9 fevral 2020
Seçici fəallığı 69.1%[1][a]
Rəhbər İlham Əliyev Əli Kərimli
Partiya Yeni Azərbaycan Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası[b]
Tutulan yerlər 421
Səslər 126 144
(67.17%)
2 295
(1.22%)
Dəyişən yerlərin sayı
Əvvəlki yerlərin sayı

Naxçıvanda parlament seçkiləri (2020) — 9 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş növbədənkənar seçkilər.

Zəmin

V çağırış Azərbaycan Respublikasının Milli Məclisi özünü buraxma qərarı aldıqdan sonra Azərbaycan Prezidenti parlamenti buraxaraq növbədənkənar parlament seçkiləri elan etmişdir. Bu qərarın ardınca Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov da Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 2020-ci il fevralın 9-na növbədənkənar seçkilər təyin etmişdir.[4]

Partiyalardakı vəziyyət

Hakim Yeni Azərbaycan PartiyasıBöyük Quruluş Partiyası seçkilərdə iştirak qərarı almışdır.[5]

Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etmişdir.

Digər partiyalar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Namizədlər

Böyük Quruluş Partiyası seçkilərdə 1 namizədlə mübarizə aparacağını elan etmişdir.[5]

Yeni Azərbaycan Partiyası 45 seçki dairəsindən 42-sində vahid namizədlə seçkilərə qatılmış, digər 3 seçki dairəsində isə bitərəf namizədləri dəstəkləmişdir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçkiləri boykot qərarına baxmayaraq, partiya üzvlərindən 1-i deputatlığa namizədliyini irəli sürmüşdür.[6] Bu şəxs isə Naxçıvan Ali Məclisinin deputatı Əhəd Cəfərli olmuşdur. O, 2010-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü elan olunsa da, Klassik Xalq Cəbhəsi Partiyası Əhəd Cəfərlinin öz partiyalarının üzvü olduğunu elan etmişdir.[7]

Naxçıvan Muxtar Respublikasının 45 seçki dairəsi üzrə 140 deputatlığa namizəd qeydə alınmışdır.[6]

Seçki

Seçki günü bülletenlərdə 140 namizədin adı olmuş, onlardan 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü, digər 139-u isə hakim Yeni Azərbaycan Partiyası üzvü olmuşdur.[6]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4–15 saylı seçki məntəqəsində səs vermişdir.[8]

Nəticələr

22 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair qərar qəbul etmişdir. Beləliklə, 45 nəfər deputat seçilmişdir.[1][9]

Ümumi

Etibarlı Etibarsız Ümumi
Məntəqə sayı 316 0 316
Dairə sayı 45 0 45
Seçici sayı - - 271 771
Səslər 187 807 2 862 190 669
Seçici fəallığı - - 69.1%

Partiyalar üzrə

Siyasi partiya
Sədr
Səs
Mandat
#
%
+\-
Sayı
+\-
Mandat qazanan
Yeni Azərbaycan Partiyası İlham Əliyev 126 144
67.17%
42 / 45
Bitərəf - 59 368
31.61%
2 / 45
Azərbaycan Xalq Cəbhəsi Partiyası Əli Kərimli 2 295
1.22%
1 / 45

Qeydlər

  1. Etibarsız səslərlə bərabər 70.16%
  2. Naxçıvan Ali Məclisinin deputatı Əhəd Cəfərli 2010-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü elan olunsa da, Klassik Xalq Cəbhəsi Partiyası Əhəd Cəfərlinin öz partiyalarının üzvü olduğunu elan etmişdir.[2] Buna baxmayaraq, hal-hazırda Əhəd Cəfərli rəsmi veb-saytda Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olaraq qeyd olunmuşdur.[3]

İstinadlar

  1. 1 2 "Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq edib". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
  2. "Naxçıvan parlamentinin tərkibi müəyyənləşib". www.azadliq.org. İstifadə tarixi: 2024-05-18.
  3. "Əhəd Məmməd oğlu CƏFƏRLİ". www.alimajlis.gov.az. İstifadə tarixi: 2024-05-18.
  4. "Naxçıvan Ali Məclisinə seçkilər təyin edilib - SƏRƏNCAM | Report.az". report.az. 2019-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
  5. 1 2 "Naxçıvan Ali Məclisinə seçki kampaniyasına Bakıdan baxış". musavat.com. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
  6. 1 2 3 "Naxçıvandakı seçkidən nə xəbər? - Novator.az" (az.). 2020-02-13. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
  7. "Naxçıvan parlamentinin tərkibi müəyyənləşib". www.azadliq.org. İstifadə tarixi: 2024-05-18.
  8. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4–15 saylı seçki məntəqəsində səs verib". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
  9. "Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - RƏSMİ | Report.az". report.az. İstifadə tarixi: 2024-05-18.