Bakirələr monastırı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k 46.17.57.185 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Legobot tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.
Sətir 1: Sətir 1:
== Hörmətli vikipediyaçılar!==
Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycanca vikipediyanın inkişafı və zənginləşdirilməsi üçün hər il dövlət büdcəsindən milyonlarla manat pul ayrılır. Amma bu pullar vikipediyanı zənginləşdirən vikipediyaçılara yox, Fətullah Gülənin bank hesablarına keçirilir. Belə ki, xeyli vaxtdır ki, Azvikinin 3 nurçu idarəçisi ( {{İstifadəçi|Sortilegus}}, [https://tools.wmflabs.org/supercount/index.php?user=Sortilegus&project=az.wikipedia]; {{İstifadəçi|Cekli829}}, [https://tools.wmflabs.org/supercount/index.php?user=Cekli829&project=az.wikipedia]; {{İstifadəçi|Sefer azeri}} [https://tools.wmflabs.org/supercount/index.php?user=Sefer+azeri&project=az.wikipedia]) və onların əlaltıları Azvikidə nurçu diktaturası, yaxud Sortilegus diktaturası qurmuşlar. Onlar nurçu təriqətində mənsub olmayan istifadəçilərin vikipediyada fəaliyyət göstərmələrinə vandallıq yolu ilə imkan vermirlər. Onlar bu diktaturaya qarşı çıxan hər bir istifadəçini dərhal bloklayırlar, onların diktatura əleyhjinə yazdıqlarını isə hər yerdən silirlər. Biz çox istərdik ki, bu müraciəti kənd meydanı səhifəsinə, yaxud idarəçilərə müraciət səhifəsinə yazaq. Lakin vandallar, yəni adları çəkilən idarəçilər həmin səhifələrdən birini mühafizə ediblər, digərini isə ora yazan kimi silirlər. Silirlər ki, onların sirləri faş olmasın. Vandallar vikipediya prinsiplərini vandalcasına pozaraq bütün istifadəçilərlə gizli danışıq aparıblar və onlardan Şəkili hakerlər qrupunu dəstəkləməmələrini tələb ediblər. Əvəzində hər bilinə idarəçi seçilmək sanşı vəd edilib. Qarşı çıxanları isə vandalcasına bloklayıblar. Vandallar öz vandallıqlarına qiymət verilməsinin qarşısının bubaşdan almaq üçün, daxili Arbitraj Komitəsinin fəaliyyətə başlamasına da imkan vermirlər.
Möhtərən vikipediyaçılar!.
Azərbaycan vikipediyasını nurçu vandalların əlindən alınması, vikipediyanın heç olmasa Ermənistan vikipediyası səviyyəsində inkişafı üçün bizə dəstək olmağınızı xahiş edirik. Rədd olsun vandal idarəçilər! Azvikidə vandal idarəçilərə, nurçulara yer yoxdur!

{{məbəd
{{məbəd
|Məbədin adı = Bakirələr monastırı
|Məbədin adı = Bakirələr monastırı

09:13, 21 iyun 2014 tarixindəki versiya

Şablon:Məbəd

Bakirələr monastırı (və ya Müqəddəs Hripsime monastırı) - Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni monastırıdır. Abidə Türkiyə - Ermənistan sərhəd xəttinə yaxın ərazidə yerləşdiyindən Aniyə gələn turistlərə Bakirələr monastırına getməyə icazə verilmir.

Şəhərdən kənarda inşa edilmiş bu kiçik monastır, Arpaçayın sahilində bir qalanın üstündədir. Bakirə şəhid Müqəddəs Hripsimeyə həsr olunan bu monastırın vaxtilə kiçik bir rahibələr topluluğu üçün sığınacaq olduğu düşünülür. Monastır kompleksindən dövrümüzə çox az şey çatmışdır. Belə ki, divarlarla əhatə olunmuş bir həyətin içində bir neçə binanın xarabalıqları qorunub saxlanmışdır. Onlardan ən önəmlisi kiçik,incə və çox gözəl bir kilsədir. İndi isə həmin kilsə sadəcə çox gözəl və romantik bir xarabalıqdır.

Tiqran Honents kilsəsinin kitabələrindən birində Tiqran Honentsin yaxınlıqda Bexents adlı bir monastırı bərpa etdirməsindən bəhs edilir. Bəzi araşdırmaçılar həmin monastırın məhz Bakirələr monastırı olduğunu iddia edirlər.

Memarlıq xüsusiyyətləri

Kiçik ölçüsünə rəğmnən kilsənin planı qarışıqdır. Binanın xarici görünüşü birbaşa kilsənin hündürlüyünü daha qabarıq şəkildə vurğulamağa hesablanmışdır. Qübbənin üstündəki dam isə mürəkkəb quruluşu ilə diqqəti cəlb edir. Belə ki, özünəməxsus quruluşu ilə o, yarıqapalı çətir görüntüsü yaradır. Bu Anidə yeganə nümunədir. Lakin Ani şəhəri yaxınlığında daha bir erməni monsatırı - Beşkilsə monastırı mövcuddur. Həmin monastırın da dövrümüzə çatan kilsəsinin damı bu şəkildə inşa edilmişdir. Yeganə fərq Beşkilsə monastırının daha qədim - XI əsrə aid olmasıdır.

Kilsənin planı və bərpa edilmiş görünüşü (müəllif fransız tarixçisi Texier)

Bayırdan qübbənin alın hissəsi üç xəttli bölgülərlə on iki yerə ayrılmşdır. Yarımçıq kəmərlər silsiləsi isə hər apsisin əyri xarici divarlarını üç hissəyə ayırır. Hər kəmər fərqli hörgü üsuluna sahibdir və kəmərlərin arası yarpaqlı naxışlarla doldurulmuşdur.

Fasadın bəzədilməsində daş oymalarla yanaşı boyalardan da istifadə edilmişdir. Daşlarda tünd qırmızı və açıq qəhvəyi rəngli boya izləri qalmışdır. Boyalar daşlara yüngül rənglilik vermək məqsədiylə çox incə bir şəkildə istifadə edilmişdir.

Kilsənin daxilində ortadakı kiçik dairəvi boşluğu altı apsis əhatə edir. Boşluğun yuxarı hissəsində isə üstü qübbə ilə tamamlanan uzun silindrik bir alın hissə vardır. Alın hissədə dörd, Şərq trəfdəki apsisdə isə bir pəncərə vardır. İçi sadədir və heç bir freska yoxdur. Kilsənin girişi isə Qərb tərəfdəki apsisdədir. Kilsəyə Cənubdan birləşən kiçik, düzbucaqlı şəklində, birnefli şapel də olmuşdur.

Erməni memarlığında mərkəzi planlı, kiçik, çoxapsisli kilsələrə çox təsadüf olunsa da onların hamısı daha erkən dövrə aiddir. XIII əsr erməni memarlığında isə bu nadir halda rastlanan bir abidədir. Ona görə də bir çox tədqiqatçılar kilsənin müsəlman türbə memarlığının təsiri altında inşa edildiyini düşünürlər.

Şəkillər

Mənbə

Bakirələr monastırı

Həmçinin bax