Balasoltanlı

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:59, 26 oktyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
BALASOLTANLI
39°21′31″ şm. e. 46°40′47″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Balasoltanlı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Balasoltanlı, Bala SoltanlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Tarixi

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bala Soltanlı kəndini XIX əsrdə Soltanlı (Cəbrayıl rayonu) kəndindən köçmüş ailələr salmışlar. Kəndin adı şahsevənlərin Soltanlı tirəsinin adı ilə bağlıdır.

Toponimikası

Balasoltanlı kəndi Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Etnotoponimdir. Oykonim "Soltanlı yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Yaşayış məntəqəsini XIX əsrin ortalarında indiki Cəbrayıl r-nundakı Soltanlı kəndindən köçmüş ailələr salmışlar.[2]

Coğrafiyası və iqlimi

Bala Soltanlı kəndi rayon mərkəzindən 25 km şərqdə, Qarabağ silsiləsinin ətəyində, Həkəri çayının sol sahilində yerləşir.

Mənbə

  • Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 447-448.

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər