Armudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd.[1]
Armudlu | |
---|---|
39°27′37″ şm. e. 46°41′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Digər | |
Qubadlı İH | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Armudlu kəndi Əliyanlı tayfasına mənsub ailələr tərəfindən salınmışdır. 1948-ci ilədək kəndin adı Amuduq olmuş, Amuduq dağının adı ilə adlandırılmışdır. Sonralar Amuduq kimi təhrif olunmuş və kəndin adı da belə qeydə alınmışdır.[2]
Toponimi qrammatik xüsusiyyətlərinə görə yozanlar da var. Bu, mənası aydın olan düzəltmə sözdür. Armudlu toponimi armud sözünə -lu şəkilçisi artırılaraq armud ağacının həmin ərazidə çox olduğunu bildirir. Müasir Azərbaycan dilində -lu şəkilçisi əsasən sifət düzəldən formant kimi fəaliyyət göstərir, başqa sözlə, atributiv sözlər əmələ gətirir. Belə şəkilçili sözlər asanlıqla substansivləşir, yəni, təyinsiz işlənir. Armudlu sözündəki -lu şəkilçisi meyvə ağacı adı bildirən isimə birləşərək, topluluq, yəni orada həmin ağacın çoxluğunu ifadə edir. Yaşayış məntəqəsi armud ağacları bol olan sahədə salındığı üçün belə adlanmışdır. Qonşu Qafan rayonunda məşhur Sultanovlar nəslinə məxsus Armudlu (Danzaver) kəndi, Ermənistanın Oktemberyan rayonunda Armutlu (Türk Armutlusu) adlı kənd olub (1935-ci ildən Danzut). Qax və Kəlbəcər rayonlarında da Armudlu adında kəndlər vardır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir
Armudlu kəndi dağətəyi ərazidə yerləşir.
Qubadlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |