Sarıyataq — Azərbaycan Respublikasının Qubadlı rayonunun Sarıyataq kənd inzibati ərazi dairəsində kənd.[1]
Sarıyataq | |
---|---|
39°22′37″ şm. e. 46°39′32″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 533 m |
Saat qurşağı | |
Kəndin əhalisi vaxtilə indiki ərazidən nisbətən qərbində, "Kalafaların quzeyi" adlanan dərədə yaşayırdı. Sonralar kəndin əhalisi Sanyataq dağının ətəyinə köçmüş, kənd isə həmin dağın adı ilə adlandınlmışdır.[2]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Sanyataq kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Sanyataq Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[4]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Sarıyataq kəndi Həkəri çayının sahilində, dağlıq ərazidədir.[2]
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[6] "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 59 evdə 272 şiə kürd yaşayırdı.[7]
Qubadlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |