Hüseynuşağı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Ulaşlı kənd Sovetindən Hüseynuşağı kəndi Qaralar kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Hüseynuşağı | |
---|---|
39°14′37″ şm. e. 46°42′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsini hüseynuşağı (hazırda xudaverdilər adlanır) nəslindən olan ailələr saldığı üçün belə adlanmışdır. Sonralar Qarabağdan əbilli və Dağıstandan xələflilər nəslinə mənsub ailələr də köçüb bura gəlmişdilər.[2]
Kənd Həkəri çayının sahilində, Yazı düzündə yerləşir.
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |