Gödəklər — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Gödəklər | |
---|---|
39°19′45″ şm. e. 46°36′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Gödəklər kəndi Bərgüşad çayının sol sahilindədir. Yaşayış məntəqəsi keçmişdə Mil düzündə yaşamış gödəklilərə mənsub bir qrup ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. 1933-cü ildə İmişli r-nunun Xələc i.ə.v.-də Güdəklər adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Gödəklilər Şəkidə və Zaqatalada məhəllə adlarıdır. Etnotoponimdir.[1]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 61 evdə 212 şiə kürd yaşayırdı.[2]
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |