Xələc — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Xələc | |
---|---|
39°21′54″ şm. e. 46°32′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Xələc kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Oykonim Səlcuqoğlu tayfa birliyinə daxil olmuş xələclərin adından yaranmışdır. Yaxın Şərqin işğallarında (XII—XVIII əsrlər) iştirak etmiş xələclərin bir hissəsi indi də İranda və Türkmənistan ərazisində yaşayırlar.[2]
ХV—ХVI əsr Məscidin qalıqları[3]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 45 evdə 106 şiə müsəlman təriqətli azərbaycan türkü (mənbədə "tatar") yaşayırdı.[4]
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |