Poladlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd.[1]
Poladlı | |
---|---|
39°18′36″ şm. e. 46°34′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Poladlı kəndi dağlıq ərazidə, Qarabağ silsiləsində yerləşir. Oykonim şahsevenlerin poladlı tayfasının adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekəli tirələri haqqında məlumat verilir. Kolanıların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var.[2]
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |