Kavdadıq — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Ulaşlı kənd Sovetindən Kavdadıq kəndi Qaralar kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Kavdadıq | |
---|---|
39°14′14″ şm. e. 46°42′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yerli əhali kəndin adını kovxalıq (kəndxudaya məxsus) kimi izah edir. Oykonimin ilkin variantının Kavdoabdıq olduğunu iddia edən tədqiqatçılara görə, kav (farsca "dağ keçidi, aşırım"), doab (iki çay) və -dıq (Azərbaycan dilindəki məkan bildirən -lıq şək.-sinin variantı) komponentlərindən ibarət olan bu söz "dağ keçidində iki çayın birləşdiyi yer" mənasındadır. Başqa mülahizəyə görə,Kaf dağlı-Anadolu.Kavdadıqda Curumlu və yaxud Cürümlü tayfasının tarixi Anadoluda Bizansla savaşda olub. Curum-Çorum şəhəri o tayfanın adı ilə bağlıdır.Bir başqa variant,dilimizdə "Kav"sözü var.Bir işin doğrusuna kavdı və yaxud kav deyil demək var.Kavdadıq,yəni doğruladıq(Məkanı,yurdu) [3]
Kəndi Bərgüşad (Bazarçay) çayı ilə Həkəri çayının birləşdiyi yerdə, Yazı düzündə yerləşir.
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |