Molabürhan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində kənd.[1]
Mollabürhan | |
---|---|
39°21′13″ şm. e. 46°40′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Molabürhan kəndi mahalın bir hissəsi olmuşdur.[2] Kürdüstan qəzası ləğv edildikdən sonra Molabürhan Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[3]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[4] Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Oykonim molla (dini rütbə) və Biirhan (antr.) sözlərindən ibarət olub, “Molla Bürhanın kəndi, Molla Bürhana məxsus kənd” mənasındadır.[5]
Mollabürhan kəndi Həkəri çayının sahilindədir.[5]
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[6] "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 82 evdə 393 şiə kürd yaşayırdı.[7]
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |