Didivar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Didivar
39°18′18″ şm. e. 45°26′02″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 981 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Didivar xəritədə
Didivar
Didivar

DidivarNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Didivar kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Toponimikası

Kəndin adı XVIII əsrin əvvəllərində Didəbad variantında qeydə alınmışdır. Tədqiqatçıların bir qismi belə hesab edir ki, oykonim qədim İran dillərindəki didi (qala) və var (möhkəmləndirilmiş kənd, şəhər, yurd, məskən) sözlərindən ibarət olub, "qala kənd" mənasındadır. Bəzi tədqiqatçılar isə oykonimi fars dilindəki didi (görüş, görüşmə) və var (yer, yurd, məskən) komponentlərinin birləşməsi kimi "iki çayın görüşdüyü yerdə kənd" mənasında izah edirlər.[3]

Tarixi

Tarixi abidələri

Didivar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1844 Didivar yaşayış yeri[4] e.ə. II–I minilliklər Didivar kəndi Arxeoloji Ölkə
1845 Didivar nekropolu[5] e.ə. III–II minilliklər Didivar kəndi Arxeoloji Ölkə

Coğrafiyası və iqlimi

Kənd Naxçıvançay ilə Cəhriçayın qovuşduğu yerdə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[6] 1235 640 595
2009[7] ↗1429 ↗692 ↗737

Əhalinin əsas hissəsini azərbaycanlılar, qalan hissəsini kürdlər və çox cuzi hissəsini isə yəhudilər təşkil edir.

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə bir kitabxana və bir mədəniyyət evi fəaliyyət göstərir.

Təhsil

Kənddə Didivar kənd tam orta məktəbi fəaliyyət göstərir.[8]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə xəstəxana mövcuddur.

İstinadlar

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  2. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  3. Didivar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
  4. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  5. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 38.
  7. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 36". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  8. "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.

Xarici keçidlər

Həmçinin bax