Kommuna (icma)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kommuna (fr. commune — icma) — ortaq ideya ətrafında birləşən və ümumi maraqlara, mülkiyyətə, ehtiyatlara, daha radikal kommunalarda isə ortaq gəlirə və iş yerinə sahib insanların birlikdə yaşamağa qərar verdikləri icma növüdür. Bir çox müasir kommunalarda ortaq qərarların qəbulu, qeyri-ierarxik struktur və ekoloji həyat tərzi də böyük əhəmiyyət kəsb edir.

İlk kommunalar Qədim Roma dövründə yaranmışdır. Böyük Fransa inqilabı dövründə kommunalar özünüidarə funksiyasını yerinə yetirmiş, şəhər-kommunalar orta əsrlərdə Şimali İtaliya və Şimali Fransa şəhərlərinin idarəçiliyində mühüm yer tutmuşlar.