Xıdırlı (Qubadlı)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Xıdırlı
39°25′13″ şm. e. 46°32′12″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Xıdırlı xəritədə
Xıdırlı
Xıdırlı

XıdırlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Teymur Müskənli kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd 2020-ci ildə işğaldan azad olunub.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Yerli camaatın dediyinə görə Xıdırlı kəndini Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salıblar. Kənddə Xıdırlı, Məhərrəmli, Həsənli nəsilləri yaşayıblar. Kəndin adı Xıdırlı nəslinin adı ilə əlaqədardır. AğdamSalyan rayonlarında Xıdırlı, Şabran rayonunda Xıdırzində kəndləri, Salyan rayonunda isə Xıdırlı adlı palçıq vulkanları vardır.

Xıdırlı kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salmışlar. Hazırda kənddə xıdırlı, məhərrəmli və həsənli nəsilləri yaşayır. Oykonim xıdırlı nəslinin adını daşıyır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Xıdırlı kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidə yerləşir.

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Xıdırlı kəndində 37 evdə 170 şiə kürd yaşayırdı.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]