Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bənd. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin]
"Xudafərin" SES | |
---|---|
"Xudafərin" su-elektrik stansiyası | |
Ümumi məlumatlar | |
Çay | Araz |
Sahibi | |
Status | İşlək |
Tikilmə tarixi | 1999 |
İstismara verilib | 2008 |
İstismarçı | Azərenerji ASC |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 102 və ya 200 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Əsas qurğular | |
Bənd tipi | Torpaq-bənd |
Bəndin hündürlüyü | 64[1] |
Bəndin eni | 400[2] |
Yerləşməsi | |
39°09′35″ şm. e. 46°56′05″ ş. u.HGYO | |
Ölkələr | |
Rayon | |
Yer | Xudafərin şəhristanı, Cəbrayıl rayonu |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102[3] və ya 200 meqavata bərabərdir.[4] Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur.[5][6]
Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır[5]. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır[7].
Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur. SES 2010-cu ildə açılır. Suvarma işləri ilə bağlı tikint hələ də davam edir[8]. İnşaat zamanı bir neçə Tunc dövrünə aid yer, o cümlədən Saka-İskit döyüşçüsünün qəbri tapılmışdır.
2022-c ilin iyulunda "Xudafərin" və "Qız Qalası" hidroqovşaq və su-elektrik stansiyalarının (SES) üzərində iki bəndin birgə tikintisini sürətləndirəcək sənəd imzalanıb.[4]
Напомним, что Худаферинская ГЭС строится на реке Аракс, на границе Ирана и Карабаха, в соответствии с договором между Ираном и Арменией, заключенным в 2007 году.