Xudafərin və ya Stansiya Xudafərin — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.[1] Qəsəbə Xudafərin körpüləri və İran sərhədinə yaxın yerləşir.
Xudafərin | |
---|---|
39°09′01″ şm. e. 46°56′49″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1993-cü ildən 2020-ci ilin sonlarına qədər Xudafərin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur.
Kəndin ilkin adı orada yaşayan dörd nəsildən biri olan Xudayarlı adlandırılmışdı. İkinci Dünya müharibəsi zamanı əhalinin bir hissəsi köçərək şərqdə Xələfli kəndini qurmuşdur. Kəndin qalan əhalisi Xudafərin körpüsünün yaxınlığında məskunlaşmağa başladığı üçün kənd Xudafərin adlandırılmışdır.[2]
Rusiya İmperiyası dövründə Xudayarlı kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd İranla sərhəddə yerləşir. Tarixi Xudafərin körpüsü bu kəndin ərazisində yerləşir. 1994-cü ilin yanvar ayında Azərbaycan ordusu bu kəndin ərazisinə qədər irəliləsə də, kəndi tutmaq mümkün olmayıb.[3][4][5]
18 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 30 oktyabr 2020-ci il tarixində "Xudafərin" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb. [6][7][8][9][10][11]
30 oktyabr 2020-ci il tarixində, Azərbaycan Müdafiə Nazirliyi Xudafərin kəndindən reportaj yayımladı.[12][13]
Kənd Araz çayının sol sahilində, təxminən 295 metr hündürlükdə yerləşir.
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Kovşutlu kənd dairəsinin Xudayarlı kəndində 27 ev var idi və burada 129 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı, onlar dini baxımdan şiə və kəndli idilər.[14]
1912-ci il Qafqaz Təqviminə görə, Qaryagin qəzasının Xudayarlı kəndində 157 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[15]
Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən 1933-cü ildə hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Kumlak kənd sovetliyinə daxil olan Xudayarlı kəndində 34 təsərrüfat və 253 sakin var idi. Kənd sovetliyinin əhalisinin 98.9%-i azərbaycanlılardan (mənbədə "türk" kimi göstərilmiş) ibarət idi.[16]
Xudafərin kəndi ilə Kumlak kəndi arasında orta əsrlərə aid Xudafərin körpüləri yerləşir. Çayın yuxarı axarında isə Xudafərin su anbarı mövcuddur.