2023-cü ilin aprel ayında Azərbaycan–Ermənistan sərhədində toqquşma — Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında 11 aprel 2023-cü ildə, günorta saatlarında Azərbaycan–Ermənistan şərti sərhədində – Ermənistan tərəfdən Gorus rayonu, Azərbaycan tərəfdən isə Laçın rayonu istiqamətində başlanan və bir saatdan çox davam edən silahlı toqquşma. Silahlı toqquşmaların başlamasında tərəflər bir-birlərini ittiham eləmişdir.[1] Qarşıdurma zamanı Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ümumi olaraq 7 hərbçisi öldürülmüş, 10 hərbçisi isə yaralanmışdır. Axşam saatlarında gərginliyin səviyyəsinin aşağı düşməsi isə bölgədə silahlar susmuşdur.
Azərbaycan–Ermənistan sərhəd toqquşması | |||
---|---|---|---|
Qarabağ münaqişəsi | |||
| |||
Tarix | 11 aprel 2023 | ||
Yeri |
Laçın rayonu, Azərbaycan Gorus rayonu, Ermənistan |
||
Səbəbi | tərəflər bir-birlərini ittiham eləmişdir | ||
Nəticəsi | mövqelərdə yerdəyişmələr olmamışdır | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur.[2][3] Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir.[3] İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür.[3]
1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.[3]
2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır.[3] 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir.[3] Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.[4]
Bununla belə müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunmuşdur. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra əl qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir və ümumi olaraq həm Azərbaycan, həm də Ermənistan tərəfdən 300-dən çox insanın ölümünə səbəb olmuşdur. 2023-cü ildə isə tərəflər arasında birinci silahlı qarşıdurma martda Şuşa istiqamətində olmuşdur.
Aprelin 7-də Azərbaycanın Müdafiə Nazirliyi mövqelərinin atəşə tutulması ilə bağlı məlumat vermişdir.[5] Məlumata əsasən aprelin 7-si saat 13:20-dən 13:45-ə qədər Ermənistan silahlı qüvvələrinin bölmələri Sisian rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşdur, qeyd olunan istiqamətdə yerləşən bölmələr tərəfindən cavab tədbirləri görülmüşdür.[5]
Aprelin 9-da isə Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Xocavənd rayonu istiqamətində atəşkəs rejiminin bir dəfə pozulduğunu bildirmişdir.[6] Məlumatda ölən və ya yaralananların olmadığı, sülhməramlıların Azərbaycan və Ermənistan tərəfləri ilə birgə hadisə ilə araşdırma aparıldığı qeyd edilmişdir.[6]
Aprelin 11-də Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında toqquşma baş vermişdir. Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayaraq aprelin 11-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Tex yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutduğunu, bölmələr tərəfindən cavab tədbirlərinin görüldüyünü bildirmişdir.[7] Saat 16:40 radələrində isə Bagramyan26 telegram səhifəsi Azərbaycan silahlı qüvvələrinin bölmələrindən Tex yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən əsgərlərə atəş açıldığını bildirən məlumat yaymışdır.[8][9] Qısa müddət sonra da Ermənistanın Müdafiə Nazirliyi məlumat yayaraq qarşı tərəfin Tex istiqamətində mühəndis işləri görən əsgərlərə qarşı atəş açdığını, baş verən qarşıdurma zamanı şəxsi heyətin sıralarından ölən və yaralananlar olduğunu bildirmişdir.[10] Bagramyan26 telegram səhifəsi isə Ermənistan silahlı qüvvələrinin üç hərbi qulluqçusunun hadisə yerindəcə həyatını itirdiyini, toqquşma zamanı həm də Xüsusi Korpus Komandirinin yaralanması ilə bağlı məlumat paylaşmışdır. Ermənistanın Müdafiə Nazirliyi isə saat 17:30 radələrində Azərbaycan tərəfinin minaatanların tətbiqi ilə ordunun mövqelərini atəşə tutduğunu bildirmişdir.[11]
Ermənistanda iqtidar dairələrinə yaxınlığı ilə bilinən[12] Bagramyan26 telegram səhifəsi isə saat 19:00-da hadisənin baş verməsinə mübahisənin zəmin yaratdığı ilə bağlı məlumat paylaşmışdır.[13] Məlumatda saat 16:00 radələrində Korpus Komandiri Armen Gözəlyanın başçılığı ilə bir qrup erməni hərbçi bölmələrinin mövqelənmə yerləri ilə bağlı dəqiqləşdirmə aparılması məqsədilə qarşı tərəfin hərbçilərinə yaxınlaşdığı, bu anda baş verən münaqişə zamanı isə Azərbaycan hərbçilərinin erməni hərbçilərinə atəş açdığı iddia edilmişdir.[13]
Toqquşmaların olduğu saatlarda Azərbaycanın bir sıra KİV-lərində Ermənistan tərəfinin guya İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadəsi ilə bağlı məlumatlar tirajlanmışdır.[14] Xəbərlər Azərbaycanın Müdafiə Nazirliyinə yaxınlığı ilə bilinən Caliber telegram səhifəsinə istinadən verilmişdir. Ermənistanın Müdafiə Nazirliyi isə bu məlumatları dezinformasiya adlandırmışdır.[15]
Azərbaycanın Müdafiə Nazirliyi növbəti məlumatında baş verən silahlı qarşıdurma nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyətindən ölən və yaralanan hərbi qulluqçuların olduğunu bildirmişdir.[16] Bir saatdan çox davam edən qarşıdurma nəticəsində Ermənistan silahlı qüvvələrinin sıralarından da ölən və yaralananların olduğunu bildirilmişdir.[17] Saat 18:30 radələrində Azərbaycanın Müdafiə Nazirliyi qarşı tərəfin minaatan və iriçaplı silahlardan istifadə elədiyini, qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atıldığını bildirmişdir.[18]
Saat 20:00 radələrində Azərbaycanın Müdafiə Nazirliyi qeyd olunan istiqamətdə nisbi səssizliyin olduğunu, əməliyyat şəraitinin bölmələrin tam nəzarəti altında olduğunu bildirmişdir.[19] Növbəti saatlarda Ermənistanın Müdafiə Nazirliyi də vəziyyətin normal olduğunu bildirmişdir.[20]
Həmçinin Azərbaycanın Müdafiə Nazirliyi silahlı qarşıdurma zamanı Azərbaycan Ordusunun üç hərbi qulluqsunun həyatını itirdiyini, dörd hərbi qulluqçunun isə yaralandığını elan eləmişdir.[19] Bunlar 1985-ci il təvəllüdlü, Abşeron rayonu Saray qəsəbəsində yaşayan, N saylı hərbi hissədə xidmət edən, gizir Zalov Vidadi Nizami oğlu[21][22], 1994-cü il təvəllüdlü, Gədəbəy rayonu Qaravəlilər qəsəbəsində yaşayan, N saylı hərbi hissədə xidmət edən, gizir Həsənov Elşad Qabil oğlu[23] və 1998-ci il təvəllüdlü, Şahbuz rayonu Şada qəsəbəsində yaşayan, N saylı hərbi hissədə xidmət edən, çavuş Tağıyev Səbuhi Gündüz oğlu[24] idilər.[19] Silahlı qarşıdurma zamanı yaralanmış dörd hərbi qulluqçudan 2-si isə əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunmuşdur.[25]
Ermənistanın Müdafiə Nazirliyi saat 20:30-da bəyanatla çıxış eləmişdir və silahlı qarşıdurma zamanı Ermənistan silahlı qüvvələrinin dörd hərbi qulluqçusunun həyatını itirdiyini, altı hərbçinin isə yaralandığını bildirmişdir.[26] Nazirliyin növbəti məlumatında həyatını itirən hərbi qulluqçuların 1999-cu il təvəllüdlü Artur Averisoviç Saahyan, 1989-cu il təvəllüdlü Mhrtiç Armenoviç Arutyunyan, 1997-ci il təvəllüdlü Henri Vaçaqanoviç Koçaryan və 1994-cü il təvəllüdlü Hare Qaqihoviç Sarqisyan olduğu qeyd edilmişdir.[27] Yaralanan altı hərbçidən üçünün vəziyyəti qənaətbəxş, digər üçünün isə müvafiq olaraq orta-ağır, ağır və son dərəcə ağır olaraq qiymətləndirilmişdir.[28]
Həm Azərbaycanın, həm də Ermənistanın KİV-lərin məlumatına əsasən hadisənin baş verən zonada Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusunun Komandiri Armen Gözəlyan da var idi və qarşıdurma zamanı yüngül yaralanmışdır.[29][30][31][32] Korpus 2020-ci ildə müharibədən sonra yaradılmışdı və xüsusi hərbi birləşmə hesab olunur.[33]
Silahlı qarşıdurmadan bir gün əvvəl Ermənistanın müdafiə naziri Suren Papiyan Brüsselə işgüzar səfərə yollanmışdır.[34] Toqquşma günü, axşam saat 21:45 radələrində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Armen Torosyan nazirin işgüzar səfəri təcili olaraq yarımçıq dayandırdığını və İrəvana qayıtdığını qeyd eləmişdir.[35]
Aprelin 11-də Azərbaycanın İnsan hüquqları üzrə ombudsmanı Səbinə Əliyeva hadisələrlə bağlı çağırış eləmişdir.[36] "Regionda sülhün və əmin-amanlığın təmini üçün Ermənistanın hərbi təxribatlardan uzaq durması bağlı dünya ictimaiyyətinə dəfələrlə çağırış və bəyanatlar ünvanlanmasına baxmayaraq bu təxribatların davam etdirilməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq niyyətlərindən uzaq durmadığını bir daha sübut elədiyini" bildirən Səbinə Əliyeva "Ermənistanın beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmaqla regionda sülh prosesinə maneə törətdiyini" qeyd eləmişdir.[37]
Aprelin 12-də brifinq zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 11 aprel hadisələrini şərh eləmişdir.[38] Ceyhun Bayramovun çıxışı zamanı "bunun planlaşdırılmış təxribat olduğunu, Ermənistanın Korpus Komandirinin orda olmasının bunun sübutu olduğunu, təxribata əsasən səbəbin isə prezidentin hadisədən bir gün əvvəl Qazaxıstanda sülh ilə bağlı danışıqların aparılması olduğunu" qeyd eləmişdir.[38]
11 aprel silahlı toqquşmasından sonra həm iqtidar, həm də müxalif düşərgədən müxtəlif iddialar səsləndirilmişdir. Azərbaycan Baş nazirinin sabiq müavini, Azərbaycan Milli Məclisinin deputatı[39] Vahid Əhmədov hadisələri şərh edən zamanı "Ermənistanın oyuncaq bir dövlət olduğunu və onun Azərbaycana qarşı hərbi müstəvidə ciddi bir addım atmaq şanslarının olmadığını" birdirmişdir və "İrəvanın bu təxribatı İran və Rusiyanın dəstəyi ilə reallaşdırdığını" qeyd eləmişdir.[40] Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruluğunu Komitəsinin üzvü[41] Azay Quliyev "Ermənistanın təxribatının sülh danışıqlarını pozmağa yönəldiyini" bildirmişdir.[42] Milli Məclisin deputatı[43], Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Azər Badamov isə hadisələrin "əvvəlcədən planlaşdırıldığını və bu təxribatın Rusiyada MDB Parlament Assambleyasının iclası ərəfəsində baş verməsinin Ermənistanın sülh prosesindən uzaq olduğunu göstərdiyini" bildirmişdir.[44]
Aprelin 11-də Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat vermişdir.[45] Bəyanatda "aprelin 11-də saat 16:00 radələrində Ermənistan ərazisində, Tex yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu nizamlanma adı ilə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularına sərhəd məntəqələrinə yaxınlaşmışdır. Onlar təxribata əl ataraq Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri və mövqeləri istiqamətində odlu silahlardan, daha sonra müxtəlif çaplı silahlardan atəş açmışdırlar. Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri cavab tədbirləri görmüşdürlər və Ermənistanın suveren ərazisini müdafiə eləmişdilər".[45] Bəyanatda həmçinin "Azərbaycanın bu siyasətinin yeni olmadığı və 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabrında Ermənistana qarşı törədilən hücumların davamı olduğunu, nəticədə Azərbaycan tərəfinin Ermənistanın suveren ərazilərini işğal elədiyi" qeyd edilmişdir.[45]
Ermənistan Milli Məclisi deputatı, Müdafiə məsələləri Daimi Komissiyasının sədr müavini Armen Xaçatryan aprelində 12-də brifinq zamanı toqquşmanın baş verdiyi Tex istiqamətində heç bir mövqe və ərazi yerdəyişməsinin olmadığı bildirmişdir.[46] Hadisənin təfərrüatlarını barədə isə Armen Xaçatryan bunları demişdir – "Aprelin 11-də Tex yaxınlığında danışıqlar bəhanəsi ilə Azərbaycan tərəfinin avtomobili onların nəzarətində olan ərazidən erməni mövqelərinə doğru irəliləmişdir və erməni hərbçilərindən mühəndis işlərini dayandırmağı tələb eləmişdir." Bu tələbə "Hərbçiləriz tərəfindən layiqli cavab verdilyini" deyən Armen Xaçatryan budan sonra döyüşlərin başladığını bildirmişdir – "Bundan sonra döyüşlər başladı. Əsgərlər qarşısına qoyulan tapşırıqları yerinə yetirdi, əsgərlərimiz Azərbaycanın həyasızlığına layiqli cavab verdi".[46] Armen Xaçatryan həm də hərbi əməliyyatların dayandırılması ilə bağlı üçüncü tərəfin vasitəçiliyinin olmadığını, Ermənistanın hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələri ilə Azərbaycan nümayəndələri arasında aparılan danışıqlar nəticəsində silahların susduğunu qeyd eləmişdir.[46]
Aprelin 12-də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözcüsü brifinq zamanı 11 aprel hadisələrini şərh eləmişdir.[47] "Fransa aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində, Ermənistan ərazisinin Dığ yaşayış məntəqəsi yaxınlığında baş vermiş, ümumi olaraq 7 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən hadisədən dərin narahatlığını" bildirən sözcü daha sonra "Ermənistanın ərazi bütövlüyünə hörmət və Azərbaycan qoşunlarının təmas xəttinin Ermənistan tərəfində yerləşən işğal olunmuş mövqelərindən çıxarılmasının növbəti insidentlərin qarşısının alınması və regionda davamlı sülhün əsaslarının qorunması üçün vacib olduğunu" və "Fransa sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, ona töhfə verdiyi və gərginliyin azaldılmasına töhfə üçün rol oynayan Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətini alqışladığını" bildirmişdir.[47][48]
Bir gün sonra isə Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin 12 aprel tarixli bəyanatına dair şərh vermişdir.[49] Şərhdə "Azərbaycan rəsmiləri əraziləri işğal altında olduğu vaxt Azərbaycanın ərazi bütövlüyünə dair Fransanın bəyanat vermədiyini" vurğulanmışdır və oxşar bəyanatı Ermənistanın ərazi bütövlüyü il bağlı səsləndirməsini "qərəz nümunəsi" adlandırmışdır.[49]
Aprelin 12-də brifinq zamanı çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaharovanın toqquşmaların Rusiya nümayəndələrinin təşəbbüsü ilə dayandırılığını qeyd eləmişdir – "ərazidə olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndələri dərhal Ermənistan və Azərbaycanda olan məsul şəxslərlə əlaqə saxlamışdır, gərginliyi azaltmaq üçün tədbirlər görmüşdür."[50]
Aprelin 12-də Avropa İttifaqının rəsmisi hadisə ilə bağlı bəyanat vermişdir.[51] "Avropa İttifaqının dünən Ermənistan-Azərbaycan sərhədində Tex yaxınlığında baş vermiş silahlı toqquşmalar nəticəsində bir neçə erməni və azərbaycanlı hərbçinin ölməsi və yaralanması ilə bağlı təəssüfünü bildirdiyi" qeyd edilən bəyanatda həm də "Avropa İttifaqı tərəfləri səbrli olmağa və bütün mübahisələrin sülh yolu ilə həll eləməyə" çağırışmışdır.[51]
Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı baş verən hadisələrin şərh edən zaman sülh danışıqlarını toxunmuşdur.[52] Onun sözlərinə görə, "Vaşinqton və ya Brüssel formatını həm Azərbaycan, həm Ermənistan tərəfi istəməlidir".[52] "Rusiyanın da prosesdə oynadığını" qeyd edən Azər Qasımlı "Ermənistanın bir az Qərbə doğru inteqrasiya, yaxınlaşma edən anda Rusiyanın Azərbaycanla yaxınlaşdığını, müəyyən dividentlər verdiyini, təxribat elədyini və oyunu pozduğunu" bildirmişdir.[52] Son həftələr ərzində Rusiya ilə Ermənistan arasında münasibətlər xeyli pisləşdiyini də bildirən Azər Qasımlı "Azərbaycan rəhbərliyi Ermənistan rəhbərliyi ilə bir yerdə Vaşinqton formatının qəbul edilməsi üçün şans yarandığını qeyd eləmişdir – "həm Azərbaycan, həm də Ermənistan bir yerdə qəbul etsələr, Rusiyanın edəcəyi bir şey qalmayacaq".[52]
Aprelin 12-də Ermənistan Milli Məclisinin iclası zamanı silahlı toqquşmada həyatını itirən dörd hərbi qulluqçunun xatirəsi yad edilmişdir.[53] Parlamentin sədr müavini Ruben Rubinyan çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının Ermənistanın suveren ərazilərini şücaətlə qoruduğunu qeyd eləmişdir.[53]
Azərbaycanda anım tədbirləri baş tutmasa da Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2023-cü il tarixli 3944 nömrəli Sərəncamına əsasən silahlı toqquşmalarda həyatını itirən üç hərbi qulluqçu xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Hadisədən bir gün sonra, aprelin 12-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Komandası Arman Maralçyan tutduğu vəzifədən azad edilmişdir.[54]
Aprelin 12-da Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Ağdərə, Şuşa və Xocavənd rayonları istiqamətində atəşkəs rejiminin dörd dəfə pozulduğunu bildirmişdir.[55] Məlumatda ölən və ya yaralananların olmadığı, sülhməramlıların Azərbaycan və Ermənistan tərəfləri ilə birgə hadisə ilə araşdırma aparıldığı qeyd edilmişdir.[55]
Silahlı qarşıdurmasından 12 gün sonra, 2023-cü il aprelin 23-də isə Azərbaycanın Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsinin qurulduğunu bildirmişdir.[56]