Davudoba — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli inzibati ərazi vahidində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.[1]
Davudoba | |
---|---|
41°27′ şm. e. 48°39′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 656 (2009) nəfər |
Digər | |
[http:// ] | |
Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Yergüc kəndinin sakini Davud adlı şəxsə məxsus qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir[2]. Həmin vaxt yergüclülərin bir hissəsi bu əraziyə köçərək, burada daimi məskunlaşmışdırlar. Nəticədə də qışlaq kəndə çevrilmişdir.
Davudoba oyk, mür. Quba r-nu ərazisində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Quba qəzasının Yergüc kəndində Davud adlı şəxsə məxsus qışlaq yerində yaranmışdır. Oykonim "Davuda məxsus oba" mənasındadır.[3]
Kəndin əhalisinin etnik tərkibini "Şahdağ xalqları"ndan biri olan yergüclülər təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 656 nəfər əhali yaşayır.[4]
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |