Abbasqulular (keçmiş adı Şurakənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi vahidi tərkibindəki Şurakənd kəndi Abbasqulular kəndi adlandırılmışdır.[2]
Abbasqulular | |
---|---|
40°36′29″ şm. e. 46°47′20″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Gəncə-Qazax düzənliyində yerləşən yaşayış məntəqəsini 1928-ci ildə Cənubi Azərbaycandan rəncbərlik etmək üçün gələnlər salmışlar.[3] Sonralar Sovet hökumətinin şərəfinə (rusca "sovet" sözünün azərbaycanca "şura" şəklində tərcümə edilməsi ilə) kənd Şurakənd adlandırılmışdı.
2002-ci ildən kənd Abbasqulular kimi rəsmiləşdirilmişdir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 537 nəfər əhali yaşayır.[4]
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |