Şurakənd (Goranboy)

Abbasqulular (keçmiş adı Şurakənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi vahidi tərkibindəki Şurakənd kəndi Abbasqulular kəndi adlandırılmışdır.[2]

Abbasqulular
40°36′29″ şm. e. 46°47′20″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 537 nəf. (2009)
Xəritəni göstər/gizlə
Abbasqulular xəritədə
Abbasqulular
Abbasqulular

Gəncə-Qazax düzənliyində yerləşən yaşayış məntəqəsini 1928-ci ildə Cənubi Azərbaycandan rəncbərlik etmək üçün gələnlər salmışlar.[3] Sonralar Sovet hökumətinin şərəfinə (rusca "sovet" sözünün azərbaycanca "şura" şəklində tərcümə edilməsi ilə) kənd Şurakənd adlandırılmışdı.

2002-ci ildən kənd Abbasqulular kimi rəsmiləşdirilmişdir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 537 nəfər əhali yaşayır.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]