416-cı Taqanroq diviziyası

416-cı atıcı diviziya (rus. 416-я стрелковая Таганрогская Краснознамённая Ордена Суворова дивизия) — Böyük Vətən müharibəsində hərbi birləşmə.

416-cı atıcı diviziya
416-я стрелковая Таганрогская Краснознамённая Ордена Суворова дивизия
Növü Atıcı
Yaranma tarixi 22 mart 1942 — 1945
Ölkə SSRİ
Daxildir Quru qoşunları
Ləqəbi Таганрогская (azərb. Taqanroqskaya‎)
Müharibələr Böyük Vətən müharibəsi
Döyüşlər 1942—1943: Qafqaz döyüşü
1943: Donbass əməliyyatı (1943)
1943: Melitopol əməliyyatı
1944: Berezneqovato-Sniqiryov hücum əməliyyatı
1944: Yas-Kişinyov əməliyyatı
1945: Visla-Oder əməliyyatı
1945: Berlin döyüşü (1945)
Fərqlənmə nişanları "Qırmızı Bayraq" ordeni
Suvorov Ordeni
Komandanlıq
Məşhur komandirləri Tərlan Əliyarbəyov

Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci ilin 22 fevral tarixdən Azərbaycan SSR-in Ucar rayonunda 416-cı atıcı diviziyanın formalaşdırılmasına başlanılmışdır. 1054-cü və 1374-cü alay Ağdamda, 1373-cü alay Göyçayda, 1368-ci alay Sumqayıtda yaradılmışdır. Həmin ilin martın 22-də diviziyanın şəxsi heyəti hərbi andiçmə mərasimində iştirak edib. Diviziyanın heyətinə 11,050 azərbaycanlı, 291 rus, 225 erməni, 110 gürcü, 99 ukraynalı, 72 tatar, 28 yəhudi, 23 belarus, eləcə də digər millətlərin hərbi qulluqçuları daxil idi. Bölmə 5156 tüfəng, 1022 avtomat, 167 əl pulemyotu, 50 ağır pulemyot, 217 tank əleyhinə tüfəng, 308 ədəd top, 181 minaatan, 65 avtomobil ilə silahlanmışdır.

  • 1368-cı atıcı alayı
  • 1373-cü atıcı alayı
  • 1374-cü atıcı alayı
  • 1054-cü artilleriya alayı
  • 444-cü fərdi tank əleyhinə (özüyeriyən artilleriya) diviziyası
  • 222-ci fərdi kəşfiyyat rotası
  • 348-ci fərdi sapyor batalyonu
  • 921-ci fərdi kommunikasiya batalyonu (337-ci ayrı rabitə rotası)
  • 519-cu tibb-sanitar batalyonu
  • 223-cü fərdi kimya müdafiə rotası
  • 569-cu avtonəqliyyat rotası
  • 480-ci sahə çörəkxanası
  • 584-cü diviziya baytar tibb məntəqəsi
  • 1868-ci sahə poçt stansiyası
  • Milli bankın 1185-ci sahə bilet şöbəsi
Tarix Cəbhə Ordu Korpus (dəstə) Qeydlər
7 iyun 1942–1943-cü illər Zaqafqaziya cəbhəsi 44-cü ordu - 8 avqustdan Cənubi Qafqaz cəbhəsindəki Şimal qrupunun tərkibində[1]
1943 Cənub cəbhəsi 44-cü ordu - -
1943 4-cü Ukrayna cəbhəsi 51-ci ordu 54-cü atıcı korpus Melitopolun azad edilməsi[2]
1943–20 sentyabr 1944 Cənub cəbhəsi 5-ci Zərbə ordusu 32-ci atıcı korpus -
20 sentyabr 1944–10 iyun 1945 1-ci Belorusiya cəbhəsi 5-ci Zərbə ordusu 32-ci atıcı korpus -
28 mart 1945–29 mart 1945 1-ci Belorusiya cəbhəsi 8-ci Qvardiya ordusu Müvəqqəti olaraq Kustrin rayonunda alman qrupunun məhv edilməsində iştirak edib.[3]
10 iyun 1945 — ? Almaniyada Sovet işğal qüvvələri qrupu[4] 5-ci Zərbə ordusu 32-ci atıcı korpus -

Diviziyanın komandirləri

[redaktə | mənbəni redaktə et]

Mükafatlar və adları

[redaktə | mənbəni redaktə et]

Məşhur döyüşçüləri və bölmə komandirləri

[redaktə | mənbəni redaktə et]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
Taqanroq şəhər muzeyinda 416-cı atıcı diviziya haqqında kitablar.
  1. http://militera.lib.ru/memo/russian/grechko_aa_1/02.html Arxivləşdirilib 2012-01-07 at the Wayback Machine Гречко А. А. "Битва за Кавказ"
  2. "Освобождение городов". 2011-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-06.
  3. "Исаев А. В. «Берлин 45-го»". 2019-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-06.
  4. "Директива Ставки Верховного Главнокомандования". 2012-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-06.

Diviziyanın formalaşdırılması

[redaktə | mənbəni redaktə et]

Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci ilin 22 fevral tarixdən Azərbaycan SSR-in Ucar rayonunda 416-cı milli diviziyanın formalaşdırılmasına başlanılmışdır. Diviziyanın şəxsi heyətin 92%-i Azərbaycanlılar idi.

416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Cənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi.

Taqanroqun azad edilməsi

[redaktə | mənbəni redaktə et]

1943-cü ilin yanvarının əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərlə keçərək, növbəti döyüşlərə hazırlaşdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri polkovnik (az sonra general-mayor) Tərlan Əliyarbəyov idi. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində üç ay ərzində Şimali Qafqaz düşməndən azad edildi və Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yarandı.1943-cü ilin 21 fevralında 416-cı diviziya əməliyyatlarının II dövründə hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü göndərilmişdi. 416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edirdi və avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona "Taqanroq diviziyası" fəxri adı verildi.

1943-cü il sentyabr ayının 7-də 416-cı Taqanroq atıcı diviziyası hitlerçilərin 3-cü Dağ atıcı diviziyası tərəfindən müdafiə olunan güclü istehkam xəttinə yaxınlaşdı. Düşmən istehkamları Markupol və Osipenko şəhərlərinə gedən yolları bağlamışdı. Sentyabrın 8–9-da Azərbaycan diviziyası düşmənin müqavimətini qırdı. Faşistlərin 10 əks-hücumuna mərdliklə sinə gərən döyüşçülər qazanılmış mövqeləri əldə saxladılar. Bu döyüşlərdə diviziya 4 mindən artıq düşmən əsgər və zabitini məhv etmiş, külli miqdarda döyüş texnikası ələ keçirmişdi. Həmin döyüşlərdə kapitan Firuddin Süleymanov əsil qəhrəmanlıq nümunəsi göstərmiş, əlbəyaxa döyüşdə bir qrup döyüşçü ilə düşməni geri çəkilməyə məcbur etmiş, özü isə həlak olmuşdu. F.Süleymanov ölümündən sonra I dərəcəli Vətən müharibəsi ordeninə layiq görülmüşdü.

Milli diviziya 1943-cü ilin sentyabrında Azərbaycandan öz tərkibinə 2500 nəfər yeni döyüşçü heyəti adlı və müvafiq hazırlıqdan sonra oktyabrın 10-dan başlayaraq növbəti döyüşlərə başladı və Nikolayev şəhərinin düşməndən azad edilməsində fəal iştirak etdi.

416-cı diviziya 1943-cü ilin oktyabrında düşməni Konstantinovka ətrafında darmadağın edib, tank hissələrinin köməyi ilə Melitopolu azad etmişdi. Diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdu.

Melitopol uğrunda döyüşlərdə pulemyotçu Ağaşirin Cəfərov xüsusən fərqlənmişdi. O, 1943-cü il ərzində 500-dən artıq faşist öldürmüşdü.i Rəyasət Heyətinin 1943-cü il 1 noyabr tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı fəxri adı almışdı. A.Cəfərov SSRİ Ali Sovet

1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma keçərək, Dnestr çayını keçdi və döyüşlərdə Dnepr çayı sahillərinə çıxdı. Dneprin keçilməsində qəhrəmanlıq göstərdiklərinə görə Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, Ablul Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Baş çavuş Həsən Rəhimov isə "Qırmzı bayraq" oredeni ilə təltif olundu.

Həmin ilin 9 aprelində diviziya Odessa şəhəri yaxınlığına çatdı və onun düşməndən azad edilməsində fəal iştirakına görə II dərəcəli Suvorov ordeni ilə təltif edildi. 1944-cü ilin yayından başlayaraq 416-cı diviziya 3-cü Ukrayna cəbhəsi tərkibində məşhur Yassa-Kişinyov döyüş əməliyyatında və Moldaviyanın paytaxtı Kişinyov şəhərinin və bütün Moldaviyanın azad edilməsində fəal iştirak etdi. 1945-ci ilin martında diviziyanın 1054-cü alayı "Qırmızı bayraq" ordeni, 1368-ci alayı-"Boqdan Xmelnitski" ordeni, 44-cü divizionu isə "Aleksandr Nevski" ordeni ilə təltif edilmişdi. 1945-ci ilin yanvarında Sovet ordusu bütün cəbhələrdə hücuma keçmişdi və əsas istiqamət Varşava-Berlin istiqaməti idi.

416-cı diviziya I Belorusiya cəbhəsinə daxil olan 5-ci zərbə ordusu tərkibində Visla çayı istiqamətində hücumu davam etdirərək, Varşavanın azad edilməsində iştirak etdi və Oder çayının qərb sahilinə çıxaraq, düşmənin Kyustrin şəhərini zəbt etdi. Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya var idi. Diviziya 1-də Berlinə daxil oldu. Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqləndi. Kayzerin sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan biri leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə leytenant A.Məcidov və onun döyüşçüləri oldular. Qafqazdan Berlinədək döyüş yolu keçmiş 416-cı Azərbaycan Milli diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişdir.