Güneykənd — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.[2]
Güneykənd | |
---|---|
40°29′35″ şm. e. 45°53′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd güneydə, cənubda yerləşdiyi üçün belə adlandırılmışdır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 258 | 125 | 133 |
2009[5] | ↗329 | ↗169 | ↗160 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Güneykənd kənd kitabxana filialı, Güneykənd kənd klubu fəaliyyət göstərir.[6]
Kənddə Daşkəsən rayon Güneykənd kənd tam orta məktəbi fəaliyyət göstərir.[7]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.