Mollahəsənli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd.[2]
Mollahəsənli | |
---|---|
40°29′11″ şm. e. 46°06′05″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Antropooykonim Molla Həsən şəxs adından və mənsubluq bildirən "-li" şəkilçisindən düzəlib. Yaşayış məntəqəsini vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs saldığına görə onun adı ilə aldandırılmışdır.[3]
Yerli məlumata görə, kəndi vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs salıb.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 472 | 247 | 225 |
2009[5] | ↗515 | ↗258 | ↗257 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Mollahəsənli kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir.[6]
Kənddə Mollahəsənli kənd kitabxana filialı, Mollahəsənli kənd klubu fəaliyyət göstərir.[7]
Kənddə Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbi fəaliyyət göstərir.[8]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Mollahəsənli kənd tibb məntəqəsi yerləşir.[9]