Quşçu körpüsü — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]
Quşçu körpüsü | |
---|---|
40°32′43″ şm. e. 46°07′01″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Qəsəbə Böyük Vətən müharibəsindən sonra salınmışdır. Keçmiş adı Quşçu körpüsü dəmiryolu stansiyası yanında qəsəbə olmuşdur. 1966-cı ildən indiki adı ilə adlandırılmışdır. Daşkəsən rayonunda filiz mədənlərinin istismarı ilə əlaqədar dəmiryolu çəkilərkən tikilmiş körpü (1946) Quşçu kəndi yaxınlığında yerləşdiyi üçün belə adlandırılmışdır.[3]
Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Qəsəbə Qoşqarçayın sahilində, dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 473 | 242 | 231 |
2009[5] | ↘364 | ↘182 | ↘182 |
Qəsəbədə 80 şagird yerlik Daşkəsən rayon Quşçu körpüsü qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir.[6][7]
Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qəsəbədə səhiyyə müəssisəsi mövcud deyil.