Tapan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.[2]
Tapan | |
---|---|
40°29′34″ şm. e. 45°53′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndi Rza Nəbi oğlu Tapan adlı şəxs saldığına görə belə adlanmışdır. Kəndin adı "qoyun saxlamaq üçün ətrafı qamışla, yaxud ağac şaxları ilə hasarlanmış üstü açıq yer, axıl" mənasındadır. Azərbaycan dilinin cənub-qərb dialekt və şivələrində "tapan" "qoyunları saxlamaq üçün qamışdan tikilmiş axıl" mənası daşıyır. Azərbaycanın müxtəlif ərazilərində "tapan" sözü ilə bağlı xeyli mikrotoponim (Qubadlı rayonunun Zilanlı və Yuxarı Mollu kəndləri yaxınlığında Tapan dərəsi, Cəbrayıl rayonunun Şahvəlli kəndində Tapan yeri, Laçın rayonunun Birinci Tığik kəndində Tapanlı dağı və s.) də qeydə alınmışdır. Gürcüstan Respublikasının Marneuli rayonununda da Tapan dərəsi mövcuddur.[3]
Kəndin digər yerli adı Arazbarıdır. Yerli məlumata görə, kənd XIX əsrdə Qazax mahalından gəlmiş Rza Nəbi oğlu Tapan adlı şəxs tərəfindən köhnə yurd yerində salınmışdır.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, Qalaca dağının ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 303 | 160 | 143 |
2009[5] | ↘299 | ↘158 | ↘141 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Tapan kənd klubu fəaliyyət göstərir.[6]
Kənddə Daşkəsən rayon Tapan kənd N. Məsimova adına ümumi orta məktəb fəaliyyət göstərir.[7]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.