Kəmərqaya (əvvəlki adı: Şarukkar) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Kəmərqaya kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Şarukkar kəndi Kəmərqaya kəndi adlandırılmışdır.[3] 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Kəmərqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Kəmərqaya kəndinin ərazisindən 24,65 ha (bundan dövlət mülkiyyətində olan 3,8 ha, bələdiyyə mülkiyyətində olan 4,25 ha və xüsusi mülkiyyətdə olan 16,6 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir.[4]
Kəmərqaya | |
---|---|
40°32′41″ şm. e. 46°04′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd ərazidəki eyniadlı dağın adını daşıyır.[5]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Qoşqarçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 303 | 143 | 160 |
2009[7] | ↗334 | ↗159 | ↗175 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
2020-ci ildə kənddəki 134 fərdi yaşayış evinə təbii qaz verilib.[8]
Kənddə Kəmərqaya kənd kitabxana filialı, Kəmərqaya kənd Mədəniyyət Evi fəaliyyət göstərir.[9]
Kənddə Daşkəsən rayon Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəb fəaliyyət göstərir.[10]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Kəmərqaya kənd tibb məntəqəsi yerləşir.[11]