Təzəkənd (Daşkəsən)

TəzəkəndAzərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.[2]

Təzəkənd
40°27′42″ şm. e. 45°56′11″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 687 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Təzəkənd xəritədə
Təzəkənd
Təzəkənd

Astaf, Çanaqlı və Qaşqaçay kəndlərindən köçüb gəlmiş ailələr kəndi təzə saldığına görə belə adlandırılmışdır.[3]

Yerli məlumata görə, kənd 1920-ci ildə keçmiş Bayramlı kəndinin yerində salınmışdır.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qoşqar silsiləsinin ətəyində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 539 287 252
2009[5] ↗687 ↗384 ↗303

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Kənddə Təzəkənd kənd klubu fəaliyyət göstərir.[6]

Kənddə Heydər Əliyev Fondu hesabına inşa edilmiş 160 şagird yerlik Daşkəsən rayon Təzəkənd kənd Ş.Cavad adına tam orta məktəb fəaliyyət göstərir.[7][8]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə Təzəkənd tibb məntəqəsi yerləşir.[9]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 44" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-31.
  3. Təzəkənd (Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 241. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 87.
  6. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-29.
  7. "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  8. "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  9. "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]