Xoşbulaq (əvvəlki adı: Xaçbulaq) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Zağalı kənd Sovetinin Xaçbulaq kəndi Xoşbulaq kəndi adlandırılmışdır.[3]
Xoşbulaq | |
---|---|
40°27′45″ şm. e. 46°01′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Qədim xəritələrdə kəndin adı Xanbulaq olaraq göstərilir. Kəndin ərazisi keçmişdə Yelizavetpol qəzasına daxil olan Əhmədli, Alabaşlı, Kamanlı, Hacallı, Qarabağlar, Lək, Şadılı və başqa kəndlərin yaylaq yeri olmuşdur. Sonrakı dövrlərdə kəndin adı dəyişdirilmiş və girişindəki xaçlı bulağın adına uyğun olaraq 1991-ci ilədək Xaçbulaq adlandırılmışdır. 1991-ci ildən Xoşbulaq adlanır. 1991-ci ildən kəndin adı "Xoşbulaq" kimi rəsmiləşdirilmişdir. Kəndin əvvəlki adı Xaçbulaq idi. Bu toponim Qafqaz Albaniyası ilə bağlıdır.
Kəndə 1967-ci ildə sel gəlmiş və çoxlu insan tələfatı olmuşdur.
Xoşbulaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
51 | Xoşbulaq kurqanları[4] | Son tunc-İlk dəmir dövrü | Xoşbulaq kəndi | Axeoloji | Dünya |
Kənd Qoşqarçayın sahilində, Şahdağ silsiləsinin ətəyində, rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 1879 | 951 | 928 |
2009[6] | ↗1901 | ↗982 | ↘919 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Yaylaq mövsümündə xoşbulaqlılar evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla gəlir əldə edir. Bura Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.[7]
Kənd ərazisindən Daşkəsən-Xoşbulaq magistral təbii qaz xətti keçir, kənddə Xoşbulaq avtomatik qazpaylayıcı stansiya fəaliyyət göstərir.[8]
Kənddə 1 №-li, 2 №-li və 3 №-li Xoşbulaq kənd kitabxana filialları, Xoşbulaq kənd Mədəniyyət Evi, Xoşbulaq kənd klubu fəaliyyət göstərir.[9]
Kənddəki gölün kənarında qədim müsəlman məzarları aşkarlanmışdır. Burda Qara seyidin qəbri hələ də ziyarət edilən yerdir. 2020-ci ilin sentyabr ayında Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri tapılmışdır.[10]
Kənddə Daşkəsən rayon Xoşbulaq kənd tam orta məktəbi və Daşkəsən rayon Xoşbulaq kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[11]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Xoşbulaq kənd həkim məntəqəsi yerləşir.[12]