Almalı (Daşkəsən)

AlmalıAzərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd.[2]

Almalı
40°24′58″ şm. e. 46°11′11″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 155 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Almalı xəritədə
Almalı
Almalı

Kənd əvvəllər Almalı adlanan yamacda qonşu Zinzahal kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Oykonim alma (meyvə ağacı) və -lı (varlıq, bolluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "alma bağı olan kənd" deməkdir.[3]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Murovdağ silsiləsinin yamacında, Gəncəçayın sahilində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 158 79 79
2009[5] ↘155 =79 ↘76

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Kənddə Almalı kənd kitabxana filialı, Almalı kənd klubu fəaliyyət göstərir.[6]

Kənddə Daşkəsən rayon Almalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7]

56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır.[8]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Almalı (Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 36-37. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 86.
  6. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
  7. "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  8. "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. (e-qanun.az)". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]