Zinzahal — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd.[2]
Zinzahal | |
---|---|
40°25′14″ şm. e. 46°10′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd öz adını ərazidəki Zinzial dağının adından almışdır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Gəncəçayın (Kür çayının qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 319 | 161 | 158 |
2009[5] | ↗342 | ↗175 | ↗167 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Zinzahal kənd kitabxana filialı, Zinzahal kənd klubu fəaliyyət göstərir.[6]
Kənddə Daşkəsən rayon Zinzahal kənd tam orta məktəbi fəaliyyət göstərir.[7]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Zinzahal kənd tibb məntəqəsi yerləşir.[8]