Çovdar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd.[2]
Çovdar | |
---|---|
40°36′49″ şm. e. 46°06′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
"Çovdar" etnotoponimdir. Adını ərazidəki eyniadlı dağdan almışdır.[3]
Kəndin 1869-cu ildə yaranması haqqında məlumatlar mövcuddur.
Çovdar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4187 | Kilsə[4] | 1869-cu il | Çovdar kəndi | Memarlıq | Yerli |
4188 | Qala[5] | 1891-ci il | Çovdar kəndinin 5 kilometrliyində |
Memarlıq | Yerli |
Kənd Çovdar dağının şimal yamacında yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 59 | 31 | 28 |
2009[7] | ↗132 | ↗77 | ↗55 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Çovdar kənd kitabxana filialı, Çovdar kənd Mədəniyyət Evi fəaliyyət göstərir.[8]
Kənddə 1869-cu ilə aid kilsə, 1891-ci ilə aid qala mövcuddur.[9]
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Çovdar kənd tibb məntəqəsi yerləşir.[10]