Aşağı Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində kənd.[2]
Aşağı Daşkəsən | |
---|---|
40°31′35″ şm. e. 46°05′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim "Daşkəsən yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Daşkəsən filiz mədənlərinin istismarı ilə əlaqədar olaraq Böyük Vətən müharibəsindən sonra yaranmış yaşayış məntəqələrindəndir.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Qoşqarçayın sahilində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 233 | 116 | 117 |
2009[5] | ↗385 | ↗183 | ↗202 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Aşağı Daşkəsən kənd kitabxana filialı, Aşağı Daşkəsən kənd klubu,[6] Aşağı Daşkəsən feldşer-mama məntəqəsi[7] fəaliyyət göstərir.
Kənddə 80 şagird yerlik Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəb fəaliyyət göstərir.[8][9]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Aşağı Daşkəsən kənd tibb məntəqəsi yerləşir.[10]