Türkan Örs Baştuğ

Türkan Örs Baştuğ (1900, İstanbul[1]27 sentyabr 1975, İstanbul) — türk müəllim və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci və 6-cı parlamentində Antalya seçki dairəsinin millət vəkili olaraq fəaliyyət göstərib.

Türkan Örs Baştuğ
türk. Türkan Örs Baştuğ
Türkiyə Böyük Millət Məclisinin VI çağırış deputatı
3 aprel 1939 – 15 yanvar 1943
Seçki dairəsiAntalya seçki dairəsi
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı
1 mart 1935 – 27 yanvar 1939
Seçki dairəsiAntalya seçki dairəsi
Şəxsi məlumatlar
Doğum tarixi 1900
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 1975(1975-09-27)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Türkan Örs Baştuğ 1900-cü ildə Üsküdarda anadan olub. Onun atası Mehmet Səbri bəy, anası Abidə xanımdır.[2] Baştuğ ibtidai və orta təhsilini Bezmialem liseyində tamamladıqdan sonra Darülfünunun fəlsəfə bölməsində ali təhsil almışdır.

Pedaqoloji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, on ilə yaxın Feyziati (Boğaziçi) liseyində müəllim və idarəçi işləyib.[2] O burada ictimai elmlər, mənəviyyat, məntiq və metafizikadan dərs deyirdi. Baştuğ 1927-ci ildə 3 ay müddətinə Qız müəllimlər məktəbində, 1930-cu ildə 3 ay müddətinə İstanbul qız liseyində müvəqqəti müəllim kimi fəlsəfə dərsini tədris edib.[2]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Türkiyədə qadınlara seçkilərdə seçmək və seçilmək hüququ verildikdən sonra keçirilmiş ilk parlament seçkiləri olan 1935-ci il parlament seçkilərində Türkan Örs Baştuğ CHP tərəfindən Antalya millət vəkili olaraq namizəd göstərilmiş və Baştuğ 590 seçicinin səsi ilə 5-ci dövr Türkiyə Böyük Millət Məclisinə daxil olmuşdur. O 1935-ci il martın 1-də and içib və 1935-ci il martın 7-də qeydiyyat şəhadətnaməsini alıb.[3] Səlahiyyət müddəti 27 dekabr 1938-ci ildə başa çatan Baştuğ 3 aprel 1939-cu ildə yenidən məclisin üzvü seçilib.

Türkan Baştuğ millət vəkili seçildiyi dövrdə Türkiyədə Soyad Qanunu qüvvəyə minmiş və Türkana "Baştuğ" soyadı prezident Mustafa Kamal Atatürk tərəfindən verilmişdir.[2][4] Baştuğ 1937-ci ildə Bekir İzzet Örs ilə evlənərək " Örs " soyadını alıb. 1946-cı ildə onların evliliyi bitmiş və o yenidən Baştuğ soyadını götürmüşdür.

1943-cü il dekabrın 15-də Baştuğun parlamentdəki vəzifəsi başa çatmış və o, Ankara Atatürk liseyinə fəlsəfə müəllimi təyin edilmişdir. Baştuğ 1963-cü il oktyabrın 5-də təqaüdə çıxana qədər müəllim işləyib.

Türkan Baştuğ 1975-ci il sentyabrın 27-də İstanbulda vəfat edib.[5]

  1. 1 2 https://www.biyografya.com/biyografi/22298.
  2. 1 2 3 4 Sarısaman, Sadık. "Antalya'nın İlk Kadın Milletvekili Türkan Örs Baştuğ'un 5. Dönem TBMM'deki Faaliyetleri". History Studies International Journal of History (Türkçe). 12 (4): 1738–1748. doi:10.9737/hist.2020.914. 8 Ocak 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Ocak 2023.
  3. Altay, Sade. "Türkan Baştuğ (Örs) (1900-1975)". Atatürk Ansiklopedisi (Türkçe). 19 Ağustos 2021. 8 Ocak 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Ocak 2023.
  4. "CHP'nin kadın utancı". Antalya Gündem Gazetesi (Türkçe). 27 Haziran 2018. Archived from the original on 2024-04-25. İstifadə tarixi: 8 Ocak 2023.
  5. "Kadınların Meclis öyküsü". Nokta Haber Yorum (Türkçe). 4 Aralık 2022. 8 Ocak 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Ocak 2023.