Fərruh və ya Fərruhə Güpgüp (1891, Kayseri – 18 aprel 1951) ― türk siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri.[1] O 5-ci Türkiyə parlamentində Kayseri seçki dairəsinin millət vəkili olaraq fəaliyyət göstərmişdir.[2]
Fərruh Güpgüp | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı | |
1 mart 1935 – 27 yanvar 1939 | |
Seçki dairəsi | Kayseri seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 1951 |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Fərruh Güpgüp 1891-ci ildə (bəzi mənbələrə görə 1889-cu ildə[2]) Kayseridə doğulmuşdur. Atası Əhməd Mithət bəy, anası isə Talia xanımdır. Anasını və qardaşı Firidunu qatar qəzası nəticəsində itirmiş, özü isə yaralanmışdır. Bu qəzadan sonra bir müddət atası ilə birlikdə İzmirdə yaşamış, İzmirin işğalından sonra yenidən Kayseriyə qayıtmışdır.[1][3]
Güpgüpün atası bəstəkar idi. Güpgüp özü də türk sənət musiqisi üzrə təhsil almışdı və pianoda ifa etməyi bacarırdı. O həmçinin tikib-biçməyi bilir və bunu ətrafındakı qadınlara öyrədirdi. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı cəbhənin geyim ilə təmin edilməsində Güpgüp və ətrafındakı qadınların böyük əməyi olmuşdur.[1][3]
Güpgüp ərəb və fars dillərini bilirdi.[2] O, Sürəyya bəy ilə evlənib, lakin onlar 1920-ci ildə boşanıblar.[3]
Güpgüp qadınlara seçmə və seçilmə hüququ verildikdən sonra Cümhuriyyət Xalq Partiyasının Kayseri Vilayət İdarə Heyətinə və Kayseri Bələdiyyə Məclisinə üzv olmuşdur.[3]
O, 8 fevral 1935-ci ildə keçirilmiş parlament seçkilərində CHP tərəfindən millət vəkili namizədi göstərilib və 690 seçicinin səsi ilə Kayseri millət vəkili olaraq Türkiyənin 5-ci parlamentinə daxil olub.[1] O, parlamentin Divan-i Mühasibat Əncümənində fəaliyyət göstərmişdir.[1][3]
Güpgüp İstanbulda təşkil olunan 12-ci Beynəlxalq Qadın Qurultayında iştirak etmişdir.[1]
Güpgüp son illərini Kadıköyün Moda səmtində keçirib. O 18 aprel 1951-ci ildə İstanbulda vəfat etmiş və Kayseridə dəfn edilmişdir.[3]