Mihri İffət Pektaş (1895, Bursa, Xudavəndigar vilayəti – 14 iyul 1979) ― türk siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentində Malatya seçki dairəsinin millət vəkili (deputat) kimi fəaliyyət göstərib.
Mihri Pektaş | |
---|---|
türk. Mihri Pektaş | |
Türkiyə Böyük Millət Məclisinin VII çağırış deputatı | |
8 mart 1943 – 14 iyun 1946 | |
Seçki dairəsi | Malatya seçki dairəsi |
Türkiyə Böyük Millət Məclisinin VI çağırış deputatı | |
3 aprel 1939 – 15 yanvar 1943 | |
Seçki dairəsi | Malatya seçki dairəsi |
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı | |
1 mart 1935 – 27 yanvar 1939 | |
Seçki dairəsi | Malatya seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 1979 |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Mihri İffət 1895-ci ildə Bursada anadan olub. Atası Yusuf Bahattin bəy, anası İclal xanımdır. O, gənc ikən ailəsi İstanbula köçüb və İffət ibtidai təhsilini Kadıköyün Kızıltoprak səmtindəki Zühtü Paşa İptidasında alıb.[1]
İffət 1908-1916-cı illərdə Amerika Qızlar Kollecində oxuyub. Kollecdə dərs aldığı müəllimlər arasında Nakiye Elgün, Tofiq Fikrət, Fazıl Əhməd və Rıza Tofiq də olmuşdur.[2]
İffət məktəbi bitirdikdən sonra həmin məktəbdə türk dili müəllimi kimi işləyib. O, bu dövrdə məktəbdə tarix müəllimi işləyən Hüseyn Pektaşla 1917-ci ildə evlənmiş[1][3][4] və bu evlilikdən övladları Necla (1918) və Süveyda (1919) dünyaya gəlmişdir.[5]
Övladlarının doğulması ilə əlaqədar müəllimliyə qısa ara verən Mihri Pektaş 1921-ci ildə Bezmialem qız liseyində ingilis dilini tədris etməyə başlayıb.[1] O 1922-ci ildən başlayaraq 13 il müddətində Robert Kollecində ingilis dilindən dərs deyib. Pektaş Lozanna Sülh Konfransına göndərilən türk heyətində tərcüməçi və katiblik edən əri Hüseyn bəyi Lozanna səfərində müşayiət etmişdir.[1]
O, pedaqoq kimi fəaliyyəti ilə yanaşı, müxtəlif yardım cəmiyyətlərində də fəal iştirak edirdi. Pektaş Xalidə Ədib Adıvar tərəfindən qurulmuş Teali-i Nisvan cəmiyyətinin üzvü idi.[5] Cəmiyyətin üzvü olan qadınların könüllü tibb bacısı kimi işlədiyi xəstəxananın binasını Pektaş təmir etdirmişdi. Onun üzv olduğu digər təşkilatlara Kadıköy Fukaraperver cəmiyəti, Türkiyə Qırmızı Aypara Cəmiyyəti və Himaiye-i Etfal (indiki Türkiyə Uşaq Əsirgəmə Qurumu) daxil idi.[6]
1935-ci il parlament seçkiləri zamanı Türkiyədə ilk dəfə seçkidə qadınlar da iştirak etmiş və Mihri Pektaş Cümhuriyyət Xalq Partiyası tərəfindən Malatyadan millət vəkili olaraq namizəd göstərilmişdir. O, 785 səslə deputat seçilmiş, 1935-ci il fevralın 1-də qeydiyyat şəhadətnaməsini almış və 1935-ci il martın 1-də parlamentə üzv olmuşdur.[3] O, beşinci parlamentdə fəaliyyət göstərmiş və bu müddət ərzində parlamentin Kitabxana Əncüməninə rəhbərlik etmişdir.[3] Pektaş 1935-ci ildə digər Malatya millət vəkilləri ilə birlikdə Malatyanın problemləri ilə bağlı hesabat hazırlayıb.
Mihri Pektaş İstanbulda keçirilən 12-ci Beynəlxalq Qadınlar Qurultayında iştirak etmiş və 22 aprel 1935-ci ildə qurultayda çıxış etmişdir. O 1936-cı ildə keçirilən Üçüncü Türk Qurultayında günəş dil nəzəriyyəsi və dil müqayisələri komissiyasında işləmişdir.[3] 1936-cı ilin sentyabrında Millətlər Cəmiyyətinin konqres və məclis iclaslarına qatılmaq üçün xarici işlər naziri Tofiq Rüştü Arasın başçılıq etdiyi heyətlə Cenevrəyə gedən Mihri Pektaş və həmkarı Əsma Nayman Millətlər Cəmiyyəti iclaslarında Türkiyə adından iştirak edən ilk qadın nümayəndələrdən biri olmuşdurlar.[1]
Pektaş Türkiyə Böyük Millət Məclisinin VI və VII çağırışlarında yenidən Malatya millət vəkili seçilib. O, VI və VII parlamentlərdə də Kitabxana Əncüməninin rəhbəri vəzifəsini icra edib. Pektaş 1940-cı ildən sonra Divan-ı Mühasəbat Əncüməninə seçilib.
Pektaş 1946-cı ildə siyasətdən uzaqlaşaraq yenidən pedaqoloji fəaliyyətinə qayıdıb. O, 1946-1961-ci illərdə Robert Kollecində dərs demişdir. Pektaş 1961-ci ildə təqaüdə çıxdıqdan sonra tərcümə işi ilə məşğul olub. O, Uilyam Mitçell Ramseyin "Tarixi Anadolu Coğrafiyası" kitabını ingiliscədən türkcəyə tərcümə etmişdir.
Pektaş 1947-1950-ci illər arasında Birləşmiş Millətlər Təşkilatının Qadın Hüquqları Komissiyasının iclaslarında Türkiyəni keçmiş türk qadın millət vəkili kimi təmsil etmişdir və o, bu komissiyada 1970-ci ilə qədər xidmət etməyə davam edib.
Mihri Pektaş 4 iyul 1979-cu ildə vəfat etmişdir.[1]